Şiferlər görün hansı ağır xəstəliyə səbəb olurmuş Həkimlər həyəcan təbili çaldı!
Icma.az bildirir, Baku.ws portalına istinadən.
Uzun illərdir ki, fərdi yaşayış evlərinin və köhnə tikililərin dam örtüyü kimi istifadə olunan şiferlər artıq qadağan olunur. Xüsusilə tərkibində asbest olan materialların istehsalı və istifadəsi mərhələli şəkildə dayandırılacaq.
Müvafiq qanuna edilən dəyişikliklə, Ümumdünya Səhiyyə Təşkilatının xərçəng yaradan maddələr siyahısında yer alan bu materialların istifadədən çıxarılması ölkədə ekoloji təhlükəsizliyin təmin edilməsi və onkoloji xəstəliklərin profilaktikası istiqamətində atılan mühüm addımlardan biri kimi qiymətləndirilir.
Ekspertlərin sözlərinə görə, asbest tərkibli materiallar zamanla havaya zərərli liflər buraxır. Bu da tənəffüs yolu ilə orqanizmə daxil olaraq ciddi xəstəliklərə səbəb ola bilir.
Ekspertlər onu da bildirirlər ki, materialın indiyə qədər tətbiq edildiyi yerlərdə söküntü aparılmayacaq. 2027-ci ilin iyulun 1-dən etibarən isə Azərbaycana asbest və tərkibində asbest olan materialların idxalı, eləcə də onun istehsalı və satışı tamamilə dayandırılacaq.
Qeyd edək ki, Avropa İttifaqının müvafiq normalarında bu növ tikinti materialları artıq qadağan edilib.
Baxış sayı:114
Bu xəbər 19 Fevral 2026 18:40 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















