Icma.az
close
up
RU
Ziyalı ömrünün silinməz izləri

Ziyalı ömrünün silinməz izləri

Icma.az, Xalq qazeti portalına istinadən məlumat yayır.

Bu günlərdə filologiya elmləri doktoru, professor, Əməkdar mədəniyyət işçisi Tofiq Əbdülhəsənlinin anadan olmasının 70 illiyini ölkənin elmi-mədəni ictimaiyyəti səmimi duyğularla və qədirbilənliklə qeyd edir. Elm-təhsil sahəsində jurnalistikadan gəlmiş alim ömrünün 70-ci ilinin tamamına pedaqoji sahədə məhsuldar fəaliyyətlə gəlib çatmışdır.

Tofiq Əbdüləziz oğlu 1955-ci il dekabrında Neftçala rayonunun Pirəbbə kəndində anadan olmuşdur. Orta təhsilini rayonun Yuxarı Qaramanlı kənd orta məktəbində alan gənc Azərbaycan Dövlət Universitetinin (indiki BDU) filologiya fakültəsinə daxil olmuşdur. Ali təhsili fərqlənmə diplomu ilə başa vurmuş Tofiq müəllim Moskvada Ali Mətbuat İnstitutunda jurnalistika ixtisası da almışdır. 

Media sahəsində çalışan Tofiq Əbdülhəsənli 1985-1990-cı illərdə “Gənclik” nəşriyyatında redaktor, 1990-1992-ci illərdə “Həyat”, 1992-2002-ci illərdə “Azərbaycan”, 2003-2018-ci illərdə “Respublika” qəzetində şöbə müdiri işləmişdir. O jurnalist fəaliyyəti dövründə çoxsaylı siyasi, iqtisadi, ekoloji mövzularda məqalələrin, Azərbaycan Televiziyasında iqtisadi və ekoloji mövzularda verilişlərin müəllifi kimi tanınmışdır.

Tofiq müəllimin iqtisadi yazılarında özünün də təbirincə desək, “rəqəmlərin öz nəğməsi, öz poeziyası var” fəlsəfəsi dayanır. Bütün bunlar müəllifin “İqtisadiyyat da poeziyadır” kitabında elmi-publisistik baxımdan əsaslandırılmışdır.

Yubilyarın publisistik yaradıcılığının əsas istiqamətləri içərisində ekoloji mövzular da aparıcı yer tutur. Müəllifin “Təbiət qayğı sevir”, “Təbiətin diləyi: ekoloji qanunlar”, “Yaşıl kitabımızı da yaradaq”, “Ekoloji dərs”, “Külli Qarabağın ab-havası”, “Xəzər: ekoloji dəyişikliklər və heyvanat aləmi”, “Sabah gec olar”, “Ekoloji gərginliyin azadılması yolunda” kimi məqalələrində təkcə problemlər, ekoloji gərginliyi yaradan mənbələr deyil, həm də problemlərin həlli yolları göstərilmişdir.

Mətbuat sahəsindəki çoxillik fəaliyyəti ilə yanaşı, ömrünü elmi-pedaqoji fəaliyyətə də həsr edən Tofiq Əbdülhəsənli Azərbaycan dili və ədəbiyyatının tədrisi və tədqiqi yönündə də davamlı axtarışlar aparmışdır. O, mərhum professor Cəlal Abdullayevin elmi rəhbərliyi ilə “Müasir Azərbaycan şeirində siyasi lirika” mövzusunda namizədlik dissertasiyasını uğurla müdafiə etmişdir. Onun doktorluq dissertasiyası isə “Müasir Azərbaycan poeziyası” mövzusuna həsr edilmişdir.

Ədəbiyyatşünas Tofiq Əbdülhəsənli isə silsilə ədəbi-publisistik yazıları ilə elmi-mədəni mühitin diqqət mərkəzində olmuşdur. “İçimizdəki alov və ya qam şaman duası”, “Vətənlə sevgi arasında”, “Həsrətin 43 ili”, “Rəssam qızlar”, “Şeyx Səfi məqbərəsi”, “Mən köçdüm, yurdum qaldı...”, “Dürrə”, “Ömür bir qatardır”, “Sənətə məhəbbət olanda”, “El alqışları”, “Tarixi yaşadan Şirvanşahlar sarayı”, “Uşaq ədəbiyyatımıza qayğı gələcəyimizə qayğıdır” kimi yazılar dəyərli publisistika örnəkləri sırasında yer almışdır. Ədəbi-tənqidi yazılardan ibarət “Vətəndaş yanğısı” kitabı da müəllifin ciddi yaradıcılıq uğuru olmuşdur.

1993-cü ildən elmi-pedaqoji fəaliyyəti Azərbaycan Dövlət İqtisad Universiteti ilə bağlı olan Tofiq müəllim burada Azərbaycan dili kafedrasının müəllimi, baş müəllimi və dosenti vəzifələrində çalışmışdır. 2006-cı ildən kafedraya rəhbərlik edən alim Azərbaycan dili, nitq mədəniyyəti, işgüzar və akademik kommunikasiya sahəsində tədris və tədqiqatların aparılması,yüksəkixtisaslı kadrların hazırlanması istiqamətində fəaliyyət göstərir.

Bu baxımdan Tofiq müəllim həm də tanınmış dilçi alimdir. Onun ədəbiyyatşünas kimi uğurla fəaliyyəti ilə yanaşı, linqvistik tədqiqatları da dilçiliyimiz üçün dəyərli qaynaqlardır. Tofiq müəllimin Azərbaycan dilinin saflığının qorunması, ana dilində yüksək nitq mədəniyyəti, dilimizin gənc nəslə düzgün aşılanması istiqamətində qələmə aldığı bir çox dərslik və dərs vəsaitləri də yüksək qiymətləndirilir. “İşgüzar Azərbaycan dili”, “Azərbaycan dili və nitq mədəniyyəti”, “İşgüzar yazışmalar”, “Azərbaycan dili (ədəbi və iqtisadi mətnlər toplusu)”, “Azərbaycan dili (işgüzar yazışmalar)”, “Azərbaycan dili (türk dünyası üçün)”, “Azərbaycan dili (rus bölmələri üçün)”, “Dilimiz - varlığımız”, “Azərbaycan dili (iqtisadi mətnlər)”, “İşgüzar yazışmalar (interaktiv dərs vəsaiti)”, “Azərbaycan dilində işgüzar və akademik kommunikasiya” və başqa əsərləri ali məktəblərdə təhsil alan tələbələr, o cümlədən pedaqoji heyət üçün stolüstü kitablardır - gənc tədqiqatçılar üçün bilik və yaradıcılıq mənbəyidir.

Müəllif öz elmi baxışlarını təkcə Azərbaycanda deyil, həm də ölkəmizin hüdudlarından kənarda keçirilən beynəlxalq elmi tədbirlərdə və dərc olunan jurnallarda da ifadə etmişdir. Türkiyə, Rusiya, Ukrayna və başqa ölkələrdə keçirilmiş beynəlxalq elmi  konfranslarda Vətənimizi layiqincə təmsil edən tədqiqatçının etdiyi məruzələr həmişə mütəxəssislərin marağına səbəb olmuş, araşdırdığı mövzular ətrafında qızğın müzakirələr aparılmışdır. Onun SCOPUS beynəlxalq indeksləşdirmə və xülasələndirmə bazasına daxil olan elmi jurnallarda da məqalələri tez-tez işıq üzü görür.

Tofiq Əbdülhəsənli gözəl alim və jurnalist olmaqla yanaşı, həm də peşəkar pedaqoqdur. Uzun illərdir ki, İqtisad Universitetində yüksəkixtisaslı kadrların hazırlanmasında yaxından iştirak edir.

Tofiq müəllim həm də elm və təhsil təşkilatçısıdır. Peşəkar qələm sahibi kimi öz imzası ilə tanınan jurnalist-alim Azərbaycan Yazıçılar və Jurnalistlər birliklərinin, həmçinin Respublika İqtisadçılar İttifaqının üzvüdür.

Tofiq Əbdülhəsənli ölkə mediasının inkişafındakı xidmətlərinə görə “Əməkdar mədəniyyət işçisi” fəxri adına layiq görülmüş, təhsilin inkişafındakı xidmətlərinə görə isə “Tərəqqi” medalı ilə təltif olunmuşdur.

Tanınmış alim və təcrübəli pedaqoq, filoloq həmkarım Tofiq müəllimi əlamətdar yubileyi münasibətilə səmimi-qəlbdən təbrik edir, ona möhkəm cansağlığı, yaradıcılıq uğurları arzulayıram. 

Nizami CƏFƏOV,

akademik

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:160
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 28 Dekabr 2025 17:44 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Unudulmaz media xadimi

25 Avqust 2026 11:50see388

Sabah , yoxsa Hapoel ?

25 Avqust 2026 12:14see332

Yuxuda danışdığımız sözləri niyə xatırlamırıq?

25 Avqust 2026 03:03see265

Məşhur idmançı 4 ay ərzində 33 dəfə cərimələndi

25 Avqust 2026 01:20see238

London derbisində beş qol: Çelsi Fulhem ə qalib gəlib VİDEO

25 Avqust 2026 01:19see233

“Zirə”də yamaykalı vinger

25 Avqust 2026 07:57see228

Bakı “Fly to Baku. Art Weekend. Sense the Future NOW” festivalına ev sahibliyi edəcək

25 Avqust 2026 12:32see216

“Zirə”dən güclü olduğumuzu göstərmək istəyirik”

26 Avqust 2026 01:47see200

“TikTok”da Azərbaycanı təhqir etdi: “Köləmiz olacaqsız”

25 Avqust 2026 09:09see199

Qol vurdu, “ən yaxşı” oldu

25 Avqust 2026 22:16see191

AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİ ADMİNİSTRASİYASININ VƏTƏNDAŞ QƏBULU MƏRKƏZİNDƏ 2026 cı ilin sentyabr ayında vətəndaşların qəbulu CƏDVƏLİ

25 Avqust 2026 18:07see189

Nəsli kəsilməkdə olan növlərin qorunmasını ləğv etdi

26 Avqust 2026 01:38see187

Fransa Ukraynaya qoşun göndərir

25 Avqust 2026 13:51see183

DSMF 7 ayda 267 mindən çox vətəndaş müraciətini cavablandırıb

25 Avqust 2026 10:35see174

Hər uşağa 70 min dollar yardım veriləcək Sinqapurda

25 Avqust 2026 04:59see169

“Qayıtmaq yalnız evə dönmək deyil: Qarabağda yenidən qurulan həyat“

25 Avqust 2026 22:22see163

Mehriban Əliyeva Bakıda incəsənət məktəbinin AÇILIŞINDA

26 Avqust 2026 16:25see155

Yaponiyada ayı xarici turistə hücum ETDİ

25 Avqust 2026 19:53see155

İrəvan KTMT dən çıxsa, həssas vəziyyətə düşəcək

26 Avqust 2026 09:11see145

Azərbaycanın müəllimlər məbədi yeni yüzillikdə

25 Avqust 2026 11:46see144
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri