Sibirdəki türklər: Rusiya bizi ölümə göndərir
Icma.az bildirir, Olke.az saytına əsaslanaraq.
Rusiyada yaşayan azsaylı yerli xalqların nümayəndələri müharibənin onların gələcəyini təhlükə altına saldığını bildirirlər.
Ölkə.az Musavat.com-a istinadən xəbər verir ki, Yakutiyada yerli və azsaylı xalqların hüquqları üzrə müvəkkil Konstantin Robbek Sibirin və Uzaq Şimalın kiçik xalqlarından müharibəyə göndərilənlərin sayının dəqiq qeydə alınmadığını bildirib.
Məlumata görə, söhbət sayları onsuz da az olan yerli xalqlardan gedir. Onların arasında on minlərlə nümayəndəsi olan xalqlarla yanaşı, cəmi yüz nəfərə yaxın üzvü qalan etnik qruplar da var.
İctimai təşkilatlar bu xalqlardan səfərbər edilən və cəbhəyə göndərilən insanların sayını öyrənməyə çalışsalar da, tam məlumat əldə edə bilməyiblər.
Bildirilir ki, sayları çox az olan xalqlar üçün hətta məhdud insan itkisi belə onların gələcək mövcudluğu baxımından ciddi nəticələr yarada bilər.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:167
Bu xəbər 22 İyun 2026 03:16 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















