Icma.az
close
up
RU
Menu

Paşinyanın Moskva səfərinin əsas məqsədi nə olacaq? ŞƏRH

Kəlbəcərin yüksəkliyində yenidən doğulan Zar BÖYÜK QAYIDIŞA SAYILI GÜNLƏR QALDI

Soyuq hava infarkt və insult riskini artıra bilər Günay İsmayılova

Bülbül Vokal Məktəbinin məzunu Hamburq Musiqi və Teatr Ali Məktəbinə qəbul olunub (Foto)

Azərbaycan futbolunun əfsanəsi

Sahibkarlar AQTA dan narazıdır: Obyektlər arasında şəxsi maraqlara uyğun seçim edilərək qərar verilir

ABŞ da kommersiya məqsədli neft ehtiyatları 4,5 milyon barel azalıb

Musa Quliyev: “Maaş artımı ciddi islahatlara və yenilənmələrə ehtiyacı olan səhiyyə sahəsinə mühüm təkan olacaq”

Bir dəqiqə ərzində demensiyanı müəyyənləşdirməyə imkan verən sadə test açıqlandı

Endirim, yoxsa qiymət oyunları? Cibinizdən belə pul çıxır

Azərbaycanın Mərkəzi Asiya və ŞƏT müstəvisində geosiyasi imkanları təhlil olunub

ABŞ də atışmada ikisi polis olmaqla bir neçə insan güllələnib

Əməkdar artist Züleyxa Hacıyeva vəfat etdi

“” portalı “2025 ci ilin ən yaxşı Milli İxracın Təşviqi Platforması” mükafatına layiq görülüb

Kartınızdan xəbərsiz pul çıxır? Səbəbini öyrənin

Tramp açıqladı: Ancaq bu hada Putinlə görüşərəm

“Nestlé” vitamin və qida əlavələri biznesini 1 milyard dollara satır

“Sabah” BOS da oynaya bilər? klub rəsmisindən açıqlama

Təzə, yoxsa qurudulmuş? Əncirin sağlamlığa faydaları nələrdir?

Müharibə iştirakçısı veteran statusu ala bilmir FOTO

Silinməz yaddaşımızın təcəssümü!

Silinməz yaddaşımızın təcəssümü!

Icma.az, Yeniazerbaycan saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

İlham Əliyev: Bu gün bu Memorial Kompleksin timsalında biz Azərbaycan xalqının əyilməz ruhunu görürük

Tarix boyunca ermənilər azərbaycanlılara qarşı misli görünməmiş vəhşiliklər törədiblər. 1992-ci il fevralın 25-dən 26-na keçən gecədə baş verən Xocalı faciəsi isə ermənilərin azərbaycanlılara qarşı dövlət səviyyəsində həyata keçirdikləri soyqırımı siyasətinin ən qanlı səhifələrindən biridir.

Biz qan yaddaşımıza yazılan bu faciəni unutmuruq və heç vaxt da unutmayacağıq. Fevralın 26-da Prezident İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və ailə üzvləri Xocalı şəhərində Xocalı Soyqırımı Memorialının açılışında iştirak ediblər. Dövlətimizin başçısı Xocalı rayon ictimaiyyətinin nümayəndələri ilə görüşdəki çıxışında vurğulayıb ki, Xocalı soyqırımı Ermənistan dövləti tərəfindən, erməni faşistləri tərəfindən azərbaycanlılara qarşı, insanlığa qarşı, bəşəriyyətə qarşı törədilmiş qanlı hərbi cinayətdir. Bunun məsuliyyətini Ermənistan dövləti daşıyır.

Azərbaycan xalqı üçün ən böyük faciə

Tarix boyunca Ermənistan cəmiyyətində insanlara Azərbaycan xalqına qarşı nifrət, milli-dini dözümsüzlük hissi aşılanıb, uşaqlar, yeniyetmələr bu ruhda tərbiyə olunublar. Xocalıda baş verənlər də məhz daşnakların, kilsənin onilliklər boyunca Ermənistan cəmiyyətinə səpdiyi toxumların zəhərli meyvələri idi. Faciəni təsvir etmək çətindir. Bu vəhşilikləri yalnız bir etnosa qarşı nifrətə köklənmiş toplum törədə bilərdi ki, bunu da ermənilər etdilər. Sonradan isə Z.Balayan kimi ideoloqlar, S.Sarkisyan kimi siyasi rəhbərlər Xocalıda baş verənləri beynəlxalq ictimaiyyətə ermənilərin “qəhrəmanlığı” kimi təqdim etməyə çalışdılar. Körpə uşaqların dərisini soymaq, hamilə qadınların qarnına süngü taxmaq, yaşlı insanlara aman verməmək və bu kimi digər yaramazlıqların qəhrəmanlıqla nə əlaqəsi ola bilər? Bunlar qəhrəmanlıq yox, sivilizasiya görməmiş qəbilələrə xas olan vandallıqdır.

Xocalı faciəsi və digər müharibə cinayətləri ermənilərin  özləri barədə uydurduqları mifləri tar-mar etdi. Qəhrəman, döyüşkən xalqın ordusu heç bir halda dinc sakinləri, mülki infrastrukturu hədəf seçməz. Müharibə döyüş meydanında aparılır. Ermənilər isə hər zaman pusquda dayanaraq arxadan zərbə vurmağa çalışıblar.  Bu, onların simasıdır, xislətidir  və biz 44 günlük Vətən müharibəsi günlərində bir daha bunun şahidi olduq. Xocalıda dinc əhaliyə divan tutmağı “qəhrəmanlıq” adlandıran ermənilər müharibə günlərində rəzil durumda qaldılar. Erməni əsgərləri, zabitləri döyüş meydanlarında sursatlarını, mövqelərini qoyaraq qaçırdılar. Cəmi 44 gün ərzində Ermənistan ordusunda 11 mindən çox fərarinin qeydə alınması ermənilərin necə “qəhrəman” xalq olduqlarını bir daha nümayiş etdirdi.

Bəhs olunan tədbirdəki çıxışında Prezident İlham Əliyev Xocalıda baş verənləri Azərbaycan xalqı üçün ən böyük faciə kimi səciyyələndirib. Şəhər bir geçədə tamamilə məhv edilib. Təsadüfi deildir ki, bu faciə dünya tarixində dinc əhalinin kütləvi qətliamı kimi dərin iz qoymuş Xatın, Holokost, Sonqmi, Lidiçe, Babi Yar, Ruanda kimi soyqırımları ilə müqayisə olunur. Bu soyqırımı nəticəsində 63 nəfəri uşaq, 106 nəfəri qadın, 70 nəfəri isə ahıl olmaqla bütövlükdə 613 nəfər həyatla vidalaşıb. 8 ailə tamamilə məhv edilib. 56 nəfər xüsusi qəddarlıqla - diri-diri yandırılaraq, başının dərisi soyularaq, boynu vurularaq, gözləri çıxarılaraq öldürülüb. Faciə nəticəsndə 27 ailənin yalnız 1 üzvü qalıb, 25 uşaq hər iki valideynini itirib, 487 insan şikəst olub, 1275 insan əsir götürülüb, 150 nəfərin taleyindən indiyə kimi heç bir məlumat yoxdur.

İşğal nəticəsində Xocalı şəhəri xarabalığa çevrilib. Belə ki, burada  105 sosial-məişət obyekti, 3200 fərdi yaşayış binası, 14 məktəb, 21 klub, 29 kitabxana, üç mədəniyyət evi və bir tarix-diyarşünaslıq muzeyi dağıdılıb. Şəhərdə XIV-XV əsrə aid türbələr, günbəzlər, yerlə-yeksan olunub, qəbiristanlıq vandallara xas üsullarla dağıdılıb, qəbirlər təhqirlərə məruz qalıb.

Ədalətin tam təntənəsi!

Ermənistanın ötən əsrin doxsanıncı illərinin əvvəllərindən Azərbaycana qarşı başladığı işğalçılıq siyasəti tarixi ədalətin və beynəlxalq hüququn açıq-aşkar pozulması idi. Torpaq itkilərinə məruz qalan Azərbaycan düz otuz il ərzində ədalətsizliyə son qoyulması uğrunda mübarizə aparıb. Ancaq haqq səsimiz eşidilmirdi. Xaricdəki erməni lobbisinin təsiri altında olan beynəlxalq təşkilatlar, ayrı-ayrı güc mərkəzləri açıq-aşkar ermənilərə havadarlıq edir, təcəvüzkarla təcavüzə məruz qalan tərəf arasında bərabərlik işarəsi qoyur, beləliklə də, işğal məhsulu olan keçmiş status-kvonu sonsuzluğadək uzatmağa çalışıprdılar. Azərbaycanı inandırmaq istəyirdilər ki, keçmiş Dağlıq Qarabağ münaqişəsinin müharibə yolu ilə həlli istisnadır.  44 günlük Vətən müharibəsi dövrünü yada salaq. Tez-tez ayrı-ayrı paytaxtlardan Azərbaycan Prezidentinə zənglər gəlir və müharibənin dayandırılması istənilirdi. Ancaq heç bir kənar güc Azərbaycana təsir göstərə bilmədi. Ölkəmiz özünün milli gücü, xalqın həmrəyliyi sayəsində haqq-ədalət mübarizəsini tarixi zəfərlərlə başa çatdırmağa nail oldu. “Vətən müharibəsi və antiterror əməliyyatı nəticəsində hərbi cinayətkarların bir hissəsi Azərbaycan Silahlı Qüvvələri tərəfindən məhv edilmişdir, bir hissəsi, xüsusilə separatçıların liderləri sayılan ünsürlər isə müxtəlif dövrlərdə saxlanılmış və məhkəmə qarşısına gətirilmişdir. Bax bu, ədalətin tam təntənəsidir. Ədaləti biz özümüz təmin etdik, xalqımız bir yumruq kimi birləşərək həm 2020-ci, həm 2023-cü illərdə böyük qəhrəmanlıq göstərmişdir. Biz ədaləti Silahlı Qüvvələrimizin peşəkarlığı, fədakarlığı, rəşadəti hesabına özümüz təmin etdik. Əlbəttə ki, hərbi cinayətkarları ədalət məhkəməsinə gətirmək və ədalətli məhkəməni təşkil etmək, yenə də deyirəm, bizim ədalətimizin son nöqtəsi idi”, - deyə Prezident İlham Əliyev vurğulayıb.

Biz fərqində olmalıyıq ki, nə üçün ötən əsrin doxsanıncı illərinin əvvəllərində məğlubiyyət acısı yaşadıq, torpaq itkilərinə məruz qaldıq, otuz ildən sonra isə şanlı zəfərlərimizə sevindik. Məğlubiyyətlərimizin səbəbi ilk növbədə Azərbaycanın zəif, gücsüz olmasında idi. Otuz il ərzində isə ölkəmiz aparılan uğurlu siyasətin nəticəsində güc topladı, müasir ordu qurdu, cəmiyyətdə milli həmrəyliyi təmin etdi və bu amillər də qələbələrimizi şərtləndirdi. Postmüharibə dövründə də Azərbaycanın rəhbərliyi ölkənin milli gücünün artırılması, ordunun maddi-texniki bazasının möhkəmləndirlməsi siyasətini davam etdirir. Azərbaycan qalib dövlət olsa da, dayanmır, yeni silahlar alır, Silahlı Qüvvələrin strukturunu yeniləyir, şəxsi heyətin döyüş hazırlığını davamlı olaraq artırır. Prezident İlham Əliyevin vurğu etdiyi kimi, bu gün xalqımızın sülh. əmin-amanlıq şəraitində yaşamasının əsas səbəbi də məhz Azərbaycanın güclü olması ilə bağlıdır.

Eyni zamanda, yaşadığımız faciələr bizim üçün bir yaddaşdır. Biz onları heç vaxt unutmamalıyıq. Bu baxımdan Memorial Kompleksin məhz Xocalıda yaradılması müstəsna önəm daşıyır. Prezident İlham Əliyev kompleksin yaradılmasının tarixini xatırladıb. Onun harada yaradılması ilə bağlı müxtəlif təkliflər var idi. Ancaq sonradan Prezident İlham Əliyev Memorial Kompleksin məhz faciənin baş verdiyi ünvanda yaradılmasına qərar verib. “Bu gün bu Memorial Kompleksin timsalında biz Azərbaycan xalqının əyilməz ruhunu görürük” deyən dövlətimizin başçısı vurğulayıb: “Bu Kompleks silinməz yaddaşımızın təcəssümü olacaq. Biz Xocalı soyqırımını heç vaxt unutmamalıyıq. Ermənistan dövlətinin vəhşiliklərini heç vaxt unutmamalıyıq. Öz tariximizi heç vaxt unutmamalıyıq, ayıq olmalıyıq, həmişə güclü olmalıyıq, həmişə düşmən bizdən qorxmalıdır, necə ki, bu gün qorxur. Məhz bu qorxu nəticəsində bu gün Azərbaycan xalqı sülh içində yaşayır”.

Qeyd edək ki, Xocalı Soyqırımı Memorialı Prezident İlham Əliyevin 2025-ci ilin fevralında imzaladığı Sərəncama əsasən, Xocalı faciəsi qurbanlarının xatirəsinin əbədiləşdirilməsi, tarixi həqiqətlərin gələcək nəsillərə çatdırılması və milli yaddaşın qorunması məqsədilə yaradılıb.

Layihə Heydər Əliyev Fondu tərəfindən hazırlanan konsepsiya əsasında reallaşdırılıb.

“Xocalıya ədalət!” hərəkatının böyük təsiri

Keçmiş Dağlıq Qarabağ münaqişəsinin ilkin mərhələsində ermənilər havadarlarının, xaricdəki erməni lobbisinin dəstəyi ilə Azərbaycan ətrafında bir növ informasiya blokadası qurmuşdular. Ayrı-ayrı beynəlxalq təşkilatlarda səsimiz eşidilmirdi, əksinə ölkəmizə qarşı “qara piar” aparılır, qərəzli qətnamələr qəbul olunurdu. Xocalı faciəsi ilə də bağlı eyni ssenari işə salınmışdı. Ermənistan, dünya erməniliyi və dünya erməniliyinin, Ermənistan dövlətinin arxasında duran güclər faciəni ört-basdır etməyə çalışırdılar. Hətta bir sıra erməni təbliğatçıları daha da qabağa gedərərk bu faciədə Azərbaycanı günahlandırırdılar.

Sonradan Azərbaycan dövləti ölkəmiz ətrafında qurulan informasiya blokadasını dağıtmağa, həmçinin Xocalı faciəsi ilə bağlı ermənilərin yaydıqları dezinformasiyaların qarşısını almağa nail oldu. “Bu faciəni dünya ictimaiyyətinə çatdırmaq üçün, bizim haqq işimizi dünya birliyinə təqdim etmək üçün həm Azərbaycan dövləti, həm ictimai təşkilatlar, qeyri-hökumət təşkilatları, demək olar ki, bir çox qurumlar fəal çalışıblar. Burada xüsusilə Heydər Əliyev Fondunun fəaliyyətini qeyd etmək istərdim. Fond yarandıqdan dərhal sonra “Xocalıya ədalət!” genişmiqyaslı hərəkatına start verdi. Bu təşəbbüsü Fondun vitse-prezidenti Leyla Əliyeva həyata keçirirdi. Son 20 il ərzində onun təşəbbüsü ilə dünyanın bir çox ölkələrində bir çox tədbirlər, təqdimatlar, simpoziumlar, konfranslar keçirilmişdir, bir çox kitablar, broşürlər, bukletlər dərc edilmişdir”, - deyə Prezident İlham Əliyev bildirib.

Dövlətimizin başçısının urğuladığı kimi, “Xocalıya ədalət!” hərəkatının təsiri böyük olmuşdur. Xocalı soyqırımının dünya miqyasında tanıdılması istiqamətində aparılan sistemli işin nəticəsidir ki, İslam Əməkdaşlıq Təşkilatı Parlament İttifaqının, Meksika, Pakistan, Çexiya, Peru, Kolumbiya, Panama, Honduras, Sudan, Qvatemala və Cibuti parlamentlərinin müvafiq sənədlərində Xocalıda törədilmiş kütləvi qətllərin soyqırımı aktı olduğu təsdiq edilib. Rumıniya, Bosniya və Herseqovina, Serbiya, İordaniya, Sloveniya, Şotlandiya parlamentləri, eləcə də ABŞ-ın 22 ştatının icra və qanunvericilik orqanları Xocalı soyqırımını qətliam kimi qiymətləndirərək qətiyyətlə pisləyiblər.

Mübariz ABDULLAYEV

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:169
embedMənbə:https://yeniazerbaycan.com
archiveBu xəbər 28 Fevral 2026 09:12 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Paşinyanın Moskva səfərinin əsas məqsədi nə olacaq? ŞƏRH

02 Sentyabr 2026 17:44see495

Kəlbəcərin yüksəkliyində yenidən doğulan Zar BÖYÜK QAYIDIŞA SAYILI GÜNLƏR QALDI

03 Sentyabr 2026 12:02see300

Soyuq hava infarkt və insult riskini artıra bilər Günay İsmayılova

02 Sentyabr 2026 15:27see243

Bülbül Vokal Məktəbinin məzunu Hamburq Musiqi və Teatr Ali Məktəbinə qəbul olunub (Foto)

02 Sentyabr 2026 17:03see240

Azərbaycan futbolunun əfsanəsi

03 Sentyabr 2026 00:27see233

Sahibkarlar AQTA dan narazıdır: Obyektlər arasında şəxsi maraqlara uyğun seçim edilərək qərar verilir

03 Sentyabr 2026 10:01see233

ABŞ da kommersiya məqsədli neft ehtiyatları 4,5 milyon barel azalıb

03 Sentyabr 2026 00:30see224

Musa Quliyev: “Maaş artımı ciddi islahatlara və yenilənmələrə ehtiyacı olan səhiyyə sahəsinə mühüm təkan olacaq”

02 Sentyabr 2026 17:43see216

Bir dəqiqə ərzində demensiyanı müəyyənləşdirməyə imkan verən sadə test açıqlandı

02 Sentyabr 2026 05:49see210

Endirim, yoxsa qiymət oyunları? Cibinizdən belə pul çıxır

02 Sentyabr 2026 20:16see196

Azərbaycanın Mərkəzi Asiya və ŞƏT müstəvisində geosiyasi imkanları təhlil olunub

02 Sentyabr 2026 20:20see190

ABŞ də atışmada ikisi polis olmaqla bir neçə insan güllələnib

03 Sentyabr 2026 02:50see188

Əməkdar artist Züleyxa Hacıyeva vəfat etdi

02 Sentyabr 2026 21:50see185

“” portalı “2025 ci ilin ən yaxşı Milli İxracın Təşviqi Platforması” mükafatına layiq görülüb

02 Sentyabr 2026 18:21see181

Kartınızdan xəbərsiz pul çıxır? Səbəbini öyrənin

02 Sentyabr 2026 17:42see180

Tramp açıqladı: Ancaq bu hada Putinlə görüşərəm

03 Sentyabr 2026 03:24see174

“Nestlé” vitamin və qida əlavələri biznesini 1 milyard dollara satır

03 Sentyabr 2026 00:41see172

“Sabah” BOS da oynaya bilər? klub rəsmisindən açıqlama

03 Sentyabr 2026 02:12see166

Təzə, yoxsa qurudulmuş? Əncirin sağlamlığa faydaları nələrdir?

02 Sentyabr 2026 21:07see160

Müharibə iştirakçısı veteran statusu ala bilmir FOTO

02 Sentyabr 2026 23:01see159
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri