Shamakhi Open 2026 başa çatıb
sport24.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.
"Azərbaycan Şahmat Turu" çərçivəsində təşkil olunan "Shamakhi Open 2026" Beynəlxalq Şahmat Festivalına yekun vurulub. Sport24.az xəbər verir ki, bu barədə Azərbaycan Şahmat Federasiyası məlumat yayıb.
Qrupda 9 oyundan 8 xal toplayan Əhməd Əhmədzadə birinci yeri tutub. Hərəyə 7 xalı olan Vüqar Manafovla Xəzər Babazadə 2-3-cü yerləri bölüşdürüblər.
Festival çərçivəsində rapid və blits yarışları da baş tutub. Xəzər Babazadə rapid, Tunar Davudov isə blitsdə birincilik əldə edib.
Bağlanış mərasimində qalib və mükafatçılara diplom, medal və pul mükafatları təqdim olunub. Yarışın qalibi 5 000 manat qazanıb.
Qeyd edək ki, turnirdə ümumilikdə 107 şahmatçı mübarizə aparıb. "Azərbaycan Şahmat Turu" çərçivəsində növbəti yarış "Vugar Gashimov Open" olacaq.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:87
Bu xəbər 23 İyul 2026 11:30 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















