Sığınacaqda böyüyən daha bir qızın toyu olacaq
Moderator.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.
“Azərbaycan Uşaqlar Birliyi”nin sığınacağında böyüyən daha bir qızın toyu olacaq.
Moderator.az xəbər verir ki, bu barədə qurumun rəhbəri Kəmalə Ağazadə məlumat yayıb. O bildirib ki, sığınacaqda böyüyən Səbinə adlı gənc qız nişanlanıb və yaxın vaxtlarda onun toyu baş tutacaq.
“Səbinə balam nişanlanıb. Hüseyn çox mədəni, alicənab və sevgi dolu bir gəncdir. İnşallah, ən xoşbəxt cütlüklərdən biri olacaqlar. Səbinənin ən böyük arzusu böyüdüyü müəssisədə bacıları ilə birlikdə xına gecəsi keçirmək və daha sonra mənim evimdən gəlin köçməkdir”.
Qurum rəhbəri həmçinin toy mərasiminin iyun ayında keçirilməsinin planlaşdırıldığını bildirib.
Xatırladaq ki, bundan əvvəl də sığınacaqda böyüyən Səma adlı gənc qız həmin müəssisədə çalışan Rüfət adlı gənclə ailə həyatı qurmuşdu. Hazırda onların bir oğul övladı var. /Musavat.com/
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:130
Bu xəbər 30 Aprel 2026 14:32 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















