Icma.az
close
up
RU
Silahlı Qüvvələr Günü milli qürur və vətənpərvərlik bayramı ŞƏRH

Silahlı Qüvvələr Günü milli qürur və vətənpərvərlik bayramı ŞƏRH

Ses qazeti portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Hər il 26 iyun tarixi Azərbaycanda Silahlı Qüvvələr Günü kimi qeyd olunur. Bu mühüm gün müstəqil Azərbaycan dövlətinin ordusunun yaranması, inkişaf yolu və müasir dövrdə qazandığı yüksək döyüş qabiliyyətinin rəmzi kimi xüsusi əhəmiyyət daşıyır. Silahlı Qüvvələr Günü təkcə hərbi bayram deyil, həm də dövlətçilik tarixinin, milli birliyin və suverenlik iradəsinin təntənəsidir.

Azərbaycan Silahlı Qüvvələrinin formalaşması 1918-ci il Azərbaycan Xalq Cümhuriyyəti dövrünə təsadüf edir. Məhz həmin dövrdə milli ordu quruculuğuna başlanılmış, dövlətin müdafiə qabiliyyətinin təmin olunması prioritet istiqamət kimi müəyyən edilmişdir. Lakin sovet dövründə bu proses dayandırılmış, yalnız Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra ordu quruculuğu yenidən dövlət siyasətinin əsas istiqamətlərindən birinə çevrilmişdir. Ümummilli lider Heydər Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun institusional əsasları formalaşdırılmış, nizami ordu modeli yaradılmışdır.

Son onilliklərdə Azərbaycan Silahlı Qüvvələri Prezident İlham Əliyevin rəhbərliyi ilə sürətli modernləşmə yolu keçmişdir. Ordunun maddi-texniki bazasının gücləndirilməsi, hərbi sənaye kompleksinin inkişafı və peşəkar kadr hazırlığı bu prosesin əsas istiqamətlərini təşkil etmişdir.

Azərbaycan Ordusu bu gün regionun ən güclü hərbi qüvvələrindən biri kimi qiymətləndirilir. Müasir silah sistemləri, yüksək hazırlıqlı hərbi heyət və effektiv idarəetmə strukturu Silahlı Qüvvələrin döyüş qabiliyyətini artıran əsas amillərdəndir.

Azərbaycan Ordusunun gücü 2020-ci ildə baş vermiş 44 günlük Vətən müharibəsində özünü aydın şəkildə göstərdi. Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən əməliyyatlar nəticəsində Azərbaycan öz ərazi bütövlüyünün böyük hissəsini bərpa etdi. Bu müharibə təkcə hərbi qələbə deyil, həm də milli iradənin, xalq–ordu birliyinin və dövlətçilik əzminin təntənəsi kimi tarixə düşdü. Şuşanın azad olunması isə Azərbaycan Ordusunun gücünün və strateji üstünlüyünün simvoluna çevrildi.

26 iyun tarixi hər il Azərbaycanda geniş şəkildə qeyd olunur. Bu gün şəhidlərin xatirəsi yad edilir, qazilərə ehtiram göstərilir və ordunun nailiyyətləri yüksək qiymətləndirilir. Hərbi paradlar, rəsmi mərasimlər və müxtəlif tədbirlər Silahlı Qüvvələr Gününün ölkə miqyasında əhəmiyyətini daha da artırır. Qürurla qeyd edək ki, bu gün gənc nəsil üçün də mühüm tərbiyəvi rol oynayır. Vətənə xidmət, dövlətə sədaqət və milli müdafiə ruhu Silahlı Qüvvələr Gününün əsas ideoloji mahiyyətini təşkil edir.

26 İyun – Azərbaycan Respublikasının Silahlı Qüvvələri Günü ölkənin dövlətçilik tarixində xüsusi yer tutan əlamətdar gündür. Bu tarix Azərbaycan Ordusunun keçdiyi şərəfli yolu, əldə etdiyi nailiyyətləri və gələcəyə yönəlmiş inkişaf perspektivlərini simvolizə edir. Eyni zamanda, güclü ordu güclü dövlət deməkdir. Azərbaycan Silahlı Qüvvələri isə bu gün həm regionda sabitliyin təminatçısı, həm də ölkənin suverenliyinin və təhlükəsizliyinin əsas dayağı kimi çıxış edir.

Orxan Əhmədov,

YAP Gəncə şəhər təşkilatının sədr müavini

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:163
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 24 İyun 2026 17:24 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Avropanın Azərbaycana marağının artması son illərdə formalaşan yeni geosiyasi və iqtisadi reallıqların nəticəsidir

27 Noyabr 2026 20:01see761

Cənubi Qafqazda sülh perspektivi regional iqtisadi əməkdaşlığın genişləndirilməsi üçün yeni imkanlar yaradır

27 Noyabr 2026 20:07see586

Kardioloq qəhvənin ürəyə zərərli olması fikrinə qarşı ÇIXIB

27 Noyabr 2026 23:45see328

Neftçalada yerləşən balıqçılıq təsərrüfatı müəssisəsi özəlləşdirilib

27 Noyabr 2026 18:43see298

Daha bir tarixi abidəyə müdaxilə İcra hakimiyyəti işə qarışdı

27 Noyabr 2026 18:15see297

Özcan Deniz və Deniz Çakırın narkotik test nəticələri məlum oldu

27 Noyabr 2026 21:57see279

Bu müəllimlərin diqqətinə!

27 Noyabr 2026 20:20see276

Valeh Ağayev vəfat etdi

27 Noyabr 2026 18:29see276

Qanda şəkəri salmağın ən asan yolu...

28 Noyabr 2026 02:01see259

Bir qədəh şərab qan təzyiqinə necə təsir edir? Mütəxəssislər açıqlayıb

27 Noyabr 2026 22:17see244

Avropanın borc içində boğulan ölkələri Ən çətin vəziyyətdə olan hansıdır? Siyahı

28 Noyabr 2026 10:02see242

Ceyhun Bayramov qətərli nazirlə görüşdü

27 Noyabr 2026 19:10see234

Dünya fond bazarlarında nə baş verir?

28 Noyabr 2026 13:46see222

50 illik həyat yoldaşını itirən müğənni: Onunla halallaşa bilmədik

28 Noyabr 2026 17:15see219

Rəşid Mahmudov 88 yaşında əsl ziyalımız, əsl vətəndaşımız, əsl insanımız

28 Noyabr 2026 22:45see209

Avropa İttifaqı ilə Yüksək Səviyyəli Nəqliyyat Dialoqu iclası

28 Noyabr 2026 13:40see205

Xərçəngin müalicəsi üçün yeni preparat hazırlandı

28 Noyabr 2026 09:05see204

Səhər tezdən işə və dərsə getmək sağlamlığa zərərlidir

29 Noyabr 2026 05:06see198

Anar Bayramov Lənkəran Rayon Mərkəzi Xəstəxanasının fəaliyyəti ilə tanış olub

28 Noyabr 2026 11:01see194

Dünyada cəmi bir ədəd qalan ağacı qorumaq üçün kəndirlə bağladılar

28 Noyabr 2026 00:39see193
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri