Icma.az
close
up
RU
“SİMA İmza”dan YENİLİK

“SİMA İmza”dan YENİLİK

Milli.az saytına istinadən Icma.az xəbər verir.

SİMA yeni nəsil rəqəmsal imzanın yeni QR paylaşım funksiyası istifadəyə verilib.

Milli.Az xəbər verir ki, bu funksionallıq sayəsində artıq heç bir əlavə risk olmadan QR link vasitəsilə öz imza səlahiyyətini tək istifadəlik olaraq digər şəxsə (mühasib, məsul əməkdaş və digərləri) yönləndirmək mümkün olub. 

Yeni həll sənəd dövriyyəsində vaxt itkisini minimuma endirmək və prosesləri daha çevik idarə etmək məqsədi daşıyır. Funksionallığın tətbiq ardıcıllığı aşağıdakı kimidir:

1. İmza sahibinin adından hər hansı elektron portalda imzalama və identifikasiya əməliyyatı edən şəxs müvafiq QR kodu SİMA İmza tətbiqi vasitəsilə skan edir.

2. QR kod "SİMA İmza" tətbiqi ilə oxunduqdan sonra unikal imzalama linki yaradılır.

3. Link istənilən kommunikasiya kanalı vasitəsilə imza sahibinə göndərilir.

4. İmza sahibi linkə klik edərək təsdiqlədikdə avtomatik olaraq öz "SİMA İmza" tətbiqinə yönləndirilir.

5. İmza sahibi sənədi 6 rəqəmli PİN, barmaq izi və ya "Face ID" vasitəsilə təsdiqləyərək imzalama prosesini tamamlayır.

6. Uğurlu imzadan sonra sənəd sistemdə imzalanmış kimi qeyd olunur və proses yekunlaşır.

Yeni funksionallıq öz imza səlahiyyətini başqasına ötürmək  istəyən şəxslərə bu prosesi nəzarəti altında həyata keçirmək üçün unikal imkan yaradır. Xüsusilə də müəssisə rəhbərləri öz imza hüququnu şirkətin digər məsul əməkdaşına risk daşımadan ötürmək imkanı əldə edirlər. Belə ki, QR kod vasitəsilə paylaşım imza sahibinin şəxsi autentifikasiyasına əsaslandığı üçün burada imza sahibi təhlükəsizlik məlumatlarını qarşı tərəflə paylaşmadan prosesə qoşulur və gedişata tam şəkildə nəzarət edə bilir - o, "SİMA İmza" ilə hansı sistemə giriş edildiyini və hansı sənədin imzalandığını birbaşa özü görür və təsdiqləyir.

Hazırda vergi ödəyiciləri SİMA rəqəmsal imzanı tam ödənişsiz əldə etmək imkanına malikdir. Belə ki, mobil tətbiqdə sahibkar və ya hüquqi şəxsin imza sertifikatını əldə edərkən 6AYPULSUZ promokodunu daxil edərək imzadan 6 ay müddətində abunə haqqı ödəmədən istifadə etməsi mümkündür.

Aysel Əkbər
Milli.Az 

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:174
embedMənbə:https://news.milli.az
archiveBu xəbər 26 Noyabr 2025 10:21 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

® Mərkəzi Gömrük Hospitalının Mama ginekologiya şöbəsində qadın sağlamlığının qorunmasına kompleks yanaşma tətbiq olunur

30 Oktyabr 2026 16:23see387

Sevdiyiniz musiqi ağrını azalda bilər

30 Oktyabr 2026 18:15see352

Şəbnəm Tovuzlu: Keçmiş baldızımla bacı kimiyəm

30 Oktyabr 2026 16:45see338

Məryəm Uzerli ilk dəfə Bakıya gəlir

30 Oktyabr 2026 18:21see332

Cəmi 1 saat gec yatmaq bu ölümcül xəstəlik riskini artırır

30 Oktyabr 2026 20:10see331

Alla Puqaçovanın malikanəsinə hücum edildi Video

30 Oktyabr 2026 22:01see329

Ürəyinizi qorumaq üçün bu məhsul YEYİN

30 Oktyabr 2026 16:38see311

“Avropa Beynəlxalq Hospitalı”nın Ağdaşda filialı açıldı FOTOLAR

30 Oktyabr 2026 16:52see307

Hansı göstəricidən etibarən təzyiq xəstəsi hesab olunursuz?

30 Oktyabr 2026 20:20see284

Arvadından boşanan kişi pişiyi ilə görüş saatı tələb etdi

30 Oktyabr 2026 18:02see274

Hücumlar nəticəsində yoxa çıxan kəndimiz Video

30 Oktyabr 2026 23:21see264

Maaş və pensiyalar NƏ QƏDƏR ARTACAQ? Deputatdan yeni açıqlama

30 Oktyabr 2026 19:00see263

Kənd təsərrüfatının inkişafında xidmətləri olan bir qrup şəxs təltif olunub Sərəncam

30 Oktyabr 2026 16:18see257

“Binance”a Haker hücumu: Mask günahlandırıldı

30 Oktyabr 2026 23:38see256

Jirunun son dəqiqələrdə vurduğu qol “Lill”ə qələbə qazandırdı

31 Oktyabr 2026 02:06see255

Bu rayonda 300 metrlik bənd yenidən qurulur 3.2 milyon manat ayrıldı

30 Oktyabr 2026 20:03see238

Azərbaycan əhəng istehsalını 77 % artırıb

31 Oktyabr 2026 11:26see218

Ən çox qiymət artımının qeydə alındığı rayonumuz açıqlandı

31 Oktyabr 2026 12:04see214

Baş ağrılarına fərqli müalicə: “Homeosiniatriya” üsulu nədir?

30 Oktyabr 2026 18:58see206

Avstraliya alimləri ilə birgə layihə

31 Oktyabr 2026 15:41see202
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri