“SİMA İmza” ilə daha 30 a yaxın elektron vergi xidmətinə əlçatanlıq təmin edildi
Qafqazinfo portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
AZCON Holding şirkətlərindən olan “AzInTelecom” MMC və Dövlət Vergi Xidmətinin birgə əməkdaşlığı sayəsində SİMA yeni nəsil rəqəmsal imzanın İnternet Vergi İdarəsinə inteqrasiyası uğurla davam etdirilir.
“Qafqazinfo” xəbər verir ki, inteqrasiya çərçivəsində daha 30-a yaxın elektron vergi xidmətinin “SİMA İmza” ilə əldə etməsi mümkün olub.
Həmin xidmətlərə vahid bəyannamə göndərilməsi, hüquqi şəxsin uçot və qeydiyyat məlumatlarının dəyişdirilməsi, hüquqi şəxsin filialının, nümayəndəliyinin fəaliyyətinin dayandırılması, vergi ödəyicisinin debitor və kreditor borcları haqqında ərizə, şəxsi hesab vərəqəsindən çıxarışın verilməsi barədə ərizə, elektron alış aktı və digər bir çox xidmətlər daxildir.
Sonuncu inteqrasiya nəticəsində “SİMA İmza” ilə əldə edilə bilən vergi xidmətlərinin sayı 100-ü ötüb. Artıq vergi ödəyiciləri İnternet Vergi İdarəsinə “SİMA İmza” ilə daxil olaraq, müvafiq sənədləri “SİMA İmza”nın üztanıma texnologiyası ilə imzalayaraq əldə edə bilərlər.
Bunun üçün new.e-taxes.gov.az saytında giriş üsulu kimi “SİMA İmza”nı seçmək və mobil tətbiq vasitəsilə təqdim edilən QR kodu “SİMA İmza” tətbiqində skan etmək kifayətdir.
Qeyd edək ki, hazırda vergi ödəyiciləri SİMA rəqəmsal imzanı tam ödənişsiz əldə etmək imkanına malikdir. Belə ki, mobil tətbiqdə sahibkar və ya hüquqi şəxsin imza sertifikatını əldə edərkən “6AYPULSUZ” promokodunu daxil edərək imzadan 6 ay müddətində abunə haqqı ödəmədən istifadə etməsi mümkündür.
“SİMA İmza” haqqında
SİMA yeni nəsil rəqəmsal imza AZCON Holding şirkətlərindən olan “AzInTelecom” tərəfindən 2022-ci ildə yaradılıb. Hazırda “SİMA İmza” tətbiqinin endirilmə sayı 5 milyondan çoxdur. Rəqəmsal imza əldə etmək üçün hər hansı xidmət məntəqəsinə getməyə və ya fiziki daşıyıcıya ehtiyac yoxdur. Olduğunuz yerdən “SİMA İmza” mobil tətbiqini smartfona yükləyib qeydiyyatdan keçə bilərsiniz.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:100
Bu xəbər 18 Noyabr 2025 11:02 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















