Icma.az
close
up
RU
Şimal Cənub dəhlizi ilə bağlı TARİXİ ANLAŞMA Azərbaycan logistika mərkəzinə ÇEVRİLİR

Şimal Cənub dəhlizi ilə bağlı TARİXİ ANLAŞMA Azərbaycan logistika mərkəzinə ÇEVRİLİR

Bizim media saytından alınan məlumata görə, Icma.az bildirir.

Orta Dəhliz Assosiasiyasının fəaliyyətə başlaması fonunda, Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizi (INSTC) üzrə də Azərbaycan, Rusiya və İran arasında əməkdaşlıq və razılaşmalar əldə olunub.
Belə ki, noyabrın 26-da Azərbaycan, İran və Rusiya arasında üçtərəfli anlaşma memorandumu imzalanıb.
 

MÖVZU İLƏ BAĞLI:
Milyardlarla gəlir gətirə biləcək LAYİHƏ – Şimal-Cənub dəhlizinin PERSPEKTİVLƏRİ


Memorandumun imzalanması üçtərəfli əməkdaşlığın uzunmüddətli inkişafında və “Şimal–Cənub” marşrutunun qərb istiqamətinin effektivliyinin artırılmasında mühüm addım olacaq.
Sənəd tarif yanaşmalarının uzlaşdırılmasını, vahid kompleks tarifin formalaşdırılmasını, müntəzəm blok-qatarların buraxılmasını və daşımalar üzrə prosedurların təkmilləşdirilməsini nəzərdə tutur. Bu mexanizmlərin həyata keçirilməsi Rusiya, Azərbaycan və İran arasında daha proqnozlaşdırıla bilən, sürətli və iqtisadi cəhətdən səmərəli logistika zəncirinin qurulmasına imkan verəcək.
Qeyd edək ki, Orta Dəhliz və Şimal-Cənub Dəhlizi  Avrasiya qitəsində mühüm ticarət marşrutlarıdır. İki dəhlizin birgə inkişafı malların daşınması üçün alternativ marşrutlar yaradır, logistika xərclərinin azalmasına və ticarət həcminin artmasına xidmət edir.
Bütün bunların fonunda isə sözügedən hər iki dəhlizin mərkəzində yerləşən Azərbaycan mühüm logistika mərkəzinə çevrilir.
Mövzu ilə bağlı Bizim.Media-ya açıqlamasında Liberal İqtisadçılar Mərkəzinin rəhbəri Akif Nəsirli bildirir ki, Orta Dəhliz və Şimal-Cənub dəhlizləri Azərbaycanın tranzit və logistika baxımından strateji mövqeyini daha da gücləndirir:
“Orta Dəhliz artıq fəaliyyətə başladığı üçün Azərbaycan Avropa və Asiya arasında yük daşımalarında əhəmiyyətli rol oynayır. Şimal-Cənub dəhlizi ilə razılıq əldə olunması isə ölkəni həm şimal, həm də cənub yönümlü tranzit üçün açıq qapı vəziyyətinə gətirir”.
Bakı regional loqistika mərkəzi rolunda
Ekspert qeyd edir ki, bu iki dəhlizin fəaliyyəti Azərbaycanı regional logistika mərkəzinə çevirir:
“Beləliklə, ölkəyə tranzit gəlirləri, liman və dəmir yolu xidmətlərindən əlavə gəlirlər, yeni iş yerləri və investisiyalar gəlir. Bu həmçinin ölkənin diplomatik və iqtisadi əhəmiyyətini artırır, enerji sektorundan asılılığı azaldır və iqtisadi şaxələnməni təmin edir”.

Eyni zamanda, həmsöhbətimizin fikrincə, yaranmış potensialdan tam yararlanmaq üçün infrastrukturun modernləşdirilməsi, beynəlxalq logistika standartlarına uyğunlaşdırılması və rəqabət qabiliyyətinin artırılması da vacibdir:


“Azərbaycanın tranzit mərkəzi kimi rolu həm iqtisadi, həm də strateji baxımdan ölkəyə böyük faydalar gətirir”.
Rüfət Sultan, Bizim.Media

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:32
embedMənbə:https://bizim.media
archiveBu xəbər 28 Noyabr 2025 13:51 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qara Qarayeva və Rəşad Hüseynova vəzifə verildi

11 Yanvar 2026 21:02see187

“Sabah” və “Şamaxı” yoxlama oyununda üz üzə gələcək

11 Yanvar 2026 13:28see186

BMT: 21 milyona yaxın sudanlı aclıqla üzləşib

10 Yanvar 2026 23:11see180

Sınmış ventilyatora görə milyonlar qazandı

11 Yanvar 2026 23:17see168

Məğlub olan Qalatasaray bundan imtina etdi

10 Yanvar 2026 23:44see162

Bu ölkədə 11 yanacaq məntəqəsi partladıldı Video

11 Yanvar 2026 11:28see159

Həmişə özüm almışam, ərimin almasını gözləməyə səbrim çatmayıb

11 Yanvar 2026 00:31see155

Nadir şahdan bu günə: İran Türkiyə Səudiyyə Ərəbistanı üçbucağı

12 Yanvar 2026 08:57see154

Karvan Yevlax heyətini gücləndirdi... Birinci divizion təmsilçisi ilə

10 Yanvar 2026 22:57see153

Xoruldama infarkt və insult riskini artırır

11 Yanvar 2026 14:19see153

Ucuz ev almağın YOLLARI: Sosial mənzil mexanizmləri necə işləyir?

11 Yanvar 2026 17:29see150

Həmin açıqlamadan sonra Afaqla Röya bir toyda Video

12 Yanvar 2026 10:11see149

Ueyn Runi qardaşının klubunun “Kristal Palas” üzərində qələbəsini şərh edib

11 Yanvar 2026 01:34see144

Rafael Məmmədova YÜKSƏK VƏZİFƏ VERİLDİ KONKRET

11 Yanvar 2026 23:00see140

“Liverpul”da ağır itki “Qarabağ”la oyunu buraxacaq

11 Yanvar 2026 17:11see138

Qadın dünyaya sərxoş körpə gətirdi

12 Yanvar 2026 02:53see137

Dünyanın ən yavaş reketi: 60 yaşı var, amma hələ də istifadə olunur

11 Yanvar 2026 20:28see137

UFC nin sabiq çempionu Uitakkerlə mümkün döyüş barədə: “Bu, hamının yatdığı o qız kimidir”

11 Yanvar 2026 16:04see135

İranda etirazlar: Təcili yardım maşınları zədələndi

12 Yanvar 2026 01:28see132

Əfqanıstanda 4 mədənçi tüstüdən boğuldu

11 Yanvar 2026 01:20see129
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri