Sığorta şirkətlərinin açıq sığorta modeli tətbiq ediləcək
Icma.az bildirir, Milli.az saytına əsaslanaraq.
2030-cu ilədək Azərbaycanda açıq sığorta modelinin tətbiqi istiqamətində hazırlıq işləri həyata keçiriləcək və bu sahədə hüquqi baza formalaşdırılacaq.
Milli.Az xəbər verir ki, bu, Prezident İlham Əliyevin təsdiq etdiyi "Maliyyə inklüzivliyinin genişləndirilməsinə dair 2027-2030-cu illər üçün Dövlət Proqramı"nda öz əksini tapıb.
Dövlət Proqramına əsasən, açıq sığorta modelinin tətbiqi üzrə tədbirlərin icrası 2027-2029-cu illərdə nəzərdə tutulur. Layihənin həyata keçirilməsi zamanı Azərbaycan Sığortaçılar Assosiasiyasının (ASA) da prosesə cəlb olunması planlaşdırılır.
Sənəddə qeyd olunur ki, ilkin mərhələdə maliyyə institutlarının modelin tətbiqinə hazırlıq səviyyəsi qiymətləndiriləcək. Növbəti mərhələdə isə açıq sığorta modelinin tətbiqi üçün zəruri hüquqi bazanın formalaşdırılması təmin ediləcək.
Dövlət Proqramında tədbirin əsas icraçısı qismində Azərbaycan Mərkəzi Bankı (AMB) göstərilib.
Gözlənilən yekun nəticələrə görə, proqram çərçivəsində ölkədə fəaliyyət göstərən sığorta şirkətlərinin azı 50 faizinin açıq sığorta modelini tətbiq etməsi hədəflənir.
Milli.Az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:210
Bu xəbər 26 May 2026 19:30 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















