Icma.az
close
up
RU
Shell in mənfəəti qaz qiymətlərinin ucuzlaşması ilə azaldı

Shell in mənfəəti qaz qiymətlərinin ucuzlaşması ilə azaldı

Azpost saytından alınan məlumata görə, Icma.az bildirir.

Avropada qaz qiymətlərinin kəskin şəkildə düşməsi enerji nəhəngi Shell-in bu ilin ikinci rübündə mənfəətini təxminən üçdə bir azaldıb.

AzPost xəbər verir ki, şirkət bu dövrdə 4,26 milyard dollar xalis gəlir əldə etsə də, bu, ötən illə müqayisədə ciddi azalmadır.

Qaz qiymətlərindəki eniş, əsasən İran və İsrail arasında əldə olunan atəşkəsə bağlı olaraq Hörmüz boğazı üzərindən qaz nəqlinin təhlükəsizliyinə dair narahatlıqların azalması ilə izah olunur. Aprel-iyun ayları arasında Avropada qazın qiyməti təxminən 20 faiz ucuzlaşıb.

Bununla belə, Shell-in mənfəəti London maliyyə dairələrinin gözləntilərindən daha yüksək olub. Analitiklər mənfəətin 3,7 milyard dollara düşəcəyini proqnozlaşdırsa da, nəticə 4,26 milyard dollar təşkil edib. Bu da şirkətə 3,5 milyard dollarlıq səhmlərin geri alınması proqramını davam etdirməyə imkan verib.

Shell mənfəətin azalmasını ticarət marjlarının və qaz-yanacaq qiymətlərinin enməsi ilə izah edib. Brent markalı neftin bir barelinin qiyməti 68 dollardan aşağı düşüb, bu da ötən ilki 86 dollarla müqayisədə ciddi geriləmədir.

Shell-in baş icraçı direktoru Vael Sawan bildirib ki, şirkət “daha əlverişsiz makroiqtisadi şəraitə baxmayaraq” güclü əməliyyat göstəriciləri əldə edib. Onun sözlərinə görə, qaz qiymətlərindəki dəyişikliklər əsas təchizat-tələb balansı ilə bağlı deyil, qeyri-fundamental, kağız bazarlarında baş verən volatillik səbəbindən yaşanıb.

Qaz qiymətlərinin aşağı düşməsi, Shell üçün çətinlik yaratsa da, Avropa ölkələrində, xüsusilə Birləşmiş Krallıqda əhali üçün enerji xərclərini azaltmağa səbəb olub. İyul ayından etibarən Britaniyada hökumətin enerji qiymət tavanı 7 faiz endirilib və bu səviyyənin yaxın aylarda da dəyişməyəcəyi gözlənilir.

Shell-in açıqlamaları enerji bazarlarında qeyri-sabitliyin daha çox siyasi və qlobal gərginliklərdən qaynaqlandığını göstərir.

AzPost.az

Paylaş

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:143
embedMənbə:https://azpost.info
archiveBu xəbər 01 Avqust 2025 00:12 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Avropanın Azərbaycana marağının artması son illərdə formalaşan yeni geosiyasi və iqtisadi reallıqların nəticəsidir

27 Noyabr 2026 20:01see756

Cənubi Qafqazda sülh perspektivi regional iqtisadi əməkdaşlığın genişləndirilməsi üçün yeni imkanlar yaradır

27 Noyabr 2026 20:07see583

Azərbaycanda fabrik direktoru vəfat etdi

27 Noyabr 2026 17:38see333

Kardioloq qəhvənin ürəyə zərərli olması fikrinə qarşı ÇIXIB

27 Noyabr 2026 23:45see324

Neftçalada yerləşən balıqçılıq təsərrüfatı müəssisəsi özəlləşdirilib

27 Noyabr 2026 18:43see294

Daha bir tarixi abidəyə müdaxilə İcra hakimiyyəti işə qarışdı

27 Noyabr 2026 18:15see292

Keçənlərdən kiçik bir epizod... FOTO

27 Noyabr 2026 17:40see286

Özcan Deniz və Deniz Çakırın narkotik test nəticələri məlum oldu

27 Noyabr 2026 21:57see275

Bu müəllimlərin diqqətinə!

27 Noyabr 2026 20:20see274

Valeh Ağayev vəfat etdi

27 Noyabr 2026 18:29see272

Söz içində... Sözümüz...

27 Noyabr 2026 17:30see271

Qanda şəkəri salmağın ən asan yolu...

28 Noyabr 2026 02:01see257

Bir qədəh şərab qan təzyiqinə necə təsir edir? Mütəxəssislər açıqlayıb

27 Noyabr 2026 22:17see242

Avropanın borc içində boğulan ölkələri Ən çətin vəziyyətdə olan hansıdır? Siyahı

28 Noyabr 2026 10:02see240

Ceyhun Bayramov qətərli nazirlə görüşdü

27 Noyabr 2026 19:10see232

Dünya fond bazarlarında nə baş verir?

28 Noyabr 2026 13:46see216

50 illik həyat yoldaşını itirən müğənni: Onunla halallaşa bilmədik

28 Noyabr 2026 17:15see214

Rəşid Mahmudov 88 yaşında əsl ziyalımız, əsl vətəndaşımız, əsl insanımız

28 Noyabr 2026 22:45see203

Xərçəngin müalicəsi üçün yeni preparat hazırlandı

28 Noyabr 2026 09:05see195

Avropa İttifaqı ilə Yüksək Səviyyəli Nəqliyyat Dialoqu iclası

28 Noyabr 2026 13:40see194
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri