Icma.az
close
up
RU
Süni intellekt strategiyamız...

Süni intellekt strategiyamız...

Icma.az xəbər verir, Yeniazerbaycan saytına əsaslanaraq.

Rəqəmsal transformasiyanın mühüm qolu!

Son illər süni intellekt texnologiyası dünyanın ayrılmaz parçasına çevrilib. Hətta qlobal mühitdə süni intellektlə bağlı kəskin rəqabət mühiti formalaşmaqdadır. Artıq bu texnologiyaya nəzarət, onların hazırlanması və istifadəsi siyasi və iqtisadi baxımdan da mühüm amil hesab edilir. Bir sözlə, süni intellekt sadəcə, texnoloji bir yenilik deyil. İdarəetməni, təhlükəsizliyi, iqtisadiyyatı, sosial həyatı köklü şəkildə dəyişdirən bir çevriliş dalğasıdır.

Azərbaycan dünyada baş verən qlobal çağırışlara adekvat reaksiya verir, texnoloji inkişafla ayaqlaşmağa çalışır. Belə ki, ölkəmizdə də süni intellektin tətbiq sahələrinin genişləndirilməsi bu günün əsas çağırışları sırasında yer alır. Onun tətbiqinin genişləndirilməsi üçün müzakirələr və araşdırmalar aparılır.

Dövlət qurumlarında süni intellektin tətbiqi

Bugünlərdə Azərbaycanda süni intellekt texnologiyalarının dövlət idarəçiliyində tətbiqi istiqamətində fəaliyyətin genişləndiriləcəyi bildirilib. Bu barədə İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyindən (İRİA) məlumat verilib. Qeyd olunub ki, bu kontekstdə Azərbaycan hökuməti dövlət xidmətlərinin daha çevik, effektiv və data əsaslı təşkili üçün yeni mərhələyə qədəm qoyur: “İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi (İRİA) Rəqəmsallaşma üzrə Yol Xəritələri çərçivəsində dövlət qurumlarında süni intellekt texnologiyalarının tətbiqi və qarşılıqlı əməkdaşlığın gücləndirilməsi məqsədilə sistemli hazırlıq işləri həyata keçirir. Bu çərçivədə Təhsil Nazirliyi, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi, Tibbi Ərazi Bölmələrin İdarəetmə Birliyi (TƏBİB) və Dövlət İmtahan Mərkəzinin əməkdaşları üçün “Süni İntellekt” təlim proqramı təşkil olunub. Onlayn və əyani formatda keçirilən təlimlər çərçivəsində iştirakçılar süni intellekt sahəsində nəzəri biliklərlə yanaşı, praktiki bacarıqlar da əldə ediblər. Təlim iştirakçılarına süni intellekt həllərinin hazırlanması və real dünyada tətbiqi barədə geniş məlumat verilib”.

İRİA-nın Data idarəolunması departamentinin müdiri Kamran Ağayevin sözlərinə görə, məlumatların keyfiyyəti, etik məsələlər və dövlət idarəçiliyində süni intellektin inteqrasiyası üçün lazımi texniki və institusional infrastruktur məsələləri diqqət mərkəzində olub: “Dövlət qurumları ilə növbəti mərhələdə həyata keçiriləcək süni intellekt əsaslı analitik sistemlər, qərar dəstək mexanizmləri və avtomatlaşdırılmış xidmət modelləri üzrə əməkdaşlıq planı da formalaşdırılıb.

Bu təşəbbüsün məqsədi dövlət qurumlarında süni intellekt layihələrinin planlaşdırılması, icrası üçün zəruri bilik və bacarıqların formalaşdırılmasını təmin etməkdir”.

Çoxşaxəli hədəflər müəyyən edilib...

İKT üzrə mütəxəssis Fərid Pərdəşünas “Yeni Azərbaycan”a açıqlamasında bildirib ki, müasir dövrdə ağıllı texnologiyaların idarəçilik sahəsinə inteqrasiyası qaçılmaz reallıqdır: “Azərbaycanda bu istiqamətdə atılan addımlar müsbət dəyərləndirilir. Məlumdur ki, ölkə başçısı “Azərbaycan Respublikasının 2025-2028-ci illər üçün süni intellekt Strategiyası”nın təsdiq edilməsi haqqında Sərəncam imzalamışdı. Bu sənəd təkcə texnologiyaların inkişafı ilə bağlı deyil, eyni zamanda, dövlət idarəçiliyinin səmərəliliyinin artırılması, milli təhlükəsizlik, insan kapitalının gücləndirilməsi, yeni iqtisadi modellərin qurulması və beynəlxalq əməkdaşlıq istiqamətində də çoxşaxəli hədəfləri müəyyən edir.

Strategiyanın əsas prioritetlərindən biri ölkədə süni intellektin inkişafı üçün zəruri olan texnoloji və institusional infrastrukturun yaradılmasıdır. Buraya yüksək hesablama gücü olan serverlər, məlumat mərkəzləri, milli bulud sistemləri, açıq məlumat bazaları və digər texnoloji dayaqlar daxildir. Süni intellekt məlumatlar üzərində qurulan bir texnologiya olduğu üçün bu sahədə məlumatların toplanması, saxlanması, emalı və istifadəsi üzrə şəffaf, çevik və səmərəli sistemlərin qurulması hədəflənir”.

Hökumət-vətəndaş arasında əlaqələrin dinamikası

Ekspertin sözlərinə görə, dövlət idarəçiliyində rəqəmsal transformasiyalar yalnız funksionallığın, səmərəliliyin artırılmasından ibarət deyil, eləcə də, dövlət xidmətlərinin genişləndirilməsində və elektron iştirakın gücləndirilməsində mühüm rol oynayır: “Bütün dünyada rəqəmsal dövlətin inkişaf etdirilməsi üçün müxtəlif modellər təklif olunsa da, hazırda ölkələr əsas diqqəti vətəndaşyönümlü yanaşma əsasında fərdiləşdirilmiş xidmətlərin göstərilməsinə yönəldiblər.

Rəqəmsal dövlətin inkişafı ilə dövlət administrasiyası və idarələri həm struktur, həm də hökumət-vətəndaş arasında əlaqələrin dinamikası baxımından sürətli şəkildə transformasiya olunur. Aydındır ki, bu, yalnız dövlət idarəçiliyində rəqəmsal transformasiyaların həyata keçirlməsi və süni intellekt texnologiyalarının tətbiqi vasitəsilə mümkündür”.

Səlim

Məqalə “Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi”nin maliyyə dəstəyi ilə “İnformasiya və kommunikasiya texnologiyalarının inkişaf etdirilməsi” istiqaməti üzrə hazırlanmışdır.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:193
embedMənbə:https://yeniazerbaycan.com
archiveBu xəbər 09 İyul 2025 10:45 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Hakan Fidan: “İrana hərbi müdaxilə həll yolu deyil”

24 Oktyabr 2026 14:29see392

Bakı Ekspo Mərkəzdə Musa Yaqubun “İpəkyolu” nəşriyyatı tərəfindən çap olunmuş “Gül bağçası” kitabı təqdim olundu

23 Oktyabr 2026 22:09see308

Körpələrdə yüksək hərarət fonunda qıcolmalar

24 Oktyabr 2026 01:51see236

Tramp saxta addan isitfadəyə görə konqresmeni istefaya çağırdı

23 Oktyabr 2026 23:46see231

Dövlət Bağçalı İlham Əliyevə təşəkkür ETDİ

23 Oktyabr 2026 22:34see220

Gələcəyə inamını itirən gənclik Niyə yatırım etmək əvəzinə kor koranə pul xərcləyirlər?

24 Oktyabr 2026 15:01see213

Qazaxıstanlı filosoflar AMEA da elmi nəzəri təcrübə keçiblər

24 Oktyabr 2026 16:08see211

Ronaldo tarixə düşdü

24 Oktyabr 2026 04:57see210

Qubadlının işğaldan azad olunmasından 6 il ötür

25 Oktyabr 2026 00:07see207

Bundesliqa: Bremenlilər dramatik matçda sevindi

25 Oktyabr 2026 00:13see199

Mask "Starlink"i Ukrayna üçün niyə bağladığını açıqladı

25 Oktyabr 2026 00:38see199

Zeytun Festivalı əyləncəli proqramla yadda qalıb FOTOLAR

25 Oktyabr 2026 00:33see194

Qavi El Klasiko öncəsi “Real Madrid”dən ehtiyat etdiyini gizlətməyib

25 Oktyabr 2026 00:32see193

Bağırsaqlar üçün faydalı QİDALAR

25 Oktyabr 2026 00:37see191

Piyada keçidində 3 nəfərin vurulduğu qəzanın ANBAAN VİDEOSU

24 Oktyabr 2026 15:35see190

Prezident millinin qollarından danışdı: Hamısı gözəl idi...

25 Oktyabr 2026 00:12see181

Gəzdikcə doymadığın, ayrıldıqca darıxdığın şəhər REPORTAJ

24 Oktyabr 2026 13:48see178

Heyva doğrandıqdan sonra niyə qaralır? Rəngini qorumağın praktik yolları

25 Oktyabr 2026 00:38see175

Zeytunla başlayan, musiqi ilə davam edən gün Fotolar

24 Oktyabr 2026 18:13see175

Zeytun Festivalında estrada ulduzlarının konserti olub

24 Oktyabr 2026 23:08see171
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri