Icma.az
close
up
RU
“Şimal” ev oyunlarını Xaçmazda keçirmək istəyir AGİN bu çağırışa hay verəcəkmi?

“Şimal” ev oyunlarını Xaçmazda keçirmək istəyir AGİN bu çağırışa hay verəcəkmi?

Icma.az, Footbal-plus portalına istinadən məlumat verir.

2-ci liqanın 23-cü turunda “Lerik”in meydanından qələbə ilə ayrılan “Şimal” (4:2) 1-ci liqaya vəsiqəni təmin etdi. Ona görə ki, 4-cü pillədə qərarlaşan və 42 xal toplayan “Hypers Quba” 3-cü sıradakı Xaçmaz təmsilçisindən 10 xal geridədi və qalan 3 turda bu fərqi qapamaq mümkün olmayacaq.


Bəs komandanın 1-ci liqa ilə bağlı hədəfi nə olacaq? Klubun maliyyə durumu hansı səviyyədədi? Ev oyunlarının harda keçiriləcəyi ilə bağlı yekun qərar verilibmi? Ümumiyyətlə, xaçmazlıların 1-ci liqa ilə bağlı planları necədi?
Bu suallarla “Şimal”in idman direktoru Elxan Yusifliyə müraciət etdik:

“Bəli, turnir cədvəlində əsasən 1-ci liqaya vəsiqə qazanmışıq. Amma lisenziyalaşdırma məsələləri var ki, bununla bağlı AFFA tərəfindən yekun qərar verilməyib. İstənilən halda, tələb olunan meyarlar üzrə lazım olan bütün işləri görmüşük. İndi səbrsizliklə AFFA-dan cavab gözləyirik. 1-ci liqa ilə bağlı hədəflərimiz hələ konkretləşməyib. Mövsüm bitəndən sonra sponsorlarımızla rəhbərlik arasında görüş keçiriləcək və buna uyğun addımlar atılacaq. Təbii ki, iddialı olmaq istəyirik. Ən pis halda, az büdcə ilə maksimum hədəflər uğrunda mübarizə aparacağıq. İndiyə qədər etdiyimiz kimi... Maliyyə gücümüz bizdən aşağı sırada olan bəzi komandalardan daha zəifdi. Gənc komandayıq. Sadəcə, işimiz uğurlu alınıb. 1-ci liqada da həmin uğuru təkrarlamaq istəyirik. Ev oyunlarımızı Xaçmaz Olimpiya İdman Kompleksində keçirmək niyyətindədik. Düşünürük ki, Gənclər və İdman Nazirliyi bu məsələni həll edə bilər. Çünki bu idman qurğusunun şəraiti yaxşıdı. Təkcə ot örtüyü bərbad vəziyyətdədi ki, bunu da həll etmək olar. Belədə təkcə bizim üçün yox, ümumiyyətlə, şimal bölgəsi üçün böyük addım atılar. Biz də oranı icarəyə götürüb istifadə edərik. Bilindiyi kimi, ev oyunlarımızı Siyəzən şəhər stadionunda keçiririk. Yəni bütün matçlarımız səfərdə olur. Əsas variant kimi Xaçmazda oynamaq istəyirik. Alınmasa, Quba şəhər stadionunda meydana çıxa bilərik. Bu da reallaşmasa, başqa variantlar üzərində düşünəcəyik”.


“Şimal”ın kapitanı Tural Cəlilova da tribuna verdik. Onun açıqlaması:

“Komandamız iki ildi yaranıb. Ötən il Region Liqasında iştirak edirdik. Çempion olandan sonra ikinci liqaya yüksəldik. İlk yarandığımız gündən tez bir zamanda bu dərəcə yüksələcəyimizi gözləmirdik. Rəhbərlik mübariz bir komanda yaratmaq istəyirdi. Biz zonamızın gəncləri ilə bu nəticəni əldə etmişik. Bir yerdə oynayan komanda araya-ərsəyə gətirdik. İkinci liqada ortalarda qərarlaşsaq, kifayət edəcəyini düşünürdük. Çox yaxşı mübarizə apardıq və 3-cü pilləni təmin etdik. Bu nəticə bizi sevindirdi. Potensiallı uşaqlarımız var. Biz bunun üçün çalışırıq. Ortaya keyfiyyətli iş qoymaq istəyirik. Birinci liqada hədəf ikinci liqaya düşməmək olacaq. İstədiyimiz bəzi məsələlər var ki, onlara çatmaq üçün vaxt lazımdı. Nəticə arxasınca qaçmayacağıq. Gənclərimizi yetişdirmək üçün çalışacağıq. Maraqlı oyun göstərmək istəyirik. Komandaya yeni futbolçular cəlb olunacaq. Bir-iki ay ərzində bəlli olacaq ki, hansı maliyyəyə uyğun komanda düzəltməliyik. Təcrübəli futbolçularımız var. Komandada belə futbolçular mütləq olmalıdı. Otuzdan çox xaçmazlı futbolçu “Qəbələ”, “Turan Tovuz” və “Sabah”da çıxış edir. Onları cəlb etməklə normal kollektiv qurmaq istəyirik. Çempionat hələ bitməyib. Futbolçu axtarışında olacağıq. Bəzi məsələlərin həlli üçün zaman lazımdı”.


KƏNAN BAHADIR, ƏSƏD SEYİDOV
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:114
embedMənbə:https://www.football-plus.az
archiveBu xəbər 05 May 2025 23:23 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İsrail ordusuna ilk lazer hava hücumundan müdafiə sistemi təhvil verildi

28 Dekabr 2025 19:42see201

Ərəb Liqası İsrailin bu ölkəni tanımasına etiraz üçün toplanacaq

27 Dekabr 2025 23:56see185

İlk kitabın poetikası və mənəvi yaddaş

27 Dekabr 2025 16:12see184

Afrika Kubolu: Uqanda və Tanzaniya heç heçə oynayıblar

28 Dekabr 2025 01:16see180

Tesla avtomobilləri 15 dən çox insanın ölümünə səbəb olub

29 Dekabr 2025 00:03see170

Levandovski futbol karyerasının son illərində nələrə nail olmaq istədiyindən danışıb

27 Dekabr 2025 09:30see151

Alzheimer xəstəliyinin müalicəsində inqilabi kəşf

27 Dekabr 2025 16:19see150

Zəngəzurda NƏHƏNG dağlar yarılır, yol çəkilir: MÜHÜM DETALLAR açıqlandı

28 Dekabr 2025 11:09see146

Arteta: “Çətinliklərlə inanılmaz şəkildə mübarizə aparmağımızı bəyənirəm”

28 Dekabr 2025 00:29see143

Netanyahu bazar ertəsi Trampla görüşəcək

28 Dekabr 2025 01:01see141

Ağ Evin tarixində ilk: hamilə mətbuat katibi

28 Dekabr 2025 00:29see138

Öskürəyə nə yaxşı təsir edir?

27 Dekabr 2025 17:11see138

Arne Slot: “Qol oyunun gedişatını tamamilə dəyişə bilər”

28 Dekabr 2025 01:00see136

Etna vulkanı yenidən püskürdü

28 Dekabr 2025 16:55see136

AHİK uşaqlar üçün bayram şənlikləri keçirdi FOTO

28 Dekabr 2025 10:07see132

FHN hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib

28 Dekabr 2025 01:31see131

Qışda probiotiklər və prebiotiklər vacibdirmi? Həkim AÇIQLADI

28 Dekabr 2025 02:29see131

İslam Mahaçev: “Özünüzü satmağı, ictimaiyyət üçün maraqlı olmağı öyrənin”

28 Dekabr 2025 01:47see131

Xankəndi teatrı bərpa edilir 8 milyon sərf olunacaq

27 Dekabr 2025 19:29see125

Uşaq İncəsənət Festivalında mükafatlandırma

28 Dekabr 2025 04:13see125
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri