Icma.az
close
up
RU
Sığortalanmış əmanətlər necə qaytarılır? Rəsmi açıqlama

Sığortalanmış əmanətlər necə qaytarılır? Rəsmi açıqlama

Azxeber.com saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

"Son zamanlar bəzi media subyektlərində əmanətlərin sığortalanması mexanizminin məqsəd və funksiyalarına dair məlumatların təhrif olunmuş formada təqdim edilməsi, habelə qorunan əmanətlər üzrə illik faiz dərəcələrinin yuxarı hədləri ilə bağlı yanlış məlumatların rəsmi mövqeyə istinad edilmədən paylaşılması və ya müxtəlif ekspertlərin çıxışlarındakı yanlış məlumatların dərc edilməsi əhali arasında çaşqınlığa səbəb olmaqla yanaşı, onların bank sisteminə olan etimadının azalmasına da səbəb ola bilər. Bununla əlaqədar bildiririk ki, əmanətlərin sığortalanması sistemi bankda sığorta hadisəsi baş verdikdə qorunan əmanətlərin qanunla müəyyən edilmiş hədlərdə kompensasiya olunmasını təmin etməklə fiziki şəxslərdən əmanətə qəbul olunmuş pul vəsaitinin itirilməsi riskinin qarşısını alır, həmçinin bank sisteminə inamın və maliyyə sabitliyinin qorunmasına xidmət edir”.

AZXEBER.COM xəbər verir ki, bu haqda Əmanətlərin Sığortalanması Fondu açıqlama yayıb.

Bildirilib ki, Azərbaycanda əmanətlərin sığortalanması mexanizmi "Əmanətlərin sığortalanması haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilir:

"Fiziki şəxslərdən əmanət cəlb etmək üçün bank lisenziyasına malik olan banklar qanunla müəyyən edilmiş qaydada Əmanətlərin Sığortalanması Fondunun məcburi iştirakçılarıdır. Sistemin maliyyə bazası (ehtiyatı) əsasən iştirakçı bankların ödədiyi sığorta haqları hesabına formalaşır.

Mühüm bir detalı da qeyd edək ki, əmanətlərin sığortalanması sistemi sığorta hadisəsi baş vermiş bankdakı bütün əmanətlərin geri qaytarılmasını deyil, yalnız qorunan əmanətlərin qanunla müəyyən edilmiş həcmdə kompensasiya olunmasını tənzimləyir. Qorunan əmanətlərin dairəsi "Əmanətlərin sığortalanması haqqında” Qanunda nəzərdə tutulmuşdur. Məlumat üçün qeyd edilməlidir ki, hal-hazırda milli valyutada olan qorunan əmanətlərin illik faiz dərəcəsinin yuxarı həddi 12 %, xarici valyutada isə 2,5 % təşkil edir. Bundan əlavə nəzərə alınmalıdır ki, qorunan əmanətlər qanunla müəyyən edilmiş qaydada Fond tərəfindən aşağıdakı hədlərdə kompensasiya olunur:

* fiziki şəxslərin banklardakı cari və əmanət hesablarında olan vəsaitləri – 100 faiz həcmində, lakin 100 000 manatdan çox olmamaq şərtilə;

* fiziki şəxslərin sahibkarlıq fəaliyyəti ilə bağlı hesablarındakı vəsaitlər – 20 000 manatadək;

* notariusların depozit hesablarında fiziki şəxslərə məxsus vəsaitlər – tam həcmdə.

Qeyd edilməlidir ki, fiziki şəxslərin sahibkarlıq fəaliyyəti ilə bağlı hesablarındakı vəsaitlərin 20 000 manatadək, habelə notariusların depozit hesablarında fiziki şəxslərə məxsus vəsaitlərin tam həcmdə qorunması 2020-ci ilin dekabrında Qanuna edilmiş dəyişikliklərlə əmanətlərin sığortalanması sisteminə əlavə təminat kimi daxil edilmişdir.

Qeyd edək ki, 2020-ci ilədək sığorta hadisəsi baş vermiş banklar üzrə Fond tərəfindən 28 820 qorunan əmanətçiyə ümumilikdə 831 764 855,06 manat, 2020-ci ildən etibarən sığorta hadisəsi baş vermiş 6 bank üzrə isə 35 070 qorunan əmanətçiyə 898 129 935,33 manat məbləğində kompensasiya ödənilmişdir.

Kompensasiyanın ödənilməsi əmanətçinin banka qarşı bütün tələblərinin avtomatik olaraq başa çatması demək deyil. Əmanətin məbləği ödənilmiş kompensasiyadan çox olduqda, qalan məbləğ üzrə əmanətçinin banka qarşı tələb hüququ saxlanılır və həmin tələblərin, o cümlədən hüquqi şəxslərin və digərlərinin banka qarşı tələblərinin qanunvericilikdə nəzərdə tutulmuş qaydada bankın aktivləri hesabına ödənilməsi nəzərdə tutulur.

Beləliklə, Əmanətlərin Sığortalanması Fondunun funksiyaları yalnız bankın ödəmə qabiliyyətini itirməsi halında qorunan əmanətçilərə kompensasiya ödənilməsi ilə məhdudlaşmır. Fondun funksiyaları sığorta haqlarının toplanması və ehtiyatların formalaşdırılmasından başlayaraq risklərin idarə olunması, Fondun vəsaitlərinin qorunması və kompensasiya ödənildikdən sonra tələb hüququnun həyata keçirilməsinədək bir-biri ilə əlaqəli mexanizmləri əhatə edir.

Bir daha bildiririk ki, müxtəlif mütəxəssislərin və iqtisadçı ekspertlərin çıxışlarında səsləndirilən yanlış və ya dəqiq olmayan məlumatların media subyektləri tərəfindən paylaşılması əhali arasında çaşqınlığa səbəb olur. Göstərilən neqativ halların baş verməməsi üçün media subyektlərinə bu tip paylaşımlardan öncə Fondun rəsmi mövqeyinin alınması tövsiyə olunur”.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:57
embedMənbə:https://azxeber.com
archiveBu xəbər 25 Sentyabr 2026 20:54 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bu qurum vətəndaşa qanunsuz borc yazdı ŞİKAYƏT

24 Sentyabr 2026 09:41see328

Ceyhun Bayramov kiprli həmkarı ilə Cənubi Qafqazda sülh prosesini müzakirə etdi

24 Sentyabr 2026 02:52see278

Psixoloqlara görə, birinin sizi qısqandığını göstərən 2 kəlməlik cümlə

24 Sentyabr 2026 03:04see233

Sensasion kəşf: Qalaktikamızın ən təhlükəli yerində su tapıldı

24 Sentyabr 2026 00:23see228

Ceyhun Bayramov: TRIPP regionda yeni imkanlar yaradacaq

24 Sentyabr 2026 03:00see226

Ərdoğan: BTC və TANAP etibarlı dəhlizlərdir

24 Sentyabr 2026 03:03see224

Bu heyətlə çempionluq Ay qədər uzaqdır “Yunayted”in əfsanəsi

24 Sentyabr 2026 00:33see222

Beş il sonra nə baş verəcək? Süni intellektlə bağlı ciddi XƏBƏRDARLIQ

24 Sentyabr 2026 03:36see221

BBC: Britaniya hərbi məqsədlərlə digər ölkələrin peyklərinin fəaliyyətinə mane olur

24 Sentyabr 2026 03:56see220

Türkiyədə autizm diaqnozu qoyuldu, müayinələr fərqli həqiqəti üzə çıxardı VİDEO

24 Sentyabr 2026 07:01see217

Gürcüstan XİN rəhbəri: Bakı və İrəvanın sülh prosesində irəliləyişləri bütövlükdə region üçün önəmlidir

24 Sentyabr 2026 21:20see208

Moldova NATO ya üzvlüklə bağlı qərarını AÇIQLADI

24 Sentyabr 2026 21:46see203

Bu sülh prosesi Cənubi Qafqaz üçün vacibdir Boçorişvili

24 Sentyabr 2026 21:21see198

Prezident İlham Əliyev bu qanunu GERİ QAYTARDI

24 Sentyabr 2026 18:12see197

Albaniyanın Qəzza ilə bağlı qərarı: Qanun layihəsi təsdiqləndi

24 Sentyabr 2026 21:46see187

London konsertinə hazırlıq başladı

24 Sentyabr 2026 14:36see186

Macarıstan parlamenti baş nazirin toxunulmazlığını ləğv etməyi planlaşdırır

24 Sentyabr 2026 21:38see183

Əraqçi Uitkofla görüş qərarını özbaşına verib, icazə almayıb?

24 Sentyabr 2026 21:35see182

Sumqayıtda ağır qəza: Chevrolet ağaca çırpıldı

24 Sentyabr 2026 00:33see168

BBC: “Trampın Arkası” silahlandırılacaq!

24 Sentyabr 2026 20:07see160
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri