Icma.az
close
up
RU
“digital.login”də şəxsiyyətini “SİMA KYC” ilə təsdiqlə

“digital.login”də şəxsiyyətini “SİMA KYC” ilə təsdiqlə

Icma.az xəbər verir, Bakivaxti saytına əsaslanaraq.

AZCON Holding şirkətlərindən olan “AzInTelecom” MMC tərəfindən yaradılmış “SİMA KYC” rəqəmsal həlli İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin rəqəmsal məhsulu olan “digital.login” vahid giriş sisteminə inteqrasiya edilib.

Bakıvaxtı.az xəbər verir ki, artıq digital.login-də qeydiyyatdan keçən yeni istifadəçilərin müraciətləri SİMA KYC tərəfindən anında təsdiqlənəcək. Belə ki, digital.login.gov.az saytında identifikasiya nömrəsi ilə qeydiyyat zamanı vətəndaş ilkin olaraq şəxsiyyət vəsiqəsinin FİN kod və seriya nömrəsini daxil edir, ardınca vətəndaşın üzünün video qeydiyyatı aparılır, daha sonra şəxsiyyət vəsiqəsinin şəkli yüklənilir. Bundan sonra müraciət “SİMA KYC” rəqəmsal həlli ilə verifikasiya (üztanıma testi) aparılır.

Bununla da “digital.login”də videoqeydiyyat prosesində “SİMA KYC”nin süni intellekt texnologiyası tətbiq olunmaqla, vətəndaş müraciətlərinin anında cavablandırılması təmin edilir.

Qeyd edək ki, inteqrasiyanın məqsədi “digital.login” sistemində vətəndaşların şəxsi kabinetlərinin təhlükəsizliyinin artırılması, eləcə də vətəndaş məmnuniyyətinin təmin edilməsidir.

“SİMA KYC” qurumlar və istifadəçilər arasında rəqəmsal körpü rolunu oynamaqla şəxsin identifikasiyasını real vaxt rejimində əldə etmək imkanı yaradır. Bu həll vətəndaşın şəxsiyyətini təsdiqləmək üçün lazım olan bütün proseslərdə tətbiq oluna bilər. “SİMA KYC” ilə bağlı daha ətraflı məlumatı sima.az saytından və “157” Zəng mərkəzi ilə əlaqə saxlayaraq əldə edə bilərsiniz.

Xatırladaq ki, əlavə olaraq “digital.login” vahid giriş sisteminə SİMA yeni nəsil rəqəmsal imza ilə də daxil olmaq mümkündür. Bunun üçün “SİMA İmza” tətbiqini smartfona yükləmək və qeydiyyatdan keçmək kifayətdir.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:128
embedMənbə:https://bakivaxti.az
archiveBu xəbər 13 İyun 2025 10:49 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Barselona Real : hansı kanallarda?

25 Oktyabr 2026 23:55see396

Qubadlı 2040 cı ilədək belə olacaq Əhali 14 minə çatacaq… VİDEO KONKRET

25 Oktyabr 2026 15:44see389

Röya Ayxanın xalası qızının videosu yayıldı VİDEO

26 Oktyabr 2026 00:42see266

Bakıda maşın saxlamaq evə çatmaqdan çətindir Çıxış yolu nədir?

25 Oktyabr 2026 17:21see247

Serbiyada seçkilər qanunvericiliyə uyğun keçirilir Musa Qasımlı

25 Oktyabr 2026 16:48see232

Yunan Roma güləşçisi Sənan Süleymanov dünya çempionu olub

25 Oktyabr 2026 19:32see229

Xalidə Gözəl vəfat etdi

25 Oktyabr 2026 16:52see223

“Real” və “Barsa” oyunçularına “El Klasiko” üçün xüsusi butslar hazırlanıb FOTO

26 Oktyabr 2026 00:50see222

“Türkiyə daxilində Azərbaycana qarşı olan qrupların iç üzü açıldı” AÇIQLAMA

25 Oktyabr 2026 12:29see220

Bəzi magistral yollarda görünüş məsafəsi məhdudlaşacaq

25 Oktyabr 2026 13:45see204

Bu ölkədə 21 günlük karantin elan edildi

26 Oktyabr 2026 01:51see195

Dünyanın diqqətlə izlədiyi tibbi sensasiya Erkən ölümün qarşısını alan ən sadə formul açıqlandı

25 Oktyabr 2026 15:32see194

İnsanlar cəmi 6 deyil, 27 fərqli emosional hal var

25 Oktyabr 2026 13:08see192

Yeni arenada qolsuz siftə

26 Oktyabr 2026 11:15see189

Qubad İbadoğlu sosial şəbəkələrə Vurğun Əyyubu xatırlayaraq qayıtdı

25 Oktyabr 2026 23:04see185

Tramp: İranı məhv etmək və ya razılaşma əldə etmək arasında seçim etməliyəm

26 Oktyabr 2026 03:19see184

Fransada nüvə elementi oğurlandı

26 Oktyabr 2026 03:12see182

Ebola virusunun Bundibuqyo ştammı diplomatın ailəsində aşkarlandı

26 Oktyabr 2026 02:41see180

Tullantıdan ev tikdilər: Köhnə cins şalvarlar və 20 min diş fırçası istifadə olundu

26 Oktyabr 2026 00:32see179

Ekspert: Azərbaycan Türkiyə münasibətlərinin gələcəyi qarşılıqlı hörmət və etimaddan asılıdır

25 Oktyabr 2026 19:39see178
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri