Icma.az
close
up
RU
Sürücülərin yeni cərimə qalxanı : Etibarnamə hiyləsi

Sürücülərin yeni cərimə qalxanı : Etibarnamə hiyləsi

Avtosfer saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Son dövrlər Azərbaycanda sürücülər arasında maraqlı və bir o qədər də düşündürücü tendensiya müşahidə olunur. İnzibati cərimə ballarının 20 bal həddinə çatmasından və sürücülük hüququnun məhdudlaşdırılmasından qorxan şəxslər, törətdikləri qayda pozuntularını etibarnamə vasitəsilə başqa şəxslərin adına yönləndirirlər.
Bu mexanizmin hüquqi tərəfləri və yarada biləcəyi fəsadlar cəmiyyətdə geniş müzakirə olunur.
Məsələ ilə bağlı nəqliyyat eksperti Elməddin Muradlı açıqlama verərək, mövcud vəziyyəti tənqid edib və çıxış yollarını göstərib.

Ekspert hesab edir ki, bəzi cərimələrə görə tətbiq olunan ballar ümumiyyətlə yığışdırılmalıdır:
 

"Biz bu gün sürücüləri cərimə balları ilə “asıb-kəsməklə” heç nəyi həll etmirik. Çünki biz o sürücünü peşəkar səviyyədə hazırlamamışıq. Sürücülük məktəbləri, təlimçilər ürəkaçan deyil, imtahan prosesində illərdir heç bir yenilik yoxdur. Sürücü kütləsini yalnız qorxu altında saxlamaqla yol hərəkəti təhlükəsizliyini təmin etmək olmaz. Bunun üçün ilk növbədə uyğun şərait yaradılmalıdır".


E.Muradlı şəhərdəki infrastruktur problemlərinin sürücüləri çıxılmaz vəziyyətdə qoyduğunu vurğulayıb:
 

“Bəzi yerlərdə avtobus zolaqlarında saat 07:00-dan 23:00-a qədər qadağa var, lakin bu mexanizm tam formalaşmayıb. Sürücü bəzən dönmə bucağını düzgün tənzimləyə bilmədiyi üçün məcburən zolağa girir və cərimələnir. Şəhərdə düzgün parklanma yerləri yoxdur. Vətəndaş məcbur qalıb maşını piyada keçidinə yaxın və ya səkidə saxlayır. Nəticədə dərhal 40-60 manat cərimə və 2 bal tətbiq olunur. Sərnişin düşürmək üçün dayanan sürücüyə 5 saniyəyə görə 80 manat və 2 bal yazılır. Bu, nə dərəcədə ədalətlidir? Xüsusilə taksi fəaliyyəti ilə məşğul olan şəxslərin vəziyyəti acınacaqlıdır. Onların əksəriyyətinin 18-19 balı var və növbəti xırda bir xəta onların çörək pulundan məhrum olması deməkdir. İnsanların hüququnu əlindən almaq ən ağır tədbirdir. Məsələn, 5 dəfə qırmızı işıqdan keçmək ciddi pozuntudur, amma avtobus zolağında sərnişin götürmək üçün 3 saniyə dayanmağa görə ağır cəza vermək sivil yanaşma deyil”.

Vətəndaşların cərimə ballarını başqa şəxslərin üzərinə keçirməsinə gəlincə, E.Muradlı bunun bir məcburiyyətdən doğduğunu bildirib:
 

"Mən bu addımı atanları qınaya bilmərəm, çünki qanunla etibarnamə verilməsinə dair bir qadağa yoxdur. Vətəndaş çıxış yolu kimi buna əl atır. Problem etibarnamədə deyil, problem vətəndaşı bu vəziyyətə salan tənzimləmələrdədir. Hazırda hər 10 sürücüdən 8-nin sürücülük hüququnun məhdudlaşdırılması təhlükəsi var. İndi sual yaranır: bizə sürücülük vəsiqəsi əlindən alınmış kütlə lazımdır, yoxsa şərait yaradılmış intizamlı sürücülər? Bu sualın cavabı hər şeyi aydınlaşdıracaq”./sfera.az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:408
embedMənbə:https://avtosfer.az
archiveBu xəbər 05 May 2026 17:28 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Sumqayıt Şəhər Polis İdarəsinə yeni rəis təyin olundu

01 Noyabr 2026 23:41see491

Azərbaycanlı iş adamı üç ölkənin sanksiya siyahısına salınıb ÖZƏL ARAŞDIRMA

02 Noyabr 2026 10:27see382

Hörmüzdə yeni gərginlik: Vaşinqton Tehrana hansı mesajları verir?

02 Noyabr 2026 14:26see359

Azərbaycanda bəzi kolleclər ləğv olunur?

01 Noyabr 2026 12:12see270

Baş idarə rəisinə yeni rütbə verildi

01 Noyabr 2026 08:15see256

Fərdi seçilmiş musiqi stress hormonunun səviyyəsini iki dəfədən çox azalda bilər

01 Noyabr 2026 21:00see255

Aliment ödəməyənləri sərt cəzalar gözləyir Yanvarın 1 dən start veriləcək

01 Noyabr 2026 10:59see250

Hindistanda etnik qruplar arasında toqquşmalar baş verib Beş nəfər ölüb

01 Noyabr 2026 17:04see246

Beyləqanda “tok”dan ölən gəncin kimliyi açıqlandı Foto

01 Noyabr 2026 15:11see238

Hollivud ulduzu Cek Nikolson barədə danışdı: “Kinoya qayıtmayacaq”

01 Noyabr 2026 03:35see229

“Bizimkilər “Trendyol”a qoşulandan zayı çıxdı”

01 Noyabr 2026 11:24see228

Dəhşətli virus 3 ölkəni bürüdü Ölənlərin sayı 5 mini keçdi, peyvənd yoxdur

01 Noyabr 2026 17:32see225

Özbəkneftqaz, SOCAR və BP arasında Üstyurtdakı birgə layihə hələlik neft və ya qaz yatağının kəşfi ilə nəticələnməyib

02 Noyabr 2026 15:13see219

Əhaliyə SON DƏQİQƏ XƏBƏRDARLIĞI: Bu tarixdə qar yağacaq

01 Noyabr 2026 17:09see218

Si Cinpin Ukrayna üzrə üçtərəfli sammitin keçirilməsini istəmir Ştaynmayer

01 Noyabr 2026 19:58see206

Baxçalı Bakıya gəlir? AÇIQLAMA

01 Noyabr 2026 03:27see201

Prezidentin qızları və gəlini Daş Salnamə Muzeyində Foto

01 Noyabr 2026 19:55see198

Göbəyini oynadan fenomen əlil arabasında FOTO

02 Noyabr 2026 05:36see184

Məşhur aktrisa film çəkilişi zamanı nənəsinin ölüm xəbərini aldı

01 Noyabr 2026 02:47see183

Azərbaycanda avtomobil bazarı kökündən dəyişəcək

01 Noyabr 2026 10:15see182
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri