Silahlarımızı hökumətə təhvil verməyəcəyik Hizbullah
Axar.az saytına istinadən Icma.az xəbər verir.
Livanın cənubunda müqavimət qüvvələrinin tərksilah edilməsinə icazə verməyəcəyik.
Axar.az xəbər verir ki, bu sözləri Hizbullah baş katibi Naim Qassem deyib.
"Biz heç kimə döyüşçülərimizin silahlarını götürməsinə icazə verməyəcəyik və zorla buna cəhd olarsa, cavab verəcəyik. Vətəndaş qarşıdurmasına yol verməyəcəyik. Hizbullahın silahlarının zorakılıqla çıxarılmasını tələb edənlər İsrailə “pulsuz xidmət” göstərirlər. Livan ordusu ilə müqavimət qüvvələri arasında heç bir münaqişə olmayacaq”, - deyə o bildirib.
Qeyd edək ki, aprelin 7-də respublika prezidenti general Cozef Aun Hizbullah adından vasitəçi kimi çıxış edən parlamentin sədri Nəbih Berri ilə görüşüb. O, müqavimət qüvvələrinin silahlarının taleyi məsələsinin yeni hökumətin milli təhlükəsizlik strategiyasını hazırlamasından dərhal sonra başlayacaq müdafiə doktrinasına dair dialoq çərçivəsində həll olunacağını açıqlayıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:159
Bu xəbər 19 Aprel 2025 00:34 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















