Icma.az
close
up
RU
Şimal Küləyi Moskvaya və Gizli Tehrana Bakıdan əsir

Şimal Küləyi Moskvaya və Gizli Tehrana Bakıdan əsir

Icma.az, Xalqcebhesi portalına istinadən məlumat yayır.

“Rusiyanın növbəti həmləsinin İsrail-İran müharibəsindən sonraya təsadüf etməsi, təsadüf sayılmasa, daha fərqli nəticələr çıxara bilərikmi? Bu müharibəyə regional qarşıdurma, silahların savaşı, tarixi mənşəyin qabardılması, məğlubiyyətin səbəblərindən qisas almaq kimi baxsaq? İran - İsrail müharibəsindən sonra yaranan regional ağırlıq və yeni aktorlar məsələsində Azərbaycan baxmayaraq ki, İrana və İsrailə qarşı neytral mövqedə dayanmışdı və İsraildən Güney Azərbaycan şəhərlərini bombalamamağı tələb edərək İrana qarşı öz ərazisindən də üçüncü güclərin istifadə etməməsini açıqlayaraq, tərəfləri müharibəyə yox, danışığa səsləməsi əsas həlledici amil idi. Amma təəssüf ki, sözügedən günlərdə Ermənistanın, Rusiyanın və İranın ortaq informasiya terrorçuları İranın Azərbaycandan qalxan İsrail dronları ilə vurulduğunu iddia etməyə başlamaları faktı boş yerə ortaya atılmamışdı”.

Bu sözləri Xalqcebhesi.az-a siyasi şərhçi Əziz Əlibəyli söyləyib.

Ə.Əlibəyli qeyd edib ki, nəticədən və yanaşmadan asılı olmayaraq regionda Azərbaycanın müttəfiqi İsrail Rusiyanın müttəfiqi İranı darmadağın edərək Yaxın Şərqdə strateji üstünlük əldə etdi: “İranı təxminən, Livan vəziyyətinə salaraq, böyük ölçüdə hərbi-siyasi gücünü zəiflətdi. Hazırda İranın səmasında Amerika və İsrail hökm sürür. Amma bu məğlubiyyətin səbəbi, əlbəttə, klerikal İran rejimi idi, nəinki neytral Azərbaycan Respublikası. Əlbəttə ki, bu müharibəyə qədər bölgədə 5mil əvvəl Qarabağ müharibəsində İsrail silahları Ermənistanın əlində olan rus silahlarını məğlub edərək, dünyadakı məlum nüfuzuna bərbaedilməz zərbə vurmuş və hətta Qənimətlər Parkında dünyanın tamaşasına təqdim etmişdi. Bu dəfə də Rus silahları İranın timsalında İsrailin modern müharibə silahlarına biabır oldu və burda Rusiyanın qıcıqlanması təsadüf deyildi. O qalibiyyətin olduğu coğrafiyalara Rusiyanın nifrəti təbii idi. Bu gün görürük ki, Rusiyanın və İranın X şəbəkəsindəki trolları Azərbaycanın tarixi mənşəyinə enməyə cəhd edirlər və Qacarlar İranı, Türkmənçay, Rus işğalını mədəniyyət olaraq tirajlamağa ortaq mövqe kimi tapırlar və Azərbaycan Respublikasını regionda süni dövlət olaraq görməyə çalışırlar. Təəssüf ki, ölkəmizdə bu şəbəkəyə məxsus onlarla jurnalist, sosial media fəalı və kripto vəzifə daşıyan şəxlər var. Nəticədə məlumdur; İllər əvvəl Liviyada türklərə, sonra Suriyada türklərə, sonra Qarabağda, nəhayət Ukraynada və s. sadalamaqla bitməyən uğursuzluqlar fonunda üzərinə yaxın strateji müttəfiqi İranın da rəzil məğlubiyyətini gələndə qisasını almaq üçün üçüncü güclərə yönəlməyə başlayıblar”.

Siyasi şərhçi əlavə edib ki, Azərbaycan Respublikası təəssüf ki, düşünülən həmin o üçüncü gücdür: “Lakin Azərbaycan həm də regional gücdür. O qədər ona qarşı anti mövqe nümayiş etdirmək asan olmayacaq, hələ - hələ İran və Rusiyanın sırf Şimal-Cənub dəhlizinə görə Azərbaycandan hava və su kimi asılı vəziyyətdə qaldıqları bir dövrdə. Azərbaycanın qlobal müttəfiqləri və maraqları var bu əlaqələr və potensial kommunikasiya imkanları bölgədə fiziki təsiri olan dövlətlərin boyundan qat - qat üstündür. Mən isə böyük zövqlə Ermənistan hakimiyyətinin performansını gözləyirəm. Çox demirəm, bir iı də Paşinyan hakimiyyətdə qalsa, Ermənistan Azərbaycan üçün Gürcüstana çevriləcək, az sonra baxarıq, maddi-və siyasi olaraq asılı düşdüyü Azərbaycan və Türkiyənin təbii müttəfiqi vəziyyətinə qədər irəliləyə biləcək kimi görünür. Buna onu birinci növbədə vadar edən məhz Rusiya oldu. Nə də olsa, hər iki ölkənin tarixində Türkmənçay müqaviləsinin dərin tarixi izləri qalmaqda və yaratdığı nəticələrin ağrıları qalmaqda davam edir”.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:153
embedMənbə:https://www.xalqcebhesi.az
archiveBu xəbər 29 İyun 2025 18:43 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see282

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see264

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see262

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see259

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see255

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see245

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see236

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see232

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see227

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see227

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see223

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see214

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see213

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see208

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see207

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see201

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see199

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see196

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see191

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see191
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri