Icma.az
close
up
RU
Bu klub ev oyunlarını Xankəndidə keçirmək istəyir

Bu klub ev oyunlarını Xankəndidə keçirmək istəyir

Sportal.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

2-ci Liqaya yüksələn "Xankəndi" ev oyunlarını adını daşıdığı şəhərdə keçirmək istəyir.

Sportal.az xəbər verir ki, klub bununla bağlı Gənclər və İdman Nazirliyinə müraciət edib. "Xankəndi"nin müraciətini diqqətinizə çatdırırıq:

"Qısa müddət ərzində geniş azarkeş auditoriyasının rəğbətini qazanan və ölkə mediasının diqqət mərkəzində olan “Xankəndi” Futbol Klubu yeni mövsümdə ev oyunlarını Xankəndi şəhər stadionunda keçirmək məqsədilə Azərbaycan Respublikasının Gənclər və İdman naziri cənab Fərid Qayıbova rəsmi müraciət ünvanlamışdır.

Klubumuz ilk mövsümündə Region Liqasının qalibi olaraq İkinci Liqada iştirak hüququ qazanmış və indiyədək rəqiblərini Şamaxı Olimpiya İdman Kompleksinin stadionunda qəbul etmişdir. Lakin qarşıdan gələn mövsümdən etibarən “Xankəndi” FK-nın ev oyunlarının doğma Xankəndi şəhərində, azarkeşlərimizin önündə keçirilməsi əsas hədəflərimizdəndir. 

Onu da xüsusi vurğulamaq istərdik ki, artıq Xankəndi şəhərində fəaliyyət göstərən Qarabağ Universitetinin müəllim və tələbə heyəti tərəfindən komandamızın Fan Klubu təsis olunmuşdur. Onlar doğma komandalarını bu şəhərdə görmək arzusunu böyük coşqu və istəklə ifadə edirlər.

Azərbaycan Respublikasının Prezidenti, Zati-aliləri cənab İlham Əliyevin ölkə idmanına göstərdiyi xüsusi diqqət və azad olunmuş ərazilərdə idmanın, xüsusilə futbolun inkişafı istiqamətində atdığı mühüm addımlar bizdə dərin inam yaradır ki, yaxın gələcəkdə klubumuz ev oyunlarını doğma şəhərimiz – Xankəndidə keçirmək imkanı əldə edəcək.

Bu istiqamətdə atılan hər bir addım, təkcə “Xankəndi” FK üçün deyil, bütövlükdə bölgənin sosial və idman həyatının canlanması baxımından da mühüm əhəmiyyət kəsb edir.

saytlarin hazirlanmasi
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:154
embedMənbə:https://sportal.az
archiveBu xəbər 25 İyul 2025 18:24 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Liqa 1: “Monako” evdə “sülh”ə razılaşdı

11 Oktyabr 2026 01:07see405

Karrik azarkeşlərin etirazına münasibət bildirdi

11 Oktyabr 2026 01:11see401

Azərbaycanda İnstaqram və Tiktok işləmir

12 Oktyabr 2026 08:39see393

Azərbaycanın tanınmış şairi VƏFAT ETDİ

11 Oktyabr 2026 01:05see268

Hicab üzərindən manipulyasiya və etiqad azadlığının sərhədi: reallıq nədir?

11 Oktyabr 2026 19:35see266

Xarici turizmə maraq azalır: Ekspertlər üç əsas səbəbi açıqladılar

11 Oktyabr 2026 14:45see245

Məktəblərdə vahid geyim niyə vacibdir? Aygün Bağırlı

11 Oktyabr 2026 10:22see224

Türkiyədə yük maşını sərnişin avtobusu ilə toqquşub 11 nəfər ölüb, 27 insan xəsarət alıb

11 Oktyabr 2026 13:57see220

“Özünü ələ al” müalicə deyil Ölkədə bu xəstəliyə qarşı mübarizə necə aparılır? KONKRET

11 Oktyabr 2026 09:56see217

“Qarabağ atı” heykəlinin müəllifi danışdı

11 Oktyabr 2026 08:00see204

Gecələr ayaqlarda qıcolmaların təhlükəli səbəbləri

12 Oktyabr 2026 02:02see193

Ukrayna Ordusu Rusiyada qitələrarası raketlərin xidmət mərkəzinə zərbə endirib

11 Oktyabr 2026 14:40see190

Dövlətçilik və strateji məsuliyyət

11 Oktyabr 2026 16:15see189

Sərhəd tanımayan təhdidlər: Azərbaycanın ideoloji təhlükəsizlik gündəliyi TƏHLİL

11 Oktyabr 2026 16:24see188

Gəncədə 36 yaşlı kişi ÖLDÜRÜLDÜ

11 Oktyabr 2026 23:39see181

Mixək çayının yaddaşa faydası

12 Oktyabr 2026 03:03see180

Azıx mağarasından reportaj VİDEO

11 Oktyabr 2026 20:41see179

Sabah ın rəqibi Bakıya gəldi VİDEO

12 Oktyabr 2026 00:36see174

Zelenski Trampın Ukrayna siyasətini tənqid etdi

11 Oktyabr 2026 23:57see174

Formula 1 də unikal göstərici

12 Oktyabr 2026 00:30see173
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri