Silah zavodunu yandırmaqda ittiham olunan altı nəfər həbs olundu
Icma.az, Olke.az portalına istinadən məlumatı açıqlayır.
Çexiyada silah zavodunun yandırılması işi üzrə altı nəfər həbs olunub.
"Ölkə.az" xəbər verir ki, məhkəmə Slovakiyadan ekstradisiya edilən və Pardubitse şəhərində yerləşən "LPP Holding" şirkətinə məxsus zavodu yandırmaqda ittiham olunlardan biri ABŞ vətəndaşıdır.
Məlumata görə, iş üzrə digər həbs olunanlar Çexiya vətəndaşları və əcnəbilərdir. Onlara terror maddələri ilə ittiham irəli sürülüb.
Qeyd edək ki, yanğın martın 20-də Ukrayna üçün pilotsuz uçuş aparatları istehsal edən "LPP Holding" sənaye kompleksinin ərazisində baş verib. Yanğın nəticəsində sexlərdən biri məhv olub, inzibati bina zərər görüb. Zərərin onmilyonlarla avro olduğu bildirilir.
İş üzrə doqquz şübhəli saxlanılıb, onlardan altısı məhkəmə qərarı ilə həbs edilib.
"LPP Holding" ərazisində baş verən yanğına görə məsuliyyəti əvvəllər məlum olmayan "The Earthquake Faction" adlı qrup üzərinə götürüb. Qruplaşma İsrail üçün silah istehsal edən müəssisələrə hücum edəcəyini bildirib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:133
Bu xəbər 19 Aprel 2026 01:02 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















