Icma.az
close
up
RU
Sığorta şirkətlərinin SƏHLƏNKARLIĞI 50 manatınızın BAŞI AĞRIYIR

Sığorta şirkətlərinin SƏHLƏNKARLIĞI 50 manatınızın BAŞI AĞRIYIR

Lent az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Hələ də bəzi sahələrdə təkmilləşməyə, asanlaşmaya ehtiyac var. Bunlardan biri də avtomobillərin icbari sığortası ilə bağlıdır.

Belə ki, avtomobilin icbari sığorta müddətinin keçməsi barədə hazırda idarəetmə hüququ olan şəxsə heç bir bildiriş falan göndərilmir. Sanki sürücü üçün qəsdən tapmaca qurulub. Araşdırma zamanı məlum oldu ki, sığorta müddətinin bitməsi barədə bildiriş avtomobili ötən il kim hansı nömrə ilə sığorta etdiribsə, ona gedir. Bəs yaxşı həmin avtomobili sonradan alan, hazırda etibarnamə yolu ilə onu idarə edən şəxsin günahı nədir? Təbii ki, kimsə avtomobilin qanuni sığorta müddətinin bitdiyini bildiyi halda onu idarə etməz. Heç kim cərimələnmək üçün sino getmir.

Emil Ağabağırov

Mövzu ilə bağlı sığorta məsələləri üzrə ekspert Emil Ağabağırov Lent.az-a münasibət bildirib. Onun sözlərinə görə, sürücü maşını alarkən, yaxud sonradan sığorta şirkəti vasitəsilə sığorta şəhadətnaməsi barədə məlumat almalıdır:

“Bəli sığorta şirkətləri sistemdə hansı nömrədirsə, ona bildiriş göndərirlər. Bu nömrəni dəyişmək mümkün deyil. Yeni maşın alan şəxs icbari sığorta bürosu ilə əlaqə saxlayaraq, avtomobilinin hansı şirkətdə qeydiyyatda olduğunu və sığorta şəhadətnaməsinin hansı tarixdə qüvvədən düşməsini öyrənməlidir. Sığorta müddəti bitibsə, avtomobili idarə edən şəxs 50 manat məbləğində cərimə edilir. Ən optimal variant dediyim kimidir, sürücü özü məlumat almalıdır.

Lakin sığorta şirkətinin hazırda maşını idarə edən şəxsə bildiriş göndərməsi praktiki cəhətdən mümkün deyil. Bu bir az geniş inteqrasiyalar toplusudur. Bir maşın üzrə bir neçə nəfərə etibarnamə verilə bilər, Həmin şəxslərin də bir neçə mobil nömrəsi ola bilər. Bu cəhətdən bu variant mümkün olmur”.

Avtomobil eksperti Eldəniz Cəfərov isə Lent.az-a açıqlamasında bildirib ki, sığorta barədə bildiriş də texniki baxışla eyni qaydada, avtomobili idarə edən şəxsə göndərilməlidir:

“İcbari sığorta fərdi məsuliyyət sığortasıdır. Ona görə də sığorta edən kimdirsə, onun telefonuna SMS gəlir. Amma bir məsələ də var ki, məsələn texniki baxışla bağlı bildiriş avtomobili hazırda etibarnamə ilə idarə edən şəxsə gəlir. Ona görə də düşünürəm ki, elə sistem qurulmalıdır ki, bu sığorta ilə bağlı bildirişlər də avtomobilin hazırkı sahibinə də gəlsin”.

Eldəniz Cəfərov

Əksər sürücülər də düşünür ki, avtomobillərin icbari sığorta şəhadətnaməsinin qüvvədən düşməsi ilə bağlı bildirişin avtomobilin hazırkı sahibinə getməsi daha məntiqlidir. Təsəvvür edin, avtomobili aldığımız şəxslə heç bir əlaqəmiz yoxdur. Sığorta şirkətləri ilə əlaqə saxlamaq da hər zaman mümkün olmur. Bəzən yarım saata yaxın telefonda gözləsən də səsi çıxan olmur təəssüf. Beləcə qalırsan çarəsiz və sığortanın bitməsi məlumatını yalnız cərimələnəndə bilirsən. İndi siz deyin, kimdir günahkar? Yaxşı olmazmı ki, cərimələr kimi, sığorta bildirişi də asanlaşdırılsın?

Qeyd üçün bildirək ki, avtomobili sığorta etdirmədən nəqliyyat vasitəsini idarə etməyə görə, İnzibati Xətalar Məcəlləsinin 469.3-cü (İcbari sığortalar haqqında Azərbaycan Respublikasının Qanunu ilə mülki məsuliyyəti icbari qaydada sığorta etdirmək vəzifəsi müəyyən edilmiş avtonəqliyyat vasitəsi sahibləri tərəfindən sığortaçı ilə icbari sığorta müqaviləsinin bağlanmamasına görə) madədəsilə 50 manat məbləğində cərimə nəzərdə tutulur. Görünür, bildiriş sistemi təkmilləşməsə hələ çox 50 manatların başı ağrıyacaq.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:58
embedMənbə:https://lent.az
archiveBu xəbər 08 May 2025 18:04 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

iPhone smartfonlarına yeni emojilər əlavə ediləcək

10 Yanvar 2026 05:45see205

Kolumbiya prezidenti dünya müharibəsini dayandırmaq üçün ABŞ a

10 Yanvar 2026 07:53see195

Azərbaycalı müğənni bədən quruluşu ilə DİQQƏT ÇƏKDİ VİDEO

10 Yanvar 2026 01:10see174

BMT: 21 milyona yaxın sudanlı aclıqla üzləşib

10 Yanvar 2026 23:11see171

Məğlub olan Qalatasaray bundan imtina etdi

10 Yanvar 2026 23:44see153

Həmişə özüm almışam, ərimin almasını gözləməyə səbrim çatmayıb

11 Yanvar 2026 00:31see144

Can Yaman və tanınmış model saxlanıldı FOTOLAR

10 Yanvar 2026 10:16see142

Bu ölkədə 11 yanacaq məntəqəsi partladıldı Video

11 Yanvar 2026 11:28see141

Ueyn Runi qardaşının klubunun “Kristal Palas” üzərində qələbəsini şərh edib

11 Yanvar 2026 01:34see140

Azərbaycan üzərindən Rusiya şəkəri Ermənistana göndəriləcək

10 Yanvar 2026 17:50see137

“Ayntraxt” “Borussiya” matçında 6 qol

10 Yanvar 2026 01:42see134

Xoruldama infarkt və insult riskini artırır

11 Yanvar 2026 14:19see134

Karvan Yevlax heyətini gücləndirdi... Birinci divizion təmsilçisi ilə

10 Yanvar 2026 22:57see132

Dəniz suyu içməli olacaq

10 Yanvar 2026 12:53see129

Dembele PSJ nin təklifini rədd etdi daha yüksək məbləğ istəyir

10 Yanvar 2026 01:11see129

Bundesliqa: “Dortmund” “Ayntraxt” səfərindən bir xalla qayıdır

10 Yanvar 2026 01:27see127

“42 nömrə etibarlı əllərdədir” Ture Semenyonun Mançester Siti yə keçidini dəstəkləyib

10 Yanvar 2026 05:08see127

Evini baha qiymətə satmaq üçün qonşunun itlərini daşlayırmış SUMQAYITDAKI GÖRÜNTÜLƏRLƏ BAĞLI ARAŞDIRMA

10 Yanvar 2026 18:30see126

Qara Qarayeva və Rəşad Hüseynova vəzifə verildi

11 Yanvar 2026 21:02see124

Əfqanıstanda 4 mədənçi tüstüdən boğuldu

11 Yanvar 2026 01:20see124
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri