Icma.az
close
up
RU
Silahlı Qüvvələrimiz qalib ordu olmaqla yanaşı həm də yaşadığımız regionda sülhün qarantı rolunu oynayır

Silahlı Qüvvələrimiz qalib ordu olmaqla yanaşı həm də yaşadığımız regionda sülhün qarantı rolunu oynayır

Icma.az, Redaktor.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Milli Məclisin deputatı, İqtisadi və Sosial İnnovasiyalar İnstitutunun rəhbəri Əli Məsimli 26 iyun-Silahlı Qüvvələr Günü münasibətilə hərbçiləri və veteranları təbrik edib.

Redaktor.az-ın məlumatına görə, millət vəkilinin təbrikində deyilir:

"Əziz hərbi qulluqçular və veteranlar!

Azərbaycan Respublikası Silahlı Qüvvələrinin yaranmasının 107-ci ildönümü münasibətilə sizi ürəkdən təbrik edirik!

Yüksək döyüş ruhu,intellektual müharibə aparmaq bacarığı və Vətənə hədsiz sevgi nümunəsi kimi dünyada ad çıxaran,silinməz iz qoyan, xalqımızın qəhrəmanlıq tarixinin yenidən yazılmasında müqəddəs rol oynayan, Vətənimizi hər tərəfdən-yerdən, göydən dənizdən qorunmasını təmin edən ordumuzun bütün heyətini, qazilərimizi, müharibə veteranlarımızı 26 iyun - Silahlı Qüvvələr Günü münasibətilə ürəkdən təbrik edir, Vətən naminə şərəfli xidmətlərində hər birinə uğurlar arzulayırıq!

Şərqdə ilk demokratik respublika olan Azərbaycan Xalq Cümhuriyyəti dövründə əsası qoyulmuş Milli Ordu quruculuğu müstəqilliyini yenidən qazanan Azərbaycan Respublikasında tarixi varislik prinsipi əsasında yeni mərhələyə qədəm qoydu və bu gün ordumuz vətənin keşiyində duran, dövlətimizin dayağı olan qüdrətli ordu səviyyəsinə çatdırılıb.Ordumuz öz üzərinə düşən çox ağır olduğu qədər də çox şərəfli tarixi bir vəzifəni layiqincə yerinə yetirdi və 30 il işğal altında qalan torpaqlarımızı cəmi 44 gün ərzində azad etdi. 2023-cü il sentyabrın 19-20-də keçirilən sürətli və çox uğurlu antiterror əməliyyatı ilə bütün ərazilərimizdə süverenliyimiz təmin olundu. Bu gün üçrəngli bayrağımızın Azərbaycanın bütün ərazisində əzəmətlə dalğalanmamasını təmin edən Silahlı Qüvvələrimiz, qalib ordu olmaqla yanaşı həm də yaşadığımız regionda sülhün qarantı rolunu oynayır.

26 İyun - Silahlı Qüvvələr Gününü hərbi rəşadət, şərəf və igidlik bayramına, Azərbaycan xalqınının–qalib xalqa çevrilməsi yolunda canlarından keçmiş bütün şəhidlərimizin xatirəsini ehtiramla yad edir, Vətən naminə hərbi əməliyyatlar zamanı yaralanan,sağlamlığını itirən döyüşçülərimizə Allahdan şəfa diləyirik.

Bir daha Azərbaycan Respublikasının hərbi qüdrətinin artması,müdafiəsinin güclənməsi naminə müqəddəs və şərəfli xidmətinizdə hər birinizə uğurlar arzulayırıq!"

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:120
embedMənbə:https://redaktor.az
archiveBu xəbər 26 İyun 2025 11:40 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İsrail ordusuna ilk lazer hava hücumundan müdafiə sistemi təhvil verildi

28 Dekabr 2025 19:42see236

Ərəb Liqası İsrailin bu ölkəni tanımasına etiraz üçün toplanacaq

27 Dekabr 2025 23:56see210

Tesla avtomobilləri 15 dən çox insanın ölümünə səbəb olub

29 Dekabr 2025 00:03see206

Azərpoçt sakinləri məktub dalıyca haraya göndərir? “Yaşadığım yerdən neçə kilometr kənara məktub və bağlama üçün gedirəm”

29 Dekabr 2025 09:04see206

Afrika Kubolu: Uqanda və Tanzaniya heç heçə oynayıblar

28 Dekabr 2025 01:16see192

Qızılın bu günə olan qiyməti açıqlandı

29 Dekabr 2025 11:26see175

İcbari tibbi sığorta özünü doğrulda bilmədi AÇIQLAMA

28 Dekabr 2025 15:30see163

Zəngəzurda NƏHƏNG dağlar yarılır, yol çəkilir: MÜHÜM DETALLAR açıqlandı

28 Dekabr 2025 11:09see159

Etna vulkanı yenidən püskürdü

28 Dekabr 2025 16:55see152

Arteta: “Çətinliklərlə inanılmaz şəkildə mübarizə aparmağımızı bəyənirəm”

28 Dekabr 2025 00:29see152

Rusiya, vəziyyətin kritik həddə çatmasına imkan verməməli idi

29 Dekabr 2025 16:02see150

AHİK uşaqlar üçün bayram şənlikləri keçirdi FOTO

28 Dekabr 2025 10:07see149

Arne Slot: “Qol oyunun gedişatını tamamilə dəyişə bilər”

28 Dekabr 2025 01:00see148

Ağ Evin tarixində ilk: hamilə mətbuat katibi

28 Dekabr 2025 00:29see148

Netanyahu bazar ertəsi Trampla görüşəcək

28 Dekabr 2025 01:01see147

Rusiya orbitə 50 dən çox peyk buraxdı...

29 Dekabr 2025 01:36see142

“Birləşdirən dəyərlər Şəhid Ailələri ilə Həmrəylik Günü” adlı tədbir keçirilib

28 Dekabr 2025 16:20see141

İslam Mahaçev: “Özünüzü satmağı, ictimaiyyət üçün maraqlı olmağı öyrənin”

28 Dekabr 2025 01:47see140

Qışda probiotiklər və prebiotiklər vacibdirmi? Həkim AÇIQLADI

28 Dekabr 2025 02:29see139

FHN hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib

28 Dekabr 2025 01:31see138
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri