Şimal bölgəsində yanacaq qıtlığı yaranıb? SOCAR dan açıqlama
Qafqazinfo portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Sosial şəbəkələrdə Azərbaycanın Şimal bölgəsində fəaliyyət göstərən bir sıra yanacaqdoldurma məntəqələrinə yanacaq verilişinin dayandırılması ilə bağlı məlumatlar yayılıb.
İddialara görə, “Azpetrol” istisna olmaqla, Quba, Xaçmaz, Xudat, Qusar, Şabran və Siyəzəndə fəaliyyət göstərən digər yanacaqdoldurma məntəqələrinə yanacaq verilmir.
Yayılan məlumatlarda yanacaq verilişinin “SOCAR Petroleum” QSC-nin Xaçmaz Neft Terminalı Bazası № 10-dan həyata keçirilmədiyi bildirilir.
Həmçinin qeyd olunur ki, bəzi yanacaqdoldurma məntəqələrində yanacaq ehtiyatı olsa da, bu ehtiyat təxminən bir gün ərzində tükənə bilər. Bu isə yanacaq satışında fasilələrin yaranması ehtimalını artırır.
“Qafqazinfo” APA-ya istinadən xəbər verir ki, “SOCAR Petroleum” QSC-dən bildirilib ki, bəzi kütləvi informasiya vasitələrində və sosial şəbəkədə Şimal bölgəsində - Quba, Xaçmaz, Xudat, Qusar, Şabran və Siyəzəndə - fəaliyyət göstərən yanacaqdoldurma məntəqələrinə yanacaq verilişinin dayandırılması və Xaçmaz Neft Terminalı ərazisində yanacaq təchizatının məhdudlaşdırılması barədə yayılan məlumatlar həqiqəti əks etdirmir.
“Bildiririk ki, “SOCAR Petroleum” QSC-nin Xaçmaz Neft Terminalı Bazasında kifayət qədər yanacaq ehtiyatı mövcuddur və bölgədəki məntəqələrin yanacaqla təminatı adi iş rejimində, fasiləsiz həyata keçirilir. Yanacaq verilişinin dayandırılması və ya məhdudlaşdırıcı tədbirlərin görülməsi barədə iddialar tamamilə əsassızdır.
Şirkətimiz istehlakçıların və tərəfdaş məntəqələrin fasiləsiz yanacaqla təchizatını tam nəzarətdə saxlayır. Tədarük zəncirində heç bir gecikmə və ya çatışmazlıq müşahidə olunmur.
Media nümayəndələrindən və ictimaiyyətdən dəqiqləşdirilməmiş, rəsmi mənbələrə istinad edilməyən məlumatlara etibar etməmələri xahiş olunur”, - deyə şirkətin açıqlamasında vurğulanıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:121
Bu xəbər 23 Oktyabr 2026 21:18 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















