Icma.az
close
up
RU
Türkiyə silahı yerə qoymaq istəməyən PKK çılara qarşı hərbi əməliyyat planı hazırlayır

Türkiyə silahı yerə qoymaq istəməyən PKK çılara qarşı hərbi əməliyyat planı hazırlayır

Icma.az, Oxu.az saytına istinadən bildirir.

Türkiyə rəhbərliyi ölkədə qadağan olunmuş Kürdüstan Fəhlə Partiyasının (PKK) lideri Abdullah Öcalanın çağırışına tabe olmayaraq silahı yerə qoymaqdan imtina etməsi halında hərbi əməliyyatların keçirilməsinə dair plan hazırlayır.

Oxu.Az-ın məlumatına görə, bu barədə "Hürriyet" qəzeti öz mənbələrinə istinadən xəbər yayıb.

"Əgər PKK-nın İraqın şimalındakı Kandil düşərgəsi silahı yerə qoymasa, Öcalan bununla razılaşmayacaq. Çünki bu halda PKK döyüşçüləri öz rəhbərliyini görməzlikdən gəlmiş olacaq. Güman edilir ki, Öcalanın növbəti bəyanatı belə olacaq: "Kandil - Amerika və İsrailin layihəsidir. Bu, mənim deyil, İsrailin, İranın, ABŞ-nin PKK-sıdır". PKK-nın silahı yerə qoyması ehtimalına hazırlıq gedir, eyni zamanda, bunun baş verməyəcəyi hala dair hərbi əməliyyat planları hazırlanır", - deyə qəzet yazıb.

Bundan əvvəl PKK Abdullah Öcalanın çağırışına cavab olaraq Türkiyə ilə atəşkəs elan etdiyini bildirib. Eyni zamanda, partiya liderinin şəxsi iştirakı ilə çağırılacaq konqresdə özünü buraxmaq məsələsini müzakirə etməyə hazır olduğunu açıqlayıb. Öcalan daha əvvəl döyüşçüləri konqres çağırmağa, nəticə olaraq partiyanın buraxıldığını və silahlı dəstələrin tərksilah edildiyini elan etməyə çağırmışdı.

PKK bəyan edib ki, atəşkəs yalnız onlara hücum olunmadığı müddətdə qüvvədə qalacaq. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan isə PKK-nın hiyləyə əl atacağı və ya prosesi ləngidəcəyi halda hərbi əməliyyatların yenidən başlaya biləcəyini bildirib.

Qəzetin məlumatına görə, PKK-nın tərksilah edilməsi prosesi üçün konkret vaxt çərçivəsi və "yol xəritəsi" müəyyən edilib.

"İki-üç ay ərzində proses izləniləcək. Əgər Kandil silahı yerə qoymağa qərar versə, bunun üçün mexanizmlər müəyyən ediləcək. PKK silahı yerə qoyduqdan sonra təşkilatın liderlərinin taleyi necə olacaq? Silahlar hansı ölkəyə və hansı ünvana təhvil veriləcək? Bunun üçün mexanizmlər yaradılacaq. Silahlar müvafiq qurumlara İraqda Türkiyə və İraq administrasiyasının, Suriyada isə Türkiyə və Suriya hakimiyyətinin nəzarəti altında təhvil veriləcək", - deyə qəzet yazıb.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:154
embedMənbə:https://oxu.az
archiveBu xəbər 03 Mart 2025 11:25 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Stəndapçı: “Uill Smit bacarmasa, Yannik Sinner rolunu oynamağa hazıram” FOTO

18 Oktyabr 2025 03:13see182

Məhkəmədə Ermənistan vətəndaşlarının cinayət xarakterli məlumatlar tədqiq olunub FOTO

17 Oktyabr 2025 20:37see151

“Ağır çantalar uşaqlarda onurğa əyriliyinə gətirib çıxarır” EKSPERT DANIŞDI

17 Oktyabr 2025 11:50see140

Bakıda bal yarmarkası fəaliyyətə başlayır

17 Oktyabr 2025 13:46see139

Kreml Tramp Putin danışıqlarını dəyərləndirib

16 Oktyabr 2025 23:31see137

Tramp: Hazırda Rusiyaya qarşı yeni sanksiyaların tətbiqi üçün ən münasib vaxt deyil

17 Oktyabr 2025 03:21see132

Finlandiyalı aktyor İsa Məsih obrazını canlandıracaq...

16 Oktyabr 2025 22:45see131

“Trampla 2 saatlıq danışıq zamanı Putin Moskvanın sülhün əldə edilməsində maraqlı olduğunu vurğulayıb” Uşakov

16 Oktyabr 2025 23:19see131

Orban Putin Tramp görüşü barədə: Biz hazırıq!

17 Oktyabr 2025 04:35see128

Tramp: ABŞ Tomahawk raketlərinin ehtiyatlarını tükədə bilməz

17 Oktyabr 2025 01:09see128

Pəncərələri qış rejiminə necə keçirtmək olar?

18 Oktyabr 2025 04:47see127

Məhkəmədə həmin məlumatlar da tədqiq olundu Fotolar

17 Oktyabr 2025 20:42see126

Xaçmaz Rayon Prokurorluğunda “Açıq Qapı” Günü Keçirilib

17 Oktyabr 2025 11:35see126

DNT testi bütün həyatını dəyişdi: Uşağının əsl atası məlum oldu

17 Oktyabr 2025 14:24see123

Ramiz Mehdiyev İlham Əliyevə qarşı sui qəsd PLANLAŞDIRIB Sensasion iddia

17 Oktyabr 2025 22:34see123

Neftinin qiyməti 1 dollar ucuzlaşdı

18 Oktyabr 2025 10:51see123

İlham Əliyevdən Xəzəryanı ölkələrə ÇAĞIRIŞ

18 Oktyabr 2025 10:48see123

Çin polisinin ağıllı köməkçiləri: Təhlükəsizliyi robot itlər qoruyacaqlar

18 Oktyabr 2025 06:32see122

Rusiya 4 bölgə üzərində 23 Ukrayna PUA sını vurub

17 Oktyabr 2025 04:22see121

Tanınmış logistika şirkəti iflas etdi

18 Oktyabr 2025 03:04see120
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri