Icma.az
close
up
RU
Sığorta sistemində yenilik: Etibarnamə versəniz, cərimə sizə gələcək

Sığorta sistemində yenilik: Etibarnamə versəniz, cərimə sizə gələcək

Icma.az, Demokrat.az saytına istinadən bildirir.

Avtomobil sahibləri və sürücülər üçün qarşıdakı dövr mühüm dəyişikliklərlə yadda qalacaq. İcbari sığorta sahəsində tətbiq olunacaq yeni qaydalar həm maliyyə yükünə, həm də məsuliyyət bölgüsünə ciddi təsir edəcək. Bir çox sürücü bu yeniliklərdən hələ də tam xəbərdar deyil və bu da gələcəkdə problemlərə səbəb ola bilər. Xüsusilə etibarnamə, qəza halları və sığorta ödənişləri ilə bağlı dəyişikliklər diqqət tələb edir. Yeni sistem sürücülərin davranışına birbaşa təsir edəcək mexanizmlər üzərində qurulub. 
Məsələ ilə bağlı sığorta məsələləri üzrə ekspert Şahin İsmayılov Demokrat.az-a bildirib ki, 21 iyundan etibarən icbari sığorta haqqında qanuna yeni qaydaların tətbiqinə başlanılır və bu dəyişikliklər sığorta sistemində köklü yeniliklər yaradacaq:
"Sonradan “bilmirdim, xəbərim yox idi” kimi bəhanələr heç bir nəticə verməyəcək.. Son günlər mənə daxil olan müraciətlər göstərir ki, vətəndaşların böyük əksəriyyəti bu dəyişikliklərdən xəbərsizdir.
Ümumilikdə 5 əsas dəyişiklik var və hər biri mühüm əhəmiyyət daşıyır.
Birinci dəyişikliyə əsasən hadisə olmadıqda illik 5 faiz endirim tətbiq olunur, hər qəza olduqda isə sığorta haqqı 30 faiz artır. 5 faiz endirim əvvəl də mövcud idi və qüvvədə qalır. Yəni sürücü il ərzində qəza törətməzsə, növbəti il sığorta haqqı 5 faiz azalır. Yenilik isə hər qəza üçün 30 faiz əlavə artımın tətbiq olunmasıdır. Məsələn, mühərrik həcminə görə baza sığorta haqqı 100 manatdırsa, bir qəza olduqda növbəti il 130 manat, iki qəza olduqda isə 160 manat hesablanır. İkinci dəyişiklik etibarnamə ilə bağlıdır və bu, ciddi problemlər yarada bilər. Etibarnamə verilmiş sürücülər arasında ən aşağı bonus-malus əmsalı əsas götürüləcək. Yəni siz qəza törətməsəniz də, etibarnamə verdiyiniz şəxslərdən biri qəza törədərsə, həmin mənfi əmsal sizə tətbiq olunacaq. Nəticədə başqasının törətdiyi hadisəyə görə siz daha çox sığorta haqqı ödəyəcəksiniz". 
Ekspert bildirib ki, avtomobili satarkən mütləq öz adınıza olan icbari sığorta müqaviləsinə xitam verdirin:
"Əks halda, avtomobili idarə edən şəxs qəza törədərsə, cərimə sizin üzərinizə düşəcək. Digər geniş yayılmış səhv avtomobili etibarnamə ilə satmaqdır. Ən düzgün yol alıcının avtomobili öz adına keçirməsidir. Eyni qayda alıcı üçün də keçərlidir. Başqasının adına olan sığorta ilə avtomobili idarə etməyin, əks halda baş verən hadisənin məsuliyyəti sizin üzərinizə düşə bilər. Əvvəllər sürücülər cərimədən yayınmaq üçün avtomobili başqasının adına keçirərək və ya etibarnamə verərək bonus-malus sistemindən sui-istifadə edirdilər. Yeni qaydalar bu halların qarşısını alır və sistem bütün əlaqəli şəxsləri nəzərə alır".
Ekspert deyib ki, üçüncü dəyişikliyə əsasən, qəza baş verdikdə sığorta artımı artıq sığortanın sahibinə deyil, qəzanı törədən sürücüyə tətbiq olunur:
"Bu müsbət yenilikdir. Lakin etibarnamə olduğu halda məsuliyyət tam aradan qalxmır. Ona görə də avtomobili kimə etibar etdiyinizə ciddi yanaşmalısınız.
Dördüncü dəyişiklik hüquqi şəxslərlə bağlıdır. Hüquqi şəxsə məxsus avtomobillə qəza baş verdikdə sığorta artımı şirkətə deyil, birbaşa sürücüyə tətbiq olunur. Bu, xüsusilə "lizinqlə" avtomobil idarə edənlər üçün əhəmiyyətlidir. Artıq bir sürücünün törətdiyi qəza digər sürücülərə təsir etməyəcək. 
Beşinci dəyişiklik taksilərlə bağlıdır. Taksi fəaliyyəti ilə məşğul olan avtomobillərə 5 faiz endirim tətbiq olunmur. Bundan əlavə, onların sığortasına 1,5 əmsal tətbiq edilir ki, bu da xərclərin artmasına səbəb olur.
Bu 5 dəyişikliyi nəzərə alaraq, qaydalara əməl etsəniz, gələcəkdə gözlənilməz xərclərlə qarşılaşmazsınız",- deyə o qeyd edib.
Əfsanə Kamal
Demokrat.az
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:192
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 24 Aprel 2026 09:27 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

11 Noyabr 2026 23:37see341

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see325

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

11 Noyabr 2026 22:18see323

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

11 Noyabr 2026 22:13see303

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

12 Noyabr 2026 01:28see302

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

11 Noyabr 2026 23:17see289

Adil Kazımlı: “Əldə etdiyim uğurda əməyi olan hər kəsə minnətdarlığımı bildirirəm”

12 Noyabr 2026 02:08see252

Atəşkəs təklifimizi rədd etdi

12 Noyabr 2026 02:34see241

Noyer Bavariya nın əsas qapıçısı olaraq qalacaq? zədədən sonra

12 Noyabr 2026 00:16see233

Təranə Musa cütlüyünün evi müzakirə yaratdı (Video)

12 Noyabr 2026 15:26see220

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see214

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

12 Noyabr 2026 19:23see198

Azərbaycanda ötən ay ərzaq məhsulları 6,7 faiz bahalaşıb

12 Noyabr 2026 17:31see196

Təbiətin gizli təhlükəsi Zəhərli göbələklərdən ehtiyatlı olun Video

12 Noyabr 2026 18:02see193

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see183

Bakıda yeni salınacaq parkla bağlı işlərə başlanılıb

12 Noyabr 2026 19:13see179

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see178

Gecələr yuxusuz, səhərlər yorğun… Yuxusuzluq beynə necə təsir edir?

12 Noyabr 2026 19:08see177

Piylənmədən əziyyət çəkən insanlarda şəkər riski artıq olur

12 Noyabr 2026 01:42see174

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see169
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri