Icma.az
close
up
RU
Sİ (Süni İntellekt) bizə nə deyir?

Sİ (Süni İntellekt) bizə nə deyir?

Yeniazerbaycan portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Deyir ki, qorxmayın. Amma ehtiyatlı olun. Düşünün. Bədgümanlığa qapılmayın...

...2021-ci ildə 193 ölkə tərəfindən qəbul edilmiş “Süni İntellekt etikasına dair tövsiyələr”i dərindən araşdırdıqca belə məlum olur ki, bu sahə dövlət və cəmiyyət idarəçiliyinin tərkib hissəsi kimi qəbul edilməkdədir.

UNESCO Süni İntellektə dair üzv ölkələrə kömək etmək üçün vasitələri, etik məsuliyyəti, hərtərəfli təsəvvür yaratma üsullarını, hətta bundan sonrakı aktiv fazaya hazırlığı, qiymətləndirmə metodologiyalarını MƏDƏNİYYƏT çərçivələrinə sığışdırmaq niyyətindədir. Axı hər necə olursa-olsun, həyatımız mədəniyyətsiz tənzimlənə bilməz. Gec-tez  müharibələr bitir, təhdid buludları seyrəlir, lakin nə mədəniyyətin qayğıları tükənir, nə də insanlığın mədəniyyət qarşısındakı öhdəlikləri.

Bu mənada, Azərbaycan Respublikası Prezidentinin 14 yanvar 2026-cı il tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Mədəniyyəti - 2040” Azərbaycan Respublikasının Mədəniyyət Konsepsiyası həm də Süni İntellekt əsrindəki mədəniyyət çağırışlarına hazırlıqdır. 

“Oxford Insights” beynəlxalq tədqiqat mərkəzi tərəfindən hazırlanan “Hökumətlərin Süni İntellektə Hazırlıq İndeksi”nin (Government AI Readiness Index) 8-ci buraxılışı nəşr olunub. 2025-ci ilin nəticələrinə əsasən, Azərbaycan 195 ölkə arasında 70-ci yerdə qərarlaşıb. Ölkəmiz ümumi 49 bal toplayaraq Cənubi və Mərkəzi Asiya regionu üzrə orta göstərici hesab olunan 41,4 balı üstələyib, həmçinin Cənubi Qafqaz ölkələri arasında ən yüksək nəticə göstərib. 2025-ci il buraxılışında qiymətləndirmənin 195 ölkə üzrə aparılması indeksin indiyədək topladığı ən əhatəli məlumat bazasına istinad etdiyini göstərir (mənbə: “Oxford Insights”, AzərTAC).

“Süni İntellektə Hazırlıq İndeksi”miz artıq qlobal Süni İntellekt gündəliyində hökumətlərin hazırlığını ölçən və ən çox istinad edilən sənədlərdən biri hesab olunur, hökumətlər və G20 kimi beynəlxalq platformalar üçün müqayisə, istiqamətləndirmə aləti rolunu oynayır.

Bundan sonrası rəqəmsal transformasiyanın sürətləndirilməsi, beynəlxalq meyarlarla uzlaşma, “Azərbaycan Respublikasının 2025-2028-ci illər üçün süni intellekt Strategiyası”nda müəyyən edilmiş tapşırıqların, həmçinin “Azərbaycan Respublikasında rəqəmsal iqtisadiyyatın inkişafına dair 2026-2029-cu illər üçün Strategiya”da nəzərdə tutulan data əsaslı qərarvermə, rəqəmsal infrastrukturun gücləndirilməsi və sektorlar üzrə transformasiya hədəflərinə nail olmaqdır.

Əslində, Süni İntellekt (Sİ) etikası anlayışı texnologiyanın inkişafı ilə paralel şəkildə formalaşıb. Elmi-fantastik kökləri (1940-1950-ci illər) olduğu vurğulansa da, Sİ etikasının təməli hələ texnologiya mövcud olmamışdan əvvəl, ƏDƏBİYYATDA qoyulub (hərçənd, yazılı və şifahi ədəbi mətnlərin mesajları daş yazılardan da əvvələ aparıb çıxarır).

Ayzak Azimovun 1942-ci ildə yazdığı “Dolanbac” (tərcümə şərtidir-M.N) hekayəsində maşınların insanlara zərər verməməsi prinsipinə əsaslanan etik çərçivələrdən bəhs edilir. 1950-ci ildə isə Alan Türinq yazdığı “Hesablama maşınları və intellekt” məqaləsində maşınların düşünmə qabiliyyətini və bunun yarada biləcəyi fəlsəfi sualları gündəmə gətirib.Yalnız 1970-ci illərdən başlayaraq, Sİ etikası barədə akademik və fəlsəfi müzakirələr vüsət alıb. Yəni, kompüterlər mürəkkəbləşdikcə etika nəzəriyyəsi formalaşıb. Budur, biz artıq qlobal çərçivələr yaratmaqdan, “Big Data”ların dərin öyrənmə inkişafının  Sİ etikasına qlobal siyasi təsirindən danışırıq.

Avropa Birliyi tərəfindən qəbul edilən və 2025-ci ilin avqust ayında qüvvəyə minən Süni İntellekt Aktı (AI Act) da etik normaları hüquqi öhdəliyə çevirən əhatəli sənəddir. Yeni qaydalar süni intellekt tərtibatçılarından əqli mülkiyyətin və müəlliflərin, o cümlədən məzmun sahiblərinin hüquqlarının qorunmasını tələb edir. Fiziki şəxslər bu cür pozuntulara görə süni intellekt şirkətlərini məhkəməyə verə bilərlər.

Bu gün Sİ etikası sadəcə fəlsəfi bir mövzu deyil, texnologiya şirkətləri üçün məcburi standart və dövlətlər üçün milli təhlükəsizlik məsələsidir.

Mədəniyyət sektorumuz bu çağırışlara necə cavab verəcək? Dilimiz qlobal mövqelərdə öz yerini möhkəmləndirə biləcəkmi? Bütün bu çağırışlara hazırıqmı? Xüsusilə, dil mədəniyyətinin gələcəyi necə olacaq?

Bu məsələlər dilimizin də inkişafına dair tapşırıqları nəzərdə tutan “Azərbaycan Mədəniyyəti - 2040” Konsepsiyasında necə yer alır?

Əgər Sİ (Süni İntellekt) həm də ədəbiyyat təxəyyül və təsəvvürüdürsə, bundan sonra nə baş verə bilər? Sİ-nin ədəbiyyat və mədəniyyət qarşısında yaratdığı problemlər Qərbdə və Şərqdə, Şimalda, Cənubda necə tənzimlənir?

Gələn yazımızda bu suallara cavab axtarmağa çalıçacağıq. Çünki, mümkün cavablar düşündürücü, amma tərəddüd  yaratmayacaq qədər  maraqlıdır...

Məqsəd Nur

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:215
embedMənbə:https://yeniazerbaycan.com
archiveBu xəbər 24 Yanvar 2026 09:43 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünya Bankı Qrupu Azərbaycana 100 mln. dollara yaxın özəl kapital cəlb edib

16 Oktyabr 2026 10:06see305

Azərbaycan son 16 ildə ilk dəfə “Aİ 92“ benzinini İraqdan alıb

16 Oktyabr 2026 18:42see289

“Real Madrid” Konate ilə kifayətlənmir: daha iki ulduz müdafiəçi hədəfdədir

17 Oktyabr 2026 06:05see274

"Atəşgah"dan şikayət: "Turistləri aldadırlar 108 manatlıq sifarişə 180 manat hesab çıxarıldı, biabırçılıqdır!"

17 Oktyabr 2026 10:55see272

Fransa Ukraynaya raket tədarükünü sürətləndirəcək

16 Oktyabr 2026 23:29see245

Azərbaycanda 1992 ci ildən həbsdə olan ömürlük məhkum öldü

16 Oktyabr 2026 16:03see234

Soydaşımızın təşəbbüsü ilə Qara Qarayevin əsəri İsveçdə tədris olunacaq

16 Oktyabr 2026 18:26see231

Fəaliyyətində nöqsanlar aşkarlanan tibbi xidmət sahələri hansılardır? Siyahı açıqlandı

16 Oktyabr 2026 19:27see216

Hakan Fidan Gəncliyə Yardım Fonduna hansı təlimatları verib? Bakıda şübhəli görüş

17 Oktyabr 2026 13:38see216

Bəzi məhsullar bahalaşıb, bəziləri ucuzlaşıb SƏBƏBLƏR

16 Oktyabr 2026 21:14see213

HƏLƏ İNDİYƏ QƏDƏR BELƏ SEVİNMƏMİŞDİLƏR

16 Oktyabr 2026 09:09see211

Türkiyədə aralarında şagirdlər də olmaqla onlarla insan qidadan zəhərlənib

17 Oktyabr 2026 06:42see209

Ölkəmizdə işsizlərin sayı AÇIQLANDI...

16 Oktyabr 2026 23:19see207

Xalqımızın qəhrəmanlıq tarixi

16 Oktyabr 2026 14:59see203

“Liverpul” liderinə 68 milyon avroluq əvəzləyici tapdı

17 Oktyabr 2026 03:37see198

Mədəniyyət naziri Adil Kərimli Füzulidə vətəndaşların müraciətlərini dinlədi FOTOLAR

16 Oktyabr 2026 19:05see195

Minimum maaş 700 manat olmalıdır İqtisadçıdan maraqlı İZAH

17 Oktyabr 2026 08:02see187

Türkiyəli jurnalist beynəlxalq axtarışa verildi Azərbaycanla bağlı çağırış edirdi

16 Oktyabr 2026 15:11see184

Azərbaycan benzini hansı ölkələrə satır?

16 Oktyabr 2026 17:40see183

Bu rayonların sakinlərinin nəzərinə

16 Oktyabr 2026 16:26see182
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri