Icma.az
close
up
RU
“Şimal Cənub” Nəqliyyat Dəhlizi: Azərbaycanın qlobal logistika mərkəzinə çevrilməsini sürətləndirən strateji layihə

“Şimal Cənub” Nəqliyyat Dəhlizi: Azərbaycanın qlobal logistika mərkəzinə çevrilməsini sürətləndirən strateji layihə

Icma.az, Azertag portalına istinadən məlumat yayır.

Bakı, 14 noyabr, AZƏRTAC

“Şimal-Cənub” Beynəlxalq Nəqliyyat Dəhlizi Şərqi Asiya ölkələri ilə Avropanı birləşdirən irihəcmli və strateji əhəmiyyətli layihədir. Layihənin əsası 2000-ci ildə Sankt-Peterburqda Rusiya, İran və Hindistan tərəfindən qoyulub. Sonrakı illərdə Qazaxıstan, Türkmənistan, Tacikistan, Belarus, Ukrayna, İordaniya və Bolqarıstan da bu təşəbbüsə qoşulub. Azərbaycan isə 2005-ci ildə dəhlizə daxil olub və qısa müddətdə aparıcı iştirakçılardan birinə çevrilib. Qitələri birləşdirən bu dəhliz bir neçə marşrutu özündə birləşdirir.

Bunu AZƏRTAC-a müsahibəsində Milli Məclisin deputatı, İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Aydın Hüseynov deyib. Onun sözlərinə görə, Azərbaycan layihəyə qoşulduqdan sonra Prezident İlham Əliyevin irəli sürdüyü təkliflər dəhlizin daha səmərəli və cəlbedici olmasına imkan verib. Bu səmərəlilik həm yüklərin daşınma xərclərinin azalmasında, həm də çatdırılma müddətinin qısalmasında özünü göstərir. Belə ki, Hindistandan Mumbai limanından yola çıxan yüklər gəmi ilə İranın Bəndər-Abbas limanına gətirilir, daha sonra dəmir yolu ilə Qəzvin-Rəşt-Astara (İran)–Astara (Azərbaycan) xəttinə ötürülür və birbaşa Azərbaycan üzərindən Rusiyaya, oradan isə Avropaya çatdırılır. Azərbaycan və Rusiya dəmir yollarının SSRİ dövründən mövcud olan bağlantısı əlavə infrastruktur xərclərinə ehtiyac qalmamasını təmin edir.

2015-ci ilin dekabrında Prezident İlham Əliyev “Şimal-Cənub” Beynəlxalq Nəqliyyat Dəhlizinin Azərbaycanın ərazisindən keçən hissəsində işlərin sürətləndirilməsi haqqında” Sərəncam imzalayıb. Bu Sərəncama əsasən, yeni avtomobil yolları salınıb, mövcud dəmir yollarında əsaslı təmir işləri aparılıb.

“Azərbaycan öz öhdəliklərini artıq tam yerinə yetirib. Azərbaycan və İranı birləşdirən Astara (Azərbaycan) – Astara (İran) 8,7 kilometrlik dəmir yolu körpüsü inşa olunub. Ümumilikdə dəhlizin Azərbaycan ərazisindən keçən 511 kilometr dəmir yolu tam hazır vəziyyətdədir. İranda isə Qəzvin-Rəşt dəmir yolu xətinin tikintisi sürətlə davam edir. Yol üzrə 22 tunel və 15 xüsusi körpünün inşası nəzərdə tutulub. Tunellər artıq hazırdır, 9 körpünün isə əsası qoyulub. Yolun Rəşt-Astara hissəsində də işlər davam edir və artıq tunellər və körpülər tikilib başa çatdırılıb”, - deyə deputat əlavə edib.

A.Hüseynov qeyd edib ki, “Şimal-Cənub” Beynəlxalq Nəqliyyat Dəhlizindən kənar daşınan yüklər Hindistandan çıxaraq, 4 dənizdən keçib Almaniyaya çatdırılır. Mumbai limanından çıxan yüklü gəmilər Ərəbistan dənizinə, Fars körfəzindən keçərək Qırmızı dənizə, Süveyş kanalından keçərək Aralıq dənizinə, Hibraltar boğazından Atlantik okeanına, La-Manş boğazından Şimal dənizindəki Almaniya limanlarına daxil olur. Bundan başqa, Süveyş kanalının ötürmə qabiliyyəti zəif olduğundan gəmilər bəzən həftələrlə növbə gözləməli olur.

“Dənizlərdəki fırtınaları, ərazi sularından keçmək üçün ödənilən tranzit haqlarını və gömrük terminallarında yubanmaları nəzərə alsaq, bu yolun uzun, bahalı, üzücü və təhlükəli olduğunu görərik. Hindistandan Finlandiyaya qədər uzunluğu 7200 kilometr olan “Şimal-Cənub” Nəqliyyat Dəhlizi ilə yüklərin daşınma müddəti 2 dəfədən çox azalır. Mütəxəssislərin fikrincə, dəhliz Süveyş kanalından fərqli olaraq yolu 800 kilometr azaldır ki, bu da müqayisədə yüklərin 20 gün tez çatdırılması deməkdir. Bütün bunlar isə hər 15 ton yükün daşınmasında 2500 dollar vəsaitə qənaət edilməsinə gətirib çıxarır”, - deyə müsahibimiz vurğulayıb.

O bildirib ki, bu gün dünya bazarında neftin qiymətinin düşməsi iqtisadiyyatın şaxələndirilməsini və qeyri-neft sektorunun inkişaf etdirilməsini tələb edir: “Prezident İlham Əliyevin “Şimal-Cənub” Beynəlxalq Nəqliyyat Dəhlizinə xüsusi diqqət ayırmasının əsasında dayanan amil ondan ibarətdir ki, Azərbaycan logistika və tranzit mərkəzə çevrilsin. Bu amil dövlət büdcəsinə əlavə vəsait gəlməsi ilə yanaşı, iş adamlarının fəaliyyətini stimullaşdıracaq, ölkənin ixrac potensialını artıracaq. Beynəlxalq nəqliyyat dəhlizlərinin reallaşmasında Azərbaycanın əhəmiyyətli rol oynaması onun qlobal iqtisadiyyata daha səmərəli inteqrasiyasına, qeyri-neft sektorunun inkişafına, modernləşməyə, iqtisadi islahatların sürətlənməsinə də impuls verəcək.

“Şimal-Cənub” Beynəlxalq Nəqliyyat Dəhlizinin Qərb marşrutunun işə düşməsi nəinki region ölkələrinin iqtisadi inkişafına təkən verəcək, eyni zamanda, həmin ölkələr siyasi sabitlik üçün də zəmanət əldə etmiş olacaqlar”.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:95
embedMənbə:https://azertag.az
archiveBu xəbər 14 Noyabr 2025 16:11 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ərəblərdən Lukoyl a ağır zərbə: Ələkbərov çətin vəziyyətə düşüb

12 Noyabr 2025 22:31see217

Prezident İlham Əliyev Ramiz Mehdiyevlə bağlı danışdı İlk dəfə

12 Noyabr 2025 20:16see213

İqtisadiyyat Nazirliyində “Konstitusiya və Suverenlik İli” mövzusunda tədbir keçirilib

13 Noyabr 2025 10:47see179

Bakı və regionlarda neçə bina istiliklə təmin olunacaq? RƏSMİ AÇIQLAMA

13 Noyabr 2025 13:18see172

Azpul MMC də QANUN POZUNTUSU müştərinin telefon kontakt ına icazəsiz daxil olur

12 Noyabr 2025 22:35see160

AFFA dan Turan Tovuz un futbolçusuna cəza, klublara cərimə

13 Noyabr 2025 14:04see143

Məşhur türkiyəli müğənni ad günündə vəfat etdi FOTO

12 Noyabr 2025 21:15see140

Azərbaycanda oynayan qapıçıya İtaliya ilə görüşdə şans verilmədi

14 Noyabr 2025 11:17see139

Rusiya Qazaxıstana dörd Amur pələngi bağışlayacaq

13 Noyabr 2025 03:49see139

Fransa və Braziliya milli komandaları Bostonda yoldaşlıq oyunu keçirəcəklər

13 Noyabr 2025 01:50see137

Yol qəzasında ölən jurnalist keçmiş məmurun övladıdır

13 Noyabr 2025 18:14see133

Yandırılmış sabitlik: İran öz ekoloji fəlakətinin əsirinə çevrilib

13 Noyabr 2025 11:52see128

Rubl ucuzlaşdı, avro isə bahalaşdı RƏSMİ

13 Noyabr 2025 09:17see126

İlon Maskdan gələcəklə bağlı daha bir proqnoz

13 Noyabr 2025 09:20see122

Bu deputat danışmır, ancaq şəkil çəkdirir FOTOLAR

14 Noyabr 2025 10:58see122

Nicat Kazımov: Dil milləti formalaşdıran və onun özünəməxsusluğunu qoruyan ən güclü təməldir

14 Noyabr 2025 00:49see122

Saakaşvili xəstəxanadan ÇIXDI

12 Noyabr 2025 21:23see121

Ayxan Abbasov: “Rəqibin gücü bəlli idi”

13 Noyabr 2025 23:49see120

Avropada “snayper turizmi”: varlılar pul ödəyib insan ovuna çıxıblarmış...

13 Noyabr 2025 08:31see120

Ayxan Abbasov Azərbaycan futbolunun qarşısındakı problemlərdən danışıb

12 Noyabr 2025 22:27see118
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri