“Hizbullah“ın baş katibi: “Biz silahlarımızı yerə qoymayacağıq və döyüşdən əl çəkməyəcəyik“
Icma.az, Moderator.az portalına istinadən məlumatı açıqlayır.
"Hizbullah"ın baş katibi Naim Qasem hərəkatı tərksilah etmək niyyətində olmadığını bildirib, Livan hökumətini isə İsrailin ölkənin cənubundakı hərbi mövcudluğunu dayandırmağa çağırıb.
Moderator.az-ın xəbərinə görə, onun bəyanatını "Mehr" agentliyi yayıb.
"ABŞ İsrail vasitəsilə Livan müqavimətinə son qoymaq istəyir. "Hizbullah" cihad, namus, Livanın qüruru və Fələstinə dəstək prinsipləri üzərində qurulub. Amerika və İsrail Livanın gələcəyinə müdaxilə edir və onların hərbi, siyasi və iqtisadi mövqeyini diktə edir. Biz silahlarımızı yerə qoymayacağıq, çünki məhz bu silahlar bizə İsraillə atəşkəs əldə etməyə imkan verdi", - deyə o bildirib.
Hərəkatın lideri "Hizbullah"ın atəşkəsi pozan heç bir addım atmadığını vurğulayaraq, buna görə məsuliyyəti İsrailin üzərinə qoyub. O, söz verib ki, hərəkat təslim olmayacaq və Livanı İsraildən müdafiə etməyə davam edəcək.
Xatırladaq ki, 2024-cü ilin noyabrında İsrail ordusu ilə "Hizbullah" hərbi əməliyyatları dayandıraraq, atəşkəs sazişi bağlayıb. Sazişə əsasən İsrail ordusu tədricən Livan ərazisindən çıxmalı və ölkənin cənubundakı mövqelərini Livan hərbçilərinə təhvil verməlidir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:103
Bu xəbər 11 Noyabr 2025 23:03 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















