Icma.az
close
up
RU
Menu

Məşhurlar ALS xəstəsi olan model dostlarını ziyarət etdilər

Mədəniyyət Nazirliyi Elmira Şabanovanın vəfatı ilə bağlı nekroloq yayıb

Vəzifəlilərin biznesinə son qoyula bilər Yeni qanun nələri dəyişəcək?

Valideynlərə xəbərdarlıq: Uşaqlara bunu özbaşına verməyin!

Polis bölməsinə şaman çağırıldı Pis ruhları qovmaq üçün

Qabriel Jezus: “Sabah”a hörmətlə yanaşaraq meydana çıxdıq”

Elgiz Əkbərin yeni layihəsi ilə bağlı ARB dən rəsmi açıqlama

Polşada prezident sarayının yaxınlığında kişi özünü yandırdı

“Sabah” 5 turdan sonra ÇL də neçəncidir?

Dövlət İdarəçilik Akademiyasının tələbəsi binadan necə yıxılıb? təfərrüat (Video)

Evdəki adi əşyalar uşağın həyatını təhlükəyə ata bilər Həkimdən xəbərdarlıq

Filarmoniyada Dövlət Mahnı və Rəqs Ansamblının konserti təqdim olunub (Foto)

Koçinyan: Azərbaycan və Ermənistan vətəndaş cəmiyyətlərinin dialoqu yeni reallıqların yaradılmasına yönəlib

ADU Çinin Sincan Maliyyə və İqtisad Universiteti ilə Anlaşma Memorandumu imzaladı FOTO

Azərbaycan və Aİ Orta Dəhlizin inkişafı ilə bağlı razılığa gəldi

57 yaşlı Cennifer Lopez belə formada qalır

Azərbaycan Ermənistan dialoqunda yeni mərhələ: 6 komitə yaradılır

Haşimoto və hamiləlik: Bu xəstəlik ana olmağa mane olurmu? ARAŞDIRMA

Azərbaycan vasitəsilə Şimal Cənub dəhlizi ilə yükdaşımalar 25 % artıb

AZAL ın ötənilki qazancı açıqlandı 1,2 milyard manat!

Sığorta şirkətlərinin “çıxarış“ bəhanəsi 800 mindən çox tikili risk altındadır

Sığorta şirkətlərinin “çıxarış“ bəhanəsi 800 mindən çox tikili risk altındadır

Icma.az bildirir, Moderator.az portalına istinadən.

Son zamanlar Azərbaycanda müşahidə olunan intensiv yağışlar ciddi fəsadlara yol açaraq bir çox yaşayış massivlərində mövcud problemləri daha qabarıq şəkildə üzə çıxardı. Problemin ən ağrılı tərəfi isə zərərin kim tərəfindən qarşılanması məsələsidir. Hazırda Azərbaycanda daşınmaz əmlakın sığortalanması geniş yayılmayıb. Əksər vətəndaşlar evlərini sığorta etdirmir. Nəticədə, sel və ya subasma zamanı zərər birbaşa ailənin üzərinə düşür. Dövlət qurumları isə yalnız müəyyən hallarda və məhdud imkanlar daxilində yardım göstərə bilirlər ki, bu da problemin köklü həlli üçün yetərli deyil.

Moderator.az mövzu ilə bağlı "Kaspi" qəzetinin məqaləsini təqdim edir:

"Xüsusi komissiyanın yaradılmasına ehtiyac var"

Daşınmaz əmlak bazarı üzrə ekspert Nofəl Quliyev intensiv yağışların yaratdığı fəsadların xüsusilə fərdi yaşayış evlərində müşahidə edildiyini bildirir. Onun sözlərinə görə, həmin evlərin əksəriyyəti vaxtilə bataqlıq və ya sututar ərazilərdə torpaq doldurulmaqla inşa edilib. Ekspert qeyd edir ki, bu ərazilərdə ümumi kanalizasiya sistemi mövcud deyil, nəticədə güclü yağıntılar zamanı suyun təbii axını təmin olunmur və evlər birbaşa risk altında qalır. Bu baxımdan o hesab edir ki, yaranmış zərərlə bağlı dövlət tərəfindən müəyyən dəstək mexanizmləri tətbiq olunmalı, vətəndaşlara kompensasiya ödənilməlidir. Onun fikrincə, hətta sığortası olmayan evlər üzrə humanitar və sosial yanaşma əsasında yardım mexanizmləri işə salınmalıdır.

Ekspert vurğulayır ki, Azərbaycanda sığorta mədəniyyətinin zəif olması problemi daha da dərinləşdirir: "Vətəndaşlar adətən yalnız hadisə baş verdikdən sonra sığorta barədə düşünürlər ki, bu da preventiv risk idarəetməsini zəiflədir. Belə halların obyektiv və şəffaf şəkildə qiymətləndirilməsi üçün xüsusi komissiyanın yaradılmasına ehtiyac var. Bu komissiya dəymiş ziyanı yerində qiymətləndirməli və müvafiq qaydada vətəndaşlara kompensasiya ödənilməsini təmin etməlidir".

800 mindən çox tikili risk altındadır

N.Quliyev sənədsiz evlərin yaratdığı əlavə çətinliklərə diqqət çəkir. Onun fikrincə, uzun illərdir faktiki yaşayış olan, lakin hüquqi sənədləri olmayan evlər sığorta şirkətləri üçün yüksək risk kateqoriyasına düşür və bu səbəbdən sığortalanmada çətinliklər yaranır. Hazırda ölkədə 800 minə yaxın çıxarışsız mənzilin mövcudluğu bu problemin miqyasını daha aydın göstərir. Ekspert hesab edir ki, bu evlərin köçürülməsi deyil, mərhələli şəkildə sənədləşdirilməsi daha doğru yanaşmadır.

Sığorta mexanizmi niyə işləmir?

Sığorta məsələləri üzrə ekspert Ramil Kərimov deyir ki, daşınmaz əmlakın icbari sığortası sosial müdafiə baxımından mühüm əhəmiyyət daşıyır. Onun sözlərinə görə, icbari sığortanın əsas məqsədi ondan ibarətdir ki, dövlət müəyyən sahələrdə yaranan riskləri nəzərə alaraq vətəndaşların əlavə sosial yük altına düşməsinin qarşısını almaq üçün preventiv mexanizm formalaşdırır. Bu yanaşma təkcə daşınmaz əmlak sahəsində deyil, həm də yol hərəkəti iştirakçıları, istehsalatda çalışan işçilər və digər risk qrupları üçün tətbiq olunur.

Ekspert vurğulayır ki, Azərbaycanda daşınmaz əmlakın icbari sığortası ilə bağlı hüquqi baza 1990-cı illərdən formalaşıb, daha sonra təkmilləşdirilərək 2011-ci ildən etibarən müasir mexanizm tətbiq olunmağa başlanıb: "İcbari sığortalar haqqında" qanuna əsasən ölkə üzrə tariflər regionlara görə fərqlənir. Bakı şəhərində illik sığorta haqqı 50 manat təşkil edir və bu məbləğ müqabilində 25 000 manatadək sığorta təminatı verilir. Sumqayıt, Gəncə və Naxçıvan Muxtar Respublikasında sığorta haqqı 40 manat, təminat isə 20 000 manatdır. Digər bölgələrdə isə sığorta haqqı 30 manat olmaqla 15 000 manat təminat nəzərdə tutulur. Yəni, cəmi 30-50 manat illik ödəniş etməklə vətəndaş ciddi maliyyə itkilərindən qoruna bilər".

R.Kərimovun fikrincə, icbari sığorta mexanizminin effektiv işləməməsinin əsas səbəblərindən biri yerli icra strukturlarının bu prosesi tam şəkildə icra etməməsidir: "Dövlət bu mexanizmin icrasını yerli icra hakimiyyətlərinin üzərinə qoyub və onların vasitəsilə əhatə dairəsinin genişləndirilməsini nəzərdə tutub. Qanunvericiliyə əsasən, sığortadan imtina edən və ya sığortalanmayan əmlaklar inzibati qaydada cərimələnə bilər. Hazırda nəzərdə tutulan cərimə məbləği 30 manatdır. Bu isə praktik baxımdan vətəndaş üçün sığortalanmaqla müqayisədə alternativ seçim yaradır və stimullaşdırıcı rol oynaya bilər. Lakin mexanizmin geniş tətbiq olunmaması nəticəsində bu sahədə boşluqlar qalır və problem sistemli xarakter alır".

Sistemli kompensasiya ödənişinə mane olan səbəb

Ekspert yerli icra hakimiyyətlərinin əsasnaməsində fövqəladə hallarda yardım göstərilməsi ilə bağlı müddəaların mövcud olduğunu, lakin bu müddəaların icra mexanizminin konkret şəkildə müəyyən edilmədiyini qeyd edir. Onun sözlərinə görə, yardımın həcmi, forması və tətbiq qaydaları aydın olmadığından, kütləvi hallarda sistemli kompensasiya alınması çətin olur. Bu səbəbdən belə hallar daha çox fərdi yanaşma ilə, konkret evlərin yararsız hala düşməsi kimi hallarda məhdud şəkildə qarşılanır.

R.Kərimov vurğulayır ki, intensiv yağışlar nəticəsində yaranan mövcud vəziyyət fövqəladə hal kimi qiymətləndirilməsə də, genişmiqyaslı sosial problem xarakteri daşıyır və əsas səbəblərdən biri kommunal infrastrukturun zəifliyidir. Bu baxımdan, gələcəkdə yerli icra hakimiyyətləri icbari sığorta mexanizminin tətbiqini daha aktiv şəkildə həyata keçirməli və əhatə dairəsini genişləndirməlidir.

Sığorta şirkətlərinin "kupça" bəhanəsi

Ekspert sığorta şirkətlərinin mövqeyinə də toxunaraq bildirir ki, praktikada bəzən "çıxarışı" olmayan əmlakların sığortalanmasında çətinliklər yaranır. Lakin qanunvericiliyə əsasən, sığorta şirkətləri müqavilə bağlamaqdan imtina edə bilməzlər. Vətəndaş faktiki olaraq həmin əmlakda yaşayırsa və kommunal xidmətlər onun adına rəsmiləşdirilibsə, bu, sığorta üçün əsas sayılmalıdır. Bu prosesə nəzarət isə Mərkəzi Bank tərəfindən həyata keçirilir. Vətəndaşlar qarşılaşdıqları problemlər barədə birbaşa Mərkəzi Bankın qaynar xəttinə müraciət edə bilərlər.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:109
embedMənbə:https://moderator.az
archiveBu xəbər 06 Aprel 2026 10:33 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Məşhurlar ALS xəstəsi olan model dostlarını ziyarət etdilər

25 Noyabr 2026 23:59see329

Mədəniyyət Nazirliyi Elmira Şabanovanın vəfatı ilə bağlı nekroloq yayıb

25 Noyabr 2026 21:47see314

Vəzifəlilərin biznesinə son qoyula bilər Yeni qanun nələri dəyişəcək?

25 Noyabr 2026 20:04see290

Valideynlərə xəbərdarlıq: Uşaqlara bunu özbaşına verməyin!

26 Noyabr 2026 02:11see278

Polis bölməsinə şaman çağırıldı Pis ruhları qovmaq üçün

25 Noyabr 2026 22:36see273

Qabriel Jezus: “Sabah”a hörmətlə yanaşaraq meydana çıxdıq”

26 Noyabr 2026 01:33see270

Elgiz Əkbərin yeni layihəsi ilə bağlı ARB dən rəsmi açıqlama

25 Noyabr 2026 21:11see269

Polşada prezident sarayının yaxınlığında kişi özünü yandırdı

26 Noyabr 2026 00:01see263

“Sabah” 5 turdan sonra ÇL də neçəncidir?

26 Noyabr 2026 04:01see255

Dövlət İdarəçilik Akademiyasının tələbəsi binadan necə yıxılıb? təfərrüat (Video)

26 Noyabr 2026 22:31see249

Evdəki adi əşyalar uşağın həyatını təhlükəyə ata bilər Həkimdən xəbərdarlıq

25 Noyabr 2026 22:56see243

Filarmoniyada Dövlət Mahnı və Rəqs Ansamblının konserti təqdim olunub (Foto)

26 Noyabr 2026 18:52see237

Koçinyan: Azərbaycan və Ermənistan vətəndaş cəmiyyətlərinin dialoqu yeni reallıqların yaradılmasına yönəlib

26 Noyabr 2026 22:05see235

ADU Çinin Sincan Maliyyə və İqtisad Universiteti ilə Anlaşma Memorandumu imzaladı FOTO

26 Noyabr 2026 17:46see232

Azərbaycan və Aİ Orta Dəhlizin inkişafı ilə bağlı razılığa gəldi

26 Noyabr 2026 19:36see221

57 yaşlı Cennifer Lopez belə formada qalır

26 Noyabr 2026 17:27see216

Azərbaycan Ermənistan dialoqunda yeni mərhələ: 6 komitə yaradılır

26 Noyabr 2026 19:50see214

Haşimoto və hamiləlik: Bu xəstəlik ana olmağa mane olurmu? ARAŞDIRMA

26 Noyabr 2026 15:04see195

Azərbaycan vasitəsilə Şimal Cənub dəhlizi ilə yükdaşımalar 25 % artıb

26 Noyabr 2026 16:04see194

AZAL ın ötənilki qazancı açıqlandı 1,2 milyard manat!

26 Noyabr 2026 22:21see192
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri