Icma.az
close
up
RU
Şiddətli töhmət də aldı, amma hələ də dövlətin pullarını istədiyi kimi xərcləyir Söhbət Fuad Nağıyevdən gedir

Şiddətli töhmət də aldı, amma hələ də dövlətin pullarını istədiyi kimi xərcləyir Söhbət Fuad Nağıyevdən gedir

Icma.az, Hurriyyet portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Dövlət Turizm Agentliyi tərəfindən 28 aprel-01 may 2025-ci il tarixlərində Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində keçiriləcək “ATM Dubai 2025″ turizm sərgisində açar təhvili üsulu ilə sərgi stendinin quraşdırılması işlərinin satın alınması üzrə 10.03.2025-ci ildə başlanılmış açıq tenderə yekun vurulub və “BÜROMAX” Məhdud Məsuliyyətli Cəmiyyəti ilə 185.660,02 manat məbləğində satınalma müqaviləsi bağlanılıb. Məlumat satınalmalarının vahid internet portalında 24.04.2025-ci il tarixdə dərc edilib.

Qeyd edək ki, Dövlət Turizm Agentliyi tərəfindən nəzərdə tutulmuş sərgi stendinin quraşdırılması işlərinə dair keçirilmiş açıq tenderdə ehtimal olunan qiyməti 407.082,30 manat müəyyən edilmişdir.

Dövlət satınalmalarının vahid internet portalına yerləşdirilmiş bu məlumatlardan görsəndiyi kimi satınalan təşkilat olaraq Dövlət Turizm Agentliyinin müəyyən etdiyi ehtimal qiyməti ilə təchizatçıların təklif edərək qalib olduğu qiymətlər arasında kəskin fərq var.

Qeyd edək ki, “Dövlət Satınalmaları haqqında” Azərbaycan Respublikasının Qanununda təchizatçıların satınalmadan kənarlaşdırılması müəyyən edilib. Sözügedən Qanunun 35.1.8. maddəsinə görə təchizatçının təqdim etdiyi təklifin qiyməti ehtimal olunan qiymətlə müqayisədə 20 faizdən aşağı olarsa, satınalma komissiyasının sorğusu əsasında təchizatçının təqdim etdiyi izahat və məlumatlar təhlil edildikdən sonra satınalma müqaviləsinin icrasına əsaslı şübhələr qaldıqda təchizatçı müsabiqədən kənarlaşdırılmaldır.

Amma göründüyü kimi Dövlət Turizm Agentliyi açıq tender müsabiqəsində ehtimal olunan qiymətlə müqayisədə 20 faizdən dəfələrlə aşağı qiymət təqdim etmiş “BÜROMAX” MMC ilə satınalma müqaviləsi bağlamışdır ki, bu da “Dövlət Satınalmaları haqqında” Qanunun tələblərinin pozulması deməkdir.

Qeyd edək ki, bu Dövlət Turizm Agentliyi ilə “BÜROMAX” MMC arasında olan ilk işbirliyi deyil. Tərəflər arasında 16-19 yanvar 2025-ci il tarixlərində Avstriyanın Vyana şəhərində keçiriləcək “Ferien Messe Wien” turizm sərgisində açar təhvili üsulu ilə sərgi stendinin quraşdırılması üzrə bir müqavilə də 08.01.2025-ci ildə bağlanılıb. Bu müqavilənin dəyəri 118.809,48 manat təşkil edib. “BÜROMAX” MMC 191.001,29 manat ehtimal olunan qiymətə qarşı yenə də 20 faizdən aşağı təkliflə qalib seçilib.

Qeyd edək ki, Dövlət Vergi Xidmətinin hüquqi şəxslərin dövlət reyestrinə daxil edilmiş məlumatlarında “BÜROMAX” (VÖEN: 1403306911) Məhdud Məsuliyyətli Cəmiyyətinin 18.01.2016-cı il tarixdə Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsində dövlət qeydiyyatına alındığı göstərilir. Reyestr məlumatlarında nizamnamə kapitalı 12.00 manat olan MMC-nin hüquqi ünvanının BAKI ŞƏHƏRİ NƏSİMİ RAYONU, FİKRƏT ƏMİROV, ev 10, qanuni təmsilçisi kimi isə Rəhimov Oğuz Nurəddin oğlu qeyd olunub.

Elektron medianın ötən ilin sentyabrında yaydığı məlumata görə “Büromax” MMC-yə inzibati protokol yazılıb. Xəbərə görə, Mərkəzi Bank protokolu İnzibati Xətalar Məcəlləsinin 430.4-cü (Avans yolu ilə ödənilmiş valyuta vəsaitinin müqabilində müəyyən edilmiş müddətlərdə müvafiq mallar idxal edilmədikdə, işlər görülmədikdə və ya xidmətlər göstərilmədikdə ödənilmiş valyuta vəsaitinin xaricdən geri qaytarılmamasına görə vəzifəli şəxslər inzibati xətanın bilavasitə obyekti olmuş valyuta vəsaiti məbləğinin on faizindən iyirmi faizinədək məbləğdə, hüquqi şəxslər inzibati xətanın obyekti olmuş valyuta vəsaiti məbləğinin iyirmi faizindən otuz faizinədək məbləğdə cərimə edilir) maddəsinə əsasən tərtib edib.

Göründüyü kimi Dövlət Turizm Agentliyi ilə “BÜROMAX” MMC arasında bağlanmış satınalma müqaviləsində satın alınan xidmətin qiyməti Qanunun tələb etdiyi ehtimal olunan qiymətlə müqayisədə nəinki 20 faizdən aşağıdır, hətta 50 faizə yaxındır. Bu isə öz növbəsində keçirilmiş açıq tender prosedurunda saxtakarlıq hallarına yol yerildiyinə əsaslı şübhələr yaratmaya bilmir.

Bu şübhələri iki gün əvvəl Dubayda keçirilən “ATM 2025” (Arabian Travel Market 2025) beynəlxalq turizm sərgisi ilə bağlı Dövlət Turizm Agentliyinin elektron mediada yaydığı məlumatlar daha da artırır. Ağentliyin yaydığı məlumatda qeyd olunur ki, Dövlət Turizm Agentliyi sərgidə iştirak etmək üçün stend quraşdırılmasını “BÜROMAX” MMC-yə həvalə edib. Bunun üçün agentlik şirkətə 18.566.002 manat ödəyib. Sərgi üzrə tələb olunan sahənin icarəsi üçün isə “Reed Exhibition Limited” şirkəti ilə razılaşıb. Bunun üçün şirkətlə 496.213,36 AZN-lik müqavilə bağlanıb.

Qeyd edək ki, satınalmaların portalında Dövlət Turizm Agentliyi Birləşmiş Ərəb Əmirliklərin Dubay şəhərində keçiriləcək “ATM Dubai 2025” sərgisi üzrə tələb olunan sahənin icarəsi üçün 14.04.2025-ci ildə “Reed Exhibition Limited” şirkəti ilə 496.213,36 manat dəyərində, həmin sərgidə açar təhvili üsulu ilə stendin quraşdırılmasına isə “BÜROMAX” MMC ilə 185.660,02 manat məbləğində satınalma müqavilələrinin bağlanıldığını açıqlayıb. Agentlik iki gün əvvəl yaydığı məlumatda isə şirkətə 18.566.002 manat ödədiyi açıqlanıb. Görsənən odur ki, Dövlət Turizm Agentliyi dövlətin pullarını sərgilərdən daha çox məmurların səyahitəni xərcləyir.

Xatırladaq ki, Prezident İlham Əliyevin sərəncamı ilə 4 mart 2025-ci ildə Dövlət Turizm Agentliyinin sədri Fuad Hümbət oğlu Nağıyevə işində yol verdiyi nöqsanlara görə şiddətli töhmət elan edilmişdi. Bundan sonra mediada Fuad Nağıyevə şiddətli töhmət verilməsi onun rəhbərlik etdiyi qurumdan xidməti yazışmaların sızdırılması ilə bağlı xəbərlər yer aldı. Daha sonra Əməkdar mədəniyyət işçisi Tahir Əmiraslanov xaricdə təşkil olunan tədbirlərə dövlət tərəfindən ayrılan pullarla Turizm Agentliyinin məmurlarının səyahət etməsi barədə açıqlamalar verdi. Görsənən odur ki, Fuad Nağıyevə işində yol verdiyi nöqsanlara görə şiddətli töhmət almasına baxmayaraq dövlətin pullarını hələ də işçilərinin səyahətinə xərcləyir.

Aktualinfo.org

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:266
embedMənbə:https://hurriyyet.az
archiveBu xəbər 02 May 2025 13:20 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see326

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

12 Noyabr 2026 19:23see317

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see309

Gecələr yuxusuz, səhərlər yorğun… Yuxusuzluq beynə necə təsir edir?

12 Noyabr 2026 19:08see307

Bakıda yeni salınacaq parkla bağlı işlərə başlanılıb

12 Noyabr 2026 19:13see301

Putin və Tramp Çində Rusiya Ukrayna münaqişəsinin müzakirəsini davam etdirəcəklər

12 Noyabr 2026 21:53see268

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see266

Avropanın Azərbaycanın enerji və tranzit potensialına tələbatı artır

12 Noyabr 2026 21:00see251

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see247

Azərbaycan ilə Ermənistan arasında işçi qrupları yaradılıb

12 Noyabr 2026 21:29see243

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see240

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see233

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see232

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see230

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see210

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see209

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see204

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see200

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see182

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see182
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri