Icma.az
close
up
RU
Şiddətli istilər təhlükəlidir: Nə etməli? KONKRET

Şiddətli istilər təhlükəlidir: Nə etməli? KONKRET

Konkret.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Yay mövsümünün gətirdiyi yüksək temperatur bir çox insan üçün xoş olsa da, sağlamlıq baxımından ciddi risklər yarada bilər. Sıx istilər xüsusilə körpələr, yaşlılar və xroniki xəstəliyi olanlar üçün təhlükəlidir.

İstinin bədənə təsiri nələrdir?

KONKRET.az pravda.az-a istinadən xəbər verir ki, havanın 40°C-i keçdiyi vəziyyətlərdə bədən öz temperaturunu tənzimləməkdə çətinlik çəkə bilər. Bu, susuzlaşma, başgicəllənmə, ürəkbulanma və hətta huş itkisinə səbəb ola bilər. Hədsiz istilər zamanı bədəndə isti səpkilər, əzələ qıcolmaları, halsızlıq və istilik vurması kimi hallar baş verə bilər.

İstinin zərərləri nələrdir?

Susuzluq və halsızlıq

Günvurma və gün yanığı

Qan təzyiqi və ürək-damar xəstəliklərinin pisləşməsi

Ayaq və topuq nahiyələrində ödəm

Şüurun bulanması və huşsuzluq

İsti havalarda necə davranmalı?

Günorta saatlarında (11:00–15:00) evdə qalın

Bol su için, sərin duş qəbul edin

Yüngül və açıq rəngli geyimlər seçin

Günəşdən qorunmaq üçün papaq, gün eynəyi və gün kremi istifadə edin

Evinizi günəşdən qorumaq üçün pəncərələrə jalüz və ya pərdələr çəkin

İstilik vurması halında nə edilməlidir?

Zərər çəkən şəxsi kölgəyə aparın, boyun, qoltuq altı və qasıq nahiyəsinə soyuq kompres tətbiq edin, susuz deyilsə duzlu ayran verin və mümkün olduqda ilıq su ilə yuyundurun.

Kimlər daha çox risk altındadır?

Körpələr, uşaqlar, yaşlılar, hamilə qadınlar və xroniki xəstəlikləri olanlar isti havalarda xüsusi ehtiyatlı olmalıdır.

Uşaqları isti havalardan necə qorumalı?

Onları tez-tez su içməyə təşviq edin

Günəşin zəif olduğu vaxtlarda çölə çıxarın

Yüngül geyindirin və mütləq günəşdən qoruyucu vasitələr istifadə edin

Qeyd: İsti havalarda sağlam qalmaq üçün sadə, amma təsirli tədbirlər həyati əhəmiyyət daşıyır.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:135
embedMənbə:https://konkret.az
archiveBu xəbər 14 İyul 2025 11:23 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lənkəran Dövlət Dram Teatrında “Çinarənin elçiləri” tamaşasının premyerası keçirilib

27 Oktyabr 2026 14:22see592

Ərdoğan bu jesti ilə müəyyən dairələrə lazım olan mesajı verdi

28 Oktyabr 2026 16:23see518

Instagram da yeni funksiya

28 Oktyabr 2026 05:57see402

ABB istiqraz emissiyasının növbəti mərhələsinə start verdi

27 Oktyabr 2026 18:27see266

Ölümdən 2 gün əvvəl bədəndə nə baş verir? 3 mərhələdə gediş

27 Oktyabr 2026 23:48see263

İpoteka ilə mənzil sahibi olmaq nə qədər realdır?

27 Oktyabr 2026 17:28see253

Xərçəng müalicəsində yeni mərhələ: Yeni peyvənd sınaqdan keçirildi

27 Oktyabr 2026 18:04see251

Gizli təzyiqinizin olduğunu necə bilmək olar?

28 Oktyabr 2026 02:06see229

Mbappenin açıqlaması Çində qəzəbə səbəb oldu

28 Oktyabr 2026 02:46see223

Bolsonaro Braziliyanı tərk etdi

28 Oktyabr 2026 01:16see222

Dohada iqtisadi potensialımızın təqdimatı

27 Oktyabr 2026 23:37see222

Nazir onu bu quruma rəis təyin etdi

27 Oktyabr 2026 20:30see220

Sərnişinlərə şad xəbər: ADY bəzi istiqamətlərdə sərnişindaşımaları bərpa edir

27 Oktyabr 2026 20:22see219

Bakıda Dünya uşaq futboluna böyük qapı açıldı

27 Oktyabr 2026 23:49see216

14 günlük tələ: Elektronika mağazaları vətəndaşı necə aldadır?

27 Oktyabr 2026 19:34see215

Lula da Silva Bolsonarunun ölkədən qaçmasını biabırçılıq adlandırıb

28 Oktyabr 2026 04:12see210

“Ən azı üç günlük ərzaq və su ehtiyatı toplayın” Onlar da əhaliyə xəbərdarlıq etdi

29 Oktyabr 2026 03:20see173

Şəmkirdə qonşular arasında dava qanla bitdi 67 yaşlı kişi həyatını itirdi

28 Oktyabr 2026 20:48see172

Kəpəz Baku Sportinq i belə məğlub etdi İCMAL

29 Oktyabr 2026 01:56see170

ABŞ kəşfiyyatından xəbərdarlıq: Bu ölkələrdə…

28 Oktyabr 2026 03:37see170
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri