Shell in xalis mənfəəti 99% artıb
Banco.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Müəllif:Mehin Qasımova,Banco.az
Enerji şirkəti Shell-in xalis mənfəəti bu ilin üçüncü rübündə ötən ilin eyni dövrü ilə müqayisədə 99% artaraq 10,81 milyard dollara çatıb.
Banco.az xəbər verir ki, şirkətin açıqladığı maliyyə nəticələrinə əsasən, Shell 2025-ci ilin iyul-sentyabr aylarında 5,43 milyard dollar xalis mənfəət əldə etmişdi. Bu ilin ikinci rübündə isə göstərici 9,83 milyard dollar təşkil edib.
Şirkətin üçüncü rüb üzrə mənfəəti bazar proqnozlarını da üstələyib. Analitiklər xalis mənfəətin 10,33 milyard dollar olacağını gözləyirdilər.
Mənfəətin artmasına Yaxın Şərqdəki münaqişə fonunda enerji təchizatında yaranan fasilələr, neft emalı marjalarının yüksəlməsi və mayeləşdirilmiş təbii qazın bahalaşması təsir göstərib.
"Shell" növbəti üç ay ərzində 5 milyard dollar dəyərində səhm geri alışı həyata keçirməyi də planlaşdırır.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:48
Bu xəbər 29 Oktyabr 2026 15:15 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















