Silahı buraxan PKK çılara amnistiya olacaq?
Icma.az, Cebheinfo saytına istinadən bildirir.
Türkiyədə bu il içərisində amnistiya imzalana biləcəyi barədə iddialar sürətlə yayılır.
“Cebheinfo.az” xəbər verir ki, bu addımın “terrorsuz Türkiyə” hədəfi çərçivəsində atılması gözlənilir.
PKK terror qruplaşmasının lideri Abdullah Öcalanın terrorçuları silah buraxmağa çağırmasından sonra sürpriz gəlişmələr davam edir. Ən çox müzakirə olunan məsələlərdən biri silah buraxacaq terrorçuların aqibətidir. Onların həbs olunacağı, yoxsa əfv ediləcəyi son günlərdə tez-tez gündəmə gətirilir. Hətta bir çox siyasətçi də bu məsələ ilə bağlı açıqlama verir.
Son məlumatlara görə, qardaş ölkədə prosesin gedişindən asılı olaraq, 2025-ci il ərzində amistiya qərarı verilə bilər. Lakin sözügedən qərarın müəyyən çərçivədə olması gözlənilir. Məsələn, bu qərarın cinsi istismara görə həbs olunanlara şamil olunmayacağı bildirilir. Amnistiyanın silah buraxacaq bəzi şəxsləri də əhatə edə biləcəyi deyilir.
Elmir Mustafa
“Cebheinfo.az”

