Icma.az
close
up
RU
“SİMA KYC Videoyazı” istifadəyə verildi

“SİMA KYC Videoyazı” istifadəyə verildi

Icma.az, Qafqazinfo portalına istinadən məlumat yayır.

“AzInTelecom” MMC rəqəmsal identifikasiya sahəsində növbəti innovativ həllini istifadəyə verib. “SİMA KYC Videoyazı” adlanan və SİMA Rəqəmsal Həllər Platformasına daxil olan məhsul məsafədən video formatda şəxsiyyətin təsdiqi imkanlarını təqdim edir.

“Qafqazinfo” xəbər verir ki, “SİMA KYC Videoyazı” həlli dövlət və özəl qurumların istifadəçilərlə daha sürətli və təhlükəsiz əlaqə qurmasına imkan verir.

Bu məhsul, eyni zamanda Azərbaycan Mərkəzi Bankının “Məsafədən bank hesabının açılması” tələblərinə tam uyğundur. “SİMA KYC Videoyazı” həllini öz xidmətlərinə inteqrasiya edən qurumlar ikifaktorlu autentifikasiya ilə yüksək təhlükəsizlik təmin edəcək, istifadəçi fəaliyyətini və identifikasiya prosesini izləyə biləcək. Vətəndaşlar isə heç yerə getmədən, vaxt itirmədən məsafədən xidmət almaq və əməliyyatları icra etmək imkanı qazanacaqlar.

“SİMA KYC Videoyazı” ilə şəxsiyyətin təsdiqlənməsi mobil cihaz və kompüter vasitəsilə həyata keçirilir. Proses zamanı istifadəçi əvvəlcə şəxsiyyət vəsiqəsinin FİN kodu və seriya nömrəsini müvafiq xanaya daxil edir. Daha sonra kamera qarşısında özünü təqdim edib ekranda əks olunan təsdiq mətnini səsləndirir. Videoyazı əsasında biometrik eyniləşdirmə həyata keçirilir. Məhsulu inteqrasiya etmiş qurumun tələbindən asılı olaraq, vətəndaşın şəxsiyyəti avtomatik sistem tərəfindən təsdiq olunur.

“SİMA KYC Videoyazı” həllinin əsas üstünlüyü süni intellekt vasitəsilə real vaxt rejimində biometrik eyniləşdirmə apara bilməsidir. Bu həll istifadəçi təcrübəsini sadələşdirərək vətəndaşlara vaxt və resurslara qənaət imkanı yaradır. “SİMA KYC Videoyazı” məhsulu ilə bağlı ətraflı məlumatı sima.az saytından və “157” Zəng mərkəzi ilə əlaqə saxlayaraq əldə etmək olar.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:239
embedMənbə:https://qafqazinfo.az
archiveBu xəbər 21 Aprel 2025 10:44 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bakıda qadın lyuka düşdü 2000 manatlıq cərimə

21 Oktyabr 2026 21:22see287

Yaxın Şərqdə gərginlik artır: İran daha güclü silahının olduğunu iddia edir

21 Oktyabr 2026 21:29see285

Aİ Ukraynanı ABŞ təhdidləri qarşısında tək buraxmayacaq

21 Oktyabr 2026 16:06see267

“Borussiya”nın qapıçısı “Sabah”ın təzyiqindən danışdı

21 Oktyabr 2026 04:27see253

"28 Mall"un qarşısında ölüm

21 Oktyabr 2026 21:19see244

Hövsanda küçə itləri sakinləri qorxuya salır ŞİKAYƏT

21 Oktyabr 2026 19:45see237

“Barselona“ Dani Olmonun zədəsinin ciddi olduğunu açıqlayıb

21 Oktyabr 2026 21:22see232

“28 Mall”ın yaxınlığında ölüm hadisəsi baş verdi

21 Oktyabr 2026 18:31see227

Türkiyədə məşhur pop qrupunun meneceri üç ilədək azadlıqdan məhrum edilə bilər

21 Oktyabr 2026 21:28see221

The Guardian: Ukraynanın gələcəyi Tramp və Putinə məxsus deyil...

21 Oktyabr 2026 21:29see220

Politoloq: Türkiyə Azərbaycan münasibətlərini böhran həddinə çatdıran şəxslər müəyyənləşdirilməlidir

21 Oktyabr 2026 21:21see211

Havalı Alı Rüstəm Dastanoğlunun hekayəsi

21 Oktyabr 2026 18:10see198

Yoxa çıxan avropalı müşahidəçilər: “təhlükəsizlik mütəxəssisləri” haradadırlar?

21 Oktyabr 2026 10:33see193

Çörək yeyəndən sonra niyə yuxumuz gəlir?

21 Oktyabr 2026 15:46see193

Çin üçtəkərli avtomobil buraxdı

21 Oktyabr 2026 21:19see193

Günel Afrikadan qız uşağı övladlığa götürmək istəyir

21 Oktyabr 2026 15:52see192

Bakıda milyonluq hazırlıqlar başladı Qarlı havalarla bağlı

21 Oktyabr 2026 18:31see189

“Lap başımı itirmişəm, fikirləşirəm ki, kasıblar nə edir?” Hicran Nəsirova

21 Oktyabr 2026 20:18see176

Sülh müqaviləsini ləngidən Paşinyan nəyi gözləyir, yaxud Paşinyanı nə gözləyir?

21 Oktyabr 2026 21:18see175

Səhiyyə Nazirliyi: Ölkəyə qripə qarşı vaksinlər gətirilib

21 Oktyabr 2026 14:13see174
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri