Icma.az
close
up
RU
Şimal bölgəsində 6 minə yaxın şagird məzun olub FOTOLAR

Şimal bölgəsində 6 minə yaxın şagird məzun olub FOTOLAR

Azertag saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Qusar, 13 iyun, AZƏRTAC

2025–2026-cı tədris ilində Quba-Xaçmaz Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən ümumi təhsil müəssisələri üzrə ümumilikdə 5 min 935 nəfər şagird məzun olub.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, bu barədə Qusar rayonu Hil kəndi Kərim Kərimov adına 1 nömrəli tam orta ümumtəhsil məktəbində keçirilən "Son zəng" tədbirində məlumat verilib.

Elm və Təhsil Nazirliyinin Strateji planlaşdırma və icraya nəzarət şöbəsinin müdiri Leyla Xəlilova Rzazadə bildirib ki, Azərbaycanda elmə, təhsilə, texnoloji inkişafa çox böyük əhəmiyyət verilir: “Təhsilin maddi-texniki bazası möhkəmlənir, keyfiyyəti yaxşılaşır, bu sahəyə investisiyalar qoyulur. Ölkəmizdə dövlət tərəfindən təhsilin inkişafı ilə bağlı həyata keçirilən tədbirlər onu deməyə əsas verir ki, Azərbaycan öz gələcəyini daha etibarlı və inamlı görmək əzmindədir”.

Qusar Rayon İcra Hakimiyyətinin başçısı Sahir Məmmədxanov bildirib ki, Azərbaycanda vətəndaşın, cəmiyyətin və dövlətin maraqlarını əks etdirən strateji əhəmiyyətli prioritet fəaliyyət sahəsi olan təhsilə xüsusi həssaslıqla yanaşılır, təhsilin inkişafı naminə mühüm addımlar atılır: “Təhsil sahəsində görülən işlər, qazanılan uğurlar növbəti illərdə də dövlətimizin daha yüksək nailiyyətlər əldə edəcəyinə təminat verir”.

Quba-Xaçmaz Regional Təhsil İdarəsinin müdiri Coşqun Əliyev təhsil sahəsində əldə olunan nailiyyətlərdən danışaraq, gənclərin vətənpərvər, savadlı və məsuliyyətli vətəndaş kimi formalaşmasının vacibliyini vurğulayıblar.

Tədbirdə məktəbin direktoru Kamran Tahirov, şəhid bacısı Albina Ramazanova çıxış edərək məzunlara uğurlar arzulayıblar.

Bildirilib ki, bu il 2025-2026-cı təhsil ilində Hil kəndi Kərim Kərimov adına 1 nömrəli tam orta ümumtəhsil məktəbində 621 şagird təhsil alıb. Bu il buraxılış və qəbul imtahanlarında 11-ci sinifdən 8 nəfər, 9-cu sinifdən isə 4 nəfər 200 baldan çox nəticə göstərib. Respublika Fənn Olimpiadalarında (RFO) Qusar rayonu üzrə finala yüksələn altı nəfərdən 5-i məhz bu məktəbin şagirdidir. Məktəbin şagirdi Sakit Məlikov isə RFO-da coğrafiya fənni üzrə ardıcıl ikinci dəfə qızıl medala layiq görülüb.

Tədbir şagirdlərin hazırladıqları bədii-kompozisiyalar, musiqi nömrələri və rəqs çıxışları ilə davam edib.

Müxbir - Elxan Yusifli

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:76
embedMənbə:https://azertag.az
archiveBu xəbər 13 İyun 2026 12:29 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bank tətbiqləri SuperApp modelinə yaxınlaşır

25 Noyabr 2026 16:36see569

“Hərbi vətənpərvərlik tərbiyəsi: ənənəvi dəyərlər və çağdaş yanaşmalar” mövzusunda tədbir keçirilib

25 Noyabr 2026 16:41see527

Mərkəzi Gömrük Hospitalı SOS Uşaq Kəndləri Azərbaycan Assosiasiyası Gəncə şəhər filialında tibbi sosial aksiya keçirib

25 Noyabr 2026 06:36see368

Oturaq işləyənlərin nəzərinə: Saatda cəmi 5 dəqiqə gəzmək...

25 Noyabr 2026 12:03see273

Ürək damar xəstəliklərinin qarşısını almaq onları müalicə etməkdən daha asandır KARDİOLOQ

25 Noyabr 2026 13:37see271

Məşhurlar ALS xəstəsi olan model dostlarını ziyarət etdilər

25 Noyabr 2026 23:59see247

Marsda “kartof çipsi” dalğaları tapıldı

25 Noyabr 2026 16:18see246

Hakimlərin xidmət haqqı normaları müəyyən olundu

25 Noyabr 2026 18:36see239

Bu şəxslərə dərman və həkim müalicəsi pulsuz olacaq

25 Noyabr 2026 09:39see236

Mədəniyyət Nazirliyi Elmira Şabanovanın vəfatı ilə bağlı nekroloq yayıb

25 Noyabr 2026 21:47see234

Vəzifəlilərin biznesinə son qoyula bilər Yeni qanun nələri dəyişəcək?

25 Noyabr 2026 20:04see215

Valideynlərə xəbərdarlıq: Uşaqlara bunu özbaşına verməyin!

26 Noyabr 2026 02:11see213

Bakıda 28 istiqamətdə sıxlıq var

25 Noyabr 2026 18:26see210

Qabriel Jezus: “Sabah”a hörmətlə yanaşaraq meydana çıxdıq”

26 Noyabr 2026 01:33see209

Araz da məhsul göstəriləndən baha satılıb

25 Noyabr 2026 15:05see206

Elgiz Əkbərin yeni layihəsi ilə bağlı ARB dən rəsmi açıqlama

25 Noyabr 2026 21:11see205

Polşada prezident sarayının yaxınlığında kişi özünü yandırdı

26 Noyabr 2026 00:01see204

Xırdalan və Abşeronun bir sıra yaşayış məntəqələrinin yolları yenilənəcək Siyahı

25 Noyabr 2026 18:36see203

“Sabah” 5 turdan sonra ÇL də neçəncidir?

26 Noyabr 2026 04:01see198

Polis bölməsinə şaman çağırıldı Pis ruhları qovmaq üçün

25 Noyabr 2026 22:36see190
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri