Icma.az
close
up
RU
Deputat həyəcan təbili çaldı: Bahalaşma yaradan səbəb

Deputat həyəcan təbili çaldı: Bahalaşma yaradan səbəb

Cebheinfo saytından alınan məlumata görə, Icma.az bildirir.

"Bu ilin ilk 2 ayında Azərbaycanın xarici ticarət dövriyyəsi 8 milyard 211 milyon dollar olub. 

Dövriyyənin 4 milyard 73 milyon dolları ixracın, 4 milyard 138 milyon dolları isə idxalın payına düşüb. Bu, o deməkdir ki, xarici ticarət dövriyyəsinin 49.6 faizini ixrac, 50.4 faizini isə idxal təşkil edib. Yəni, sözügedən müddətdə idxal ixracatı üstələyib". 

"Cebheinfo.az" xəbər verir ki, bunu deputat Vüqar Bayramov deyib. O, idxalın ölkədən valyuta apardığını, ixracın isə pul gətirdiyi nəzərə alsaq, xarici ticarət balansında mənfi saldo arzuolunan hesab olunmur:

"Doğrudur, ölkəyə qızıl idxalı xarici ticarət dövriyyəsinə təsir göstərməkdədir. Bununla belə, həmin müddətdə buğda idxalı 39,1 faiz, kərə yağı, digər süd yağları və pastaları – 79,8 faiz, xam şəkər        – 86,8 faiz, çay – 72,9 faiz, kartof – 0,2 faiz, minik avtomobilləri – 27,3 faiz, polad prokatı   – 30,2 faiz, qara metallardan çubuqlar – 2,7 dəfə, rezin şinlər – 19,2 faiz, yük avtomobilləri – 6,9 faiz, polietilen – 13,3 faiz, avtobuslar – 4,4 dəfə, polipropilen – 11,2 faiz artıb. 

Göründüyü kimi, müqayisəli olaraq idxalın artımında ərzaq məhsullarının daha çox gətirilməsi xüsusi çəkiyə malik olub. İşğaldan azad olunan ərazilərimizdə müasir standartlara uyğun texnoloji tələb də idxala təsirsiz ötüşmür. Yeri gəlmişkən, Azərbaycan həmin müddətdə 138 ölkədən məhsul idxal edib. 

Yüksək idxal valyuta tələbi də yaradır. Aydındır ki, məhsul idxalı xarici valyuta ilə mümkündür və bu da tələbə təsir göstərir. Digər tərəfdən, xüsusən ərzaq məhsullarının idxalının artması ərzaq təminatı və eləcə də istehlak bazarında qiymət tarazlığı baxımdan da arzuolunan hesab edilmir.

Bu kontekstdən, 2025-ci ildə idxalın optimallaşdırılması əsas prioritetlərdən hesab edilə bilər". Deputatın sözlərinə görə, ixracatın daha çox artırılmasına nail olunması real sektorun daha da inkişafı, ölkəyə daha çox valyutanın daxil olması baxımdan da vacib faktorlardan hesab olunur. 

Xəzər 
"Cebheinfo.az"

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:140
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 06 May 2025 10:44 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Barselona Real : hansı kanallarda?

25 Oktyabr 2026 23:55see408

Qubadlı 2040 cı ilədək belə olacaq Əhali 14 minə çatacaq… VİDEO KONKRET

25 Oktyabr 2026 15:44see402

Röya Ayxanın xalası qızının videosu yayıldı VİDEO

26 Oktyabr 2026 00:42see278

Bakıda maşın saxlamaq evə çatmaqdan çətindir Çıxış yolu nədir?

25 Oktyabr 2026 17:21see259

Serbiyada seçkilər qanunvericiliyə uyğun keçirilir Musa Qasımlı

25 Oktyabr 2026 16:48see248

Yunan Roma güləşçisi Sənan Süleymanov dünya çempionu olub

25 Oktyabr 2026 19:32see241

Xalidə Gözəl vəfat etdi

25 Oktyabr 2026 16:52see239

“Real” və “Barsa” oyunçularına “El Klasiko” üçün xüsusi butslar hazırlanıb FOTO

26 Oktyabr 2026 00:50see235

“Türkiyə daxilində Azərbaycana qarşı olan qrupların iç üzü açıldı” AÇIQLAMA

25 Oktyabr 2026 12:29see234

Bəzi magistral yollarda görünüş məsafəsi məhdudlaşacaq

25 Oktyabr 2026 13:45see218

Bu ölkədə 21 günlük karantin elan edildi

26 Oktyabr 2026 01:51see207

Dünyanın diqqətlə izlədiyi tibbi sensasiya Erkən ölümün qarşısını alan ən sadə formul açıqlandı

25 Oktyabr 2026 15:32see207

Yeni arenada qolsuz siftə

26 Oktyabr 2026 11:15see203

İnsanlar cəmi 6 deyil, 27 fərqli emosional hal var

25 Oktyabr 2026 13:08see202

Qubad İbadoğlu sosial şəbəkələrə Vurğun Əyyubu xatırlayaraq qayıtdı

25 Oktyabr 2026 23:04see201

Tramp: İranı məhv etmək və ya razılaşma əldə etmək arasında seçim etməliyəm

26 Oktyabr 2026 03:19see198

Ekspert: Azərbaycan Türkiyə münasibətlərinin gələcəyi qarşılıqlı hörmət və etimaddan asılıdır

25 Oktyabr 2026 19:39see195

Fransada nüvə elementi oğurlandı

26 Oktyabr 2026 03:12see194

Tullantıdan ev tikdilər: Köhnə cins şalvarlar və 20 min diş fırçası istifadə olundu

26 Oktyabr 2026 00:32see193

Ebola virusunun Bundibuqyo ştammı diplomatın ailəsində aşkarlandı

26 Oktyabr 2026 02:41see192
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri