Icma.az
close
up
RU
Silahlı Qüvvələrimiz qürur mənbəyimizdir!

Silahlı Qüvvələrimiz qürur mənbəyimizdir!

Icma.az bildirir, Ses qazeti portalına istinadən.

Azərbaycan Silahlı Qüvvələri bu gün yalnız ölkəmizin təhlükəsizliyini təmin edən hərbi qurum deyil, eyni zamanda xalqımızın ruhunu, birliyini və milli qürurunu təmsil edən əsas sütunlardan biridir. Bu gün ordumuzun keçdiyi şərəfli yol, xalqla dövlət arasında qurulan güclü körpünün simvoluna çevrilib. Azərbaycan xalqı öz ordusuna inanır, ona güvənir və onunla fəxr edir. Xüsusilə 44 günlük Vətən müharibəsi zamanı bu inam daha da möhkəmləndi və hər bir vətəndaşın ürəyində ordumuza qarşı böyük sevgi yarandı.

Hərbi qüdrət sadəcə texniki imkanlarla ölçülmür. Ordunun gücü onun əsgərinin əqidəsində, zabitinin vicdanında və xalqının dəstəyində gizlidir. Bu gün Azərbaycan Ordusu məhz bu üç əsas dayağa söykənir. Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə ordu quruculuğunda əldə olunan uğurlar, yalnız hərbi sahədə deyil, eyni zamanda vətənpərvər və məsuliyyətli vətəndaşların yetişdirilməsində də mühüm rol oynayır.

Azərbaycan gəncliyi bu gün ordu sıralarına qoşulmağı yalnız bir vəzifə kimi deyil, həm də şərəfli bir borc kimi qəbul edir. Bu dəyişiklik təkcə təbliğatın deyil, ordunun nümunəvi davranışının və əldə etdiyi real nailiyyətlərin nəticəsidir. Əsgərlərimiz sadəcə vətəni qoruyan şəxslər deyil, həm də xalqın ruhunu daşıyan, onun arzusunu gerçəyə çevirən simvolik şəxslərdir.

44 günlük Vətən müharibəsi bir millətin necə ayağa qalxmasının və necə birlik nümayiş etdirməsinin bariz nümunəsi oldu. Azərbaycan əsgəri bu savaşda yalnız torpaq uğrunda döyüşmədi – o, həm də ədalət uğrunda, tarix uğrunda və milli heysiyyət uğrunda savaşa atıldı. Bu zəfər yalnız hərbi qələbə deyil, həm də xalqın iradəsinin təntənəsi idi. Bu gün də bu qələbənin qorunması və möhkəmləndirilməsi üçün ordumuz əzmlə xidmətini davam etdirir.

İşğaldan azad olunmuş ərazilərdə aparılan yenidənqurma və quruculuq işlərində hərbçilərimizin iştirakı da diqqətəlayiqdir. Yeni hərbi hissələrin yaradılması, müasir silahlarla təminat, hərbi təlimlərin yüksək səviyyədə təşkili – bütün bunlar göstərir ki, ordu həm sabitliyin, həm də inkişafın əsas dayağıdır. Bu proseslər həm də bir daha sübut edir ki, sülh yalnız güclü ordu ilə qoruna bilər.

26 İyun – Silahlı Qüvvələr Günü xalqımız üçün sadəcə bayram deyil, həm də minnətdarlıq günüdür. Bu gün biz yalnız xidmət edən hərbçilərimizi yox, həm də onların ailələrini, şəhidlərimizin əziz xatirəsini və qazilərimizi hörmət və sevgi ilə anırıq. Onların hər birinə borcluyuq – bu rahat, güvənli həyatı onların sayəsində yaşayırıq.

Baş həkim və ərazi partiya təşkilatının sədri kimi hesab edirəm ki, cəmiyyətin bütün təbəqələri bu dəstəyi davam etdirməlidir. Biz səhiyyədə, təhsildə, sosial sahədə və gündəlik həyatımızda bu ruhu – mübarizlik, vətənə sevgi və xalqla birliyi yaşatmalıyıq. Ordumuzun gücü yalnız onun texnikasında deyil, onun ətrafında olan mənəvi dayaqlardadır. Bu dayaqlar isə hər birimizin daxili dünyasından və vətənə bağlılığımızdan doğur.

Aytən Qurbanova

YAP Yasamal rayon "H.B.Zərdabi pr.61" (19 saylı Şəhər Poliklinikası) ünvanı üzrə ərazi partiya təşkilatının sədri, 19 saylı Şəhər Poliklinikasının baş həkimi

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:182
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 21 İyun 2025 16:33 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see322

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see321

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see314

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see304

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see300

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see296

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see295

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see267

Musiqi dünyasında tarixi ilk: İnsan deyil, amma ilin ən yaxşı ifaçısı seçildi

15 Noyabr 2026 00:00see266

Rusların təxminən 90 faizi son üç ildə kredit götürdüyünü etiraf edib

14 Noyabr 2026 19:30see258

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see256

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see255

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see253

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see247

Türkiyə gözəli beynəlxalq yarışmadan son anda kənarlaşdırıldı

15 Noyabr 2026 04:36see244

Britaniya Rusiya hərbi bazalarını vurmalıdır

15 Noyabr 2026 01:26see242

Toyuq ətini əvəz edir Tərkibində 25 % zülal var

15 Noyabr 2026 05:06see241

Bitkoinin qiyməti 66 min dollardan aşağı düşdü

15 Noyabr 2026 01:34see205

Həftədə bir məşq fiziki formanı və sağlamlığı yaxşılaşdıra bilərmi?

14 Noyabr 2026 21:54see201

Məşhur model milyarderə ərə getdi

15 Noyabr 2026 00:26see189
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri