Sığınacaqda 16 yaşlı qızın ölüm hadisəsi: Mehriban Zeynalova təfərrüatları danışdı
Sitat.info saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Xəbər verdiyimiz kimi, Bakının Binəqədi rayonunda yerləşən “Təmiz Dünya” Qadınlara yardım İctimai Birliyinin sığınacağında ölüm hadisəsi baş verib. Hadisə noyabrın 19-u saat 12 radələrində qeydə alınıb.
Sitat.info hadisə ilə bağlı Birliyin sədri Mehriban Zeynalova ilə əlaqə saxlayıb.
M.Zeynalova bildirib ki, orada yaşayan 2009-cu il təvəllüdlü Şəmkir rayon sakini Nurcan Elşad qızı Cəfərova sığınacağın 4-cü mərtəbəsinin pəncərəsindən yıxılıb. Onun sözlərinə görə, yeniyetmə qız atasının ondan imtina etməsi xəbərini eşitdikdən sonra intihara cəhd edib.
Sığınacaq işçiləri onu intihar fikrindən danışdırmağa və xilas etməyə çalışıb. Lakin N.Cəfərova ayağı sürüşərək yıxılıb: "Mən hazırda xaricdəyəm. Sığınacaq işçiləri ilə danışa bilərsiniz, onlar daha dəqiq bilir. Ehtimal ki, Nurcan intihar görüntüsü yaratmağa çalışıb ki, qohumlarına xəbərt verək və onu himayəyə götürsünlər. Bu zaman isə bədbəxt hadisə baş verib".
Qeyd edək ki, ötən xəstəxanaya yerləşdirilmiş N.Cəfərova bir neçə saat sonra vəfat edib.
Faktla bağlı Binəqədi Rayon Prokurorluğunda araşdırma aparılır.
Nigar,
Sitat.info
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:77
Bu xəbər 20 Noyabr 2025 13:23 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















