Icma.az
close
up
RU
Şiddətli töhmət məmur üçün nə məna verir? “Müddət 6 aydır”

Şiddətli töhmət məmur üçün nə məna verir? “Müddət 6 aydır”

Icma.az bildirir, Turkstan.az portalına istinadən.

“Xəbərdarlıq və məzəmmət tənbeh növü sayılmır. Tənbeh inzibati məsuliyyət yaradır. Cəza isə cinayət məsuliyyəti yaradır”.

Bu sözləri “Yeni Sabah”a hüquqşünas və ehtiyatda olan polkovnik Şəmsəddin Əliyev bildirib.

Qeyd edək ki, prezident İlham Əliyev Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyevə şiddətli töhmət elan edilib. O, işində yol verdiyi nöqsanlara görə cəzalandırılıb. Ölkə başçısı daha öncə 2020-ci ilin aprelində İsmayıllı Rayon İcra Hakimiyyətinin başçısı Nahid Bağırova 2024-cü ilin oktyabrında isə “Azərenerji” ASC-nin prezidenti Balababa Rzayevə də töhmət elan edib.

Ş. Əliyev rəsmilərə verilmiş bu tənbehlər əsasında onların mənasına aydınlıq gətirib.

O qeyd edib ki, vəzifəsindən asılı olmayaraq, işçi özünün əmək funksiyalarını və öhdəlikləri yerinə yetirmədikdə işdən azad edilə bilər:

“İşəgötürən işçiyə töhmət, sonuncu xəbərdarlıq şiddətli töhmət verə bilər. Əgər kollektiv müqavilədə aylıq əməkhaqqından tutulması ilə bağlı razılaşma varsa, həmin işçinin əməkhaqqının 1/4 -i məbləğindən çox olmamaq şərti ilə, cərimə tətbiq edilə bilər.

İşçi əgər özünün əmək funksiyasını və əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, rəhbərlik onunla əməkdaşlığı ləğv edə bilər.

Xəbərdarlıq və məzəmmət tənbeh növü sayılmır. Tənbeh inzibati məsuliyyət yaradır. Cəza isə cinayət məsuliyyəti yaradır. Əmək qanunvericiliyinə görə, işəgötürən intizam tənbehini verərkən, işçinin şəxsiyyətini, kollektivdəki ictimai nüfuzunu, peşəkarlığını mütləq şəkildə nəzərə almalıdır.

İntizam tənbehi işçiyə yalnız onu işə götürən, əmək müqaviləsi bağlayan, onun şərtlərini dəyişdirmək ixtiyarında olan işəgötürən tərəfindən verilə bilər. Doğrudur, işəgötürən bu səlahiyyəti öz müavininə verə bilər, amma burada tənbehin verilməsi qaydaları ilə bağlı da şərtlər var”.

Hüquqşünas qeyd edib ki, intizam tənbehləri 6 ay sonra qüvvəsini itirir:

“İntizam tənbehi işçi tərəfindən əmək və icra intizamını pozulması aşkar edildiyi gündən 1 ay keçənədək verilə bilər. İşçinin xəstə olduğu yaxud ezamiyyətdə, məzuniyyətdə olduğu vaxt bu müddətə daxil edilmir. Yəni işçi məzuniyyətdə, ezamiyyətdə olanda və ya xəstəxanada yatdığı müddət ərzində müdiriyyət ona hər hansı bir intizam tənbehi tətbiq edə bilməz. İntizam tənbehinin verildiyi müddət 6 aydır. Bu müddətdən sonra tənbeh artıq qüvvəsini itirir. Həmçinin vaxtından öncə də intizam tənbehi işçinin üzərindən götürülə bilər”.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:205
embedMənbə:https://www.turkustan.az
archiveBu xəbər 06 Mart 2025 16:02 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

ING: Neftin 10 dollar bahalaşması Azərbaycanın ixracını ÜDM in 2 4% i həcmində artıra bilər

15 Oktyabr 2026 15:39see368

Yüksək vəzifəyə təyin olunan Həbibə Paşayeva kimdir? DOSYE

15 Oktyabr 2026 13:55see338

İsrail prezidenti "Şuşa təyyarəsi" ilə Bakıya gəlib? Video

16 Oktyabr 2026 00:21see325

AQEM in zirvə görüşü Azərbaycana nə vəd edir?

15 Oktyabr 2026 13:04see266

GEROPHARM Avstriyada uşaqlarda piylənmənin tirzepatidlə müalicəsinə dair dünyada ilk məlumatları təqdim edib (Foto)

15 Oktyabr 2026 14:54see259

Rumıniya TEGoVA toplantısının Bakıda keçirilməsi təşəbbüsünü dəstəkləyib

15 Oktyabr 2026 10:19see245

2026 da istehsal edilən neftin həcmi AÇIQLANDI

15 Oktyabr 2026 10:52see238

AL: Beşiktaş 3 xalı 3 qolla qazandı YENİLƏNİB

16 Oktyabr 2026 00:53see217

Azərbaycanda ən yaxşı təcrübələr İnklüziv məşğulluq məsələləri nəzərdən keçirilib

15 Oktyabr 2026 13:43see198

Qubanın iki kəndinin adı dəyişdirildi QƏRAR

15 Oktyabr 2026 19:19see198

Maştağa xəstəxanasında iynələri pasiyentlərin özlərinə aldırırlar?

15 Oktyabr 2026 19:50see194

Demokratik dövlətin dünyəvi məktəbi, millətin isə yeganə ortaq məkanı!

15 Oktyabr 2026 20:10see189

® Energetiklərə 3 faizədək endirimli, komissiyasız kredit fürsəti

15 Oktyabr 2026 17:26see185

Parisdə turizm təqdimatı

16 Oktyabr 2026 00:22see179

Azərbaycanda 1992 ci ildən həbsdə olan ömürlük məhkum öldü

16 Oktyabr 2026 16:03see178

Amerikalı aktrisa Hilari Suonk 52 yaşında 3 cü dəfə ana olacaq

16 Oktyabr 2026 00:14see171

Dünya Bankı Qrupu Azərbaycana 100 mln. dollara yaxın özəl kapital cəlb edib

16 Oktyabr 2026 10:06see171

Fuad Abdullayev: Bakı məhkəməsinin Nürnberq Tribunalı ilə müqayisəsi mühüm hüquqi və siyasi mesajdır

15 Oktyabr 2026 21:02see168

Telegram da YENİLİK: “Xəbərlər” bölməsi yaradılacaq

15 Oktyabr 2026 18:23see166

Soydaşımızın təşəbbüsü ilə Qara Qarayevin əsəri İsveçdə tədris olunacaq

16 Oktyabr 2026 18:26see151
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri