Icma.az
close
up
RU
Silahlı Qüvvələr Günü hər bir azərbaycanlının qürur duyduğu, vətənpərvərlik hissini dərinləşdirən tarixdir ŞƏRH

Silahlı Qüvvələr Günü hər bir azərbaycanlının qürur duyduğu, vətənpərvərlik hissini dərinləşdirən tarixdir ŞƏRH

Azertag portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Bakı, 24 iyun, AZƏRTAC

Azərbaycanın çoxəsrlik dövlətçilik tarixində ordu quruculuğu hər zaman xüsusi əhəmiyyətə malik sahələrdən biri olub. Bu səbəbdən 26 İyun- Silahlı Qüvvələr Günü təkcə hərbi sistemin deyil, bütövlükdə dövlət müstəqilliyinin və suverenliyin, xalqın təhlükəsizliyinin, milli birliyinin rəmzinə çevrilib. Bu əlamətdar tarix Azərbaycan Ordusunun rəsmi şəkildə yaradıldığı gündür. Məhz 1918-ci il iyunun 26-da Azərbaycan Xalq Cümhuriyyəti tərəfindən ilk müntəzəm ordu hissələri yaradıldı və dövlətin hərbi dayaqları formalaşdırıldı.

Bu sözləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı Günay Ağamalı söyləyib.

Müasir Azərbaycan Ordusunun əsasını və inkişaf istiqamətini müəyyən edən şəxsiyyətin Ulu Öndər Heydər Əliyev olduğunu deyən deputat bildirib: “Ümummilli Liderin ordu quruculuğu sahəsindəki strateji baxışı, gələcəyə hesablanmış uzaqgörən siyasəti və xalqın orduya inamını bərpa edən liderlik keyfiyyətləri bu gün qüdrətli Silahlı Qüvvələrimizin təməlini təşkil edir. Təsadüfi deyil ki, dahi rəhbər hələ sovet dövründə, 1970-ci illərdən etibarən milli ordu quruculuğuna hazırlıq prosesini başlatmışdı. Onun səyləri nəticəsində azərbaycanlı gənclərin SSRİ-nin müxtəlif ali hərbi məktəblərində təhsil almasına şərait yaradıldı. Daha da vacib məqamlardan biri 1971-ci ildə Cəmşid Naxçivanski adına hərbi liseyin yaradılması idi. Bu lisey müstəqillik illərində Azərbaycan Ordusunun əsas zabit kadr mənbəyinə çevrilmişdi.

1990-cı illərin əvvəllərində Ermənistanın hərbi təcavüzü və daxili siyasi xaos, silahlı qüvvələrin vahid komandanlıqdan məhrum olması, nizamsız silahlı dəstələrin mövcudluğu ölkənin gələcəyini sual altına qoymuşdu. Bu çətin dövrdə xalqın təkidli tələbi ilə yenidən hakimiyyətə qayıdan Ulu Öndər, ilk növbədə, dövlətin sabitliyini ordu quruculuğu prosesini prioritet istiqamətlərindən biri elan etdi. 1994-cü ildə Ermənistanla atəşkəsə nail olunması ilə paralel, ordunun nizami və peşəkar struktur əsasında təşkili prosesi başladı. Müdafiə Nazirliyi strukturlaşdırıldı, digər dövlətlərin hərbi akademiyaları ilə əməkdaşlıqlar genişləndirildi və ən əsası hərbi-siyasi qərarlar mərkəzləşdirilmiş şəkildə qəbul olunmağa başlandı”.

Günay Ağamalı qeyd edib ki, bu gün hər bir azərbaycanlı Ümummilli Liderin müəyyən etdiyi strateji xəttin Müzəffər Ali Baş Komandan İlham Əliyev tərəfindən uğurla davam etdirildiyinin şahidi olur. Müntəzəm olaraq Silahı Qüvvələrin hərbi-texniki təminatı, şəxsi heyətin peşəkarlığının, döyüş qabiliyyətinin artırılması və silahlanma istiqamətində köklü islahatlar aparılır. Türkiyə, Pakistan, İsrail, İtaliya kimi qabaqcıl ölkələrlə qurulan əməkdaşlıq nəticəsində ordunun arsenalı müasir dronlar, yüksək dəqiqlikli artilleriya və müdafiə sistemləri ilə zənginləşdirilib. Bu prosesin məntiqi nəticəsi isə 44 günlük Vətən müharibəsində və 23 saatlıq antiterror əməliyyatlarında aydın şəkildə göründü.

“Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu 30 ilə yaxın erməni tapdağında qalmış, hər bir güşəsində erməni vandalizminin izlərini daşıyan torpaqlarımızı işğaldan azad etdi. 2020-ci il noyabrın 8-də Şuşanın azad olunması ilə tariximizin ən şanlı səhifələrindən biri yazıldı. Bu tarixi Qələbə həm də Ümummilli Lider Heydər Əliyevin arzusunun gerçəkləşməsi idi. Məhz bu səbəbdən 26 İyun-Silahlı Qüvvələr Günü hər bir azərbaycanlının qürur duyduğu, vətənpərvərlik hissini dərinləşdirən müqəddəs bir tarixdir. Bu gün Ulu Öndər Heydər Əliyevin siyasi iradəsinin, Prezident İlham Əliyevin qətiyyətli liderliyinin və Azərbaycan xalqının sarsılmaz birliyinin təcəssümüdür”, - deyə G.Ağamalı əlavə edib.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:84
embedMənbə:https://azertag.az
archiveBu xəbər 25 İyun 2025 18:50 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Xames Rodrigez MLS klubuna keçə bilər

31 Dekabr 2025 03:28see224

AZAL ın təyyarə qəzasının araşdırılması üçün Qazaxıstanla əməkdaşlıq edirik Rusiya XİN

30 Dekabr 2025 20:05see208

Siyasi qorxunun məhsulu

30 Dekabr 2025 09:45see191

Avropanın üç nəhəngi Joao Kanseloya elçi düşüb

31 Dekabr 2025 08:10see186

Türkiyədə tanınmış reper həbs edildi

30 Dekabr 2025 03:04see184

Stomatoloq ən təhlükəli bayram içkisinin adını çəkib...

29 Dekabr 2025 22:18see162

Ekspert xəbərdarlıq etdi: 2026 da iqtisadi çətinlik...

30 Dekabr 2025 08:15see162

2026 cı ildə Bakıda hansı infrastruktur layihələri REALLAŞDIRILACAQ?

30 Dekabr 2025 14:16see158

Yamal 20+20 qolla yüksək liqa oyunçularının elit siyahısına qoşulub

30 Dekabr 2025 03:09see156

Lukaşenko Putinə sui qəsd cəhdindən danışdı

31 Dekabr 2025 19:38see153

Tramp: “F 35”lərin Türkiyəyə satışı ilə bağlı ciddi müzakirələr aparılır

30 Dekabr 2025 05:45see146

Tramp Ukraynaya “Tomahawk” raketlərinin tədarükünü şəxsən dayandırdığını deyib

30 Dekabr 2025 02:02see145

ABŞ ın Mərkəzi Kəşfiyyat İdarəsi Venesuela limanına zərbə endirib

30 Dekabr 2025 09:43see144

Birmarketdən növbəti böyük hədiyyə: Kia K5 Sport qalibə təqdim olundu

30 Dekabr 2025 19:53see141

30 il əvvəl İstanbulda edilən səhv Bakıda təkrarlanır Təhlükəli mənzərə

31 Dekabr 2025 06:14see138

Nadir qalaktika birləşməsi kəşf edildi Kainatda ilk

31 Dekabr 2025 04:13see137

Bir zamanlar möcüzə idi, indi təsirsizdir: Antibiotiklər niyə keyfiyyətsizdir?

29 Dekabr 2025 23:55see137

Süni intellektin gələcəyi: OpenAI təhlükələrə qarşı mübarizə üçün idarəedici axtarır

30 Dekabr 2025 09:05see136

Azyaşlı qızları maşınına mindirib dəfələrlə zorladı Azərbaycanda ŞOK HADİSƏ

30 Dekabr 2025 05:29see134

Putin Ermənistan Azərbaycan münaqişəsini həll etdiyimə inana bilmirdi Tramp

30 Dekabr 2025 00:44see132
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri