Şimal Qütbünə ən yaxın yerləşən futbol klubu “Tromsö”
Icma.az, Azertag portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Bakı, 25 dekabr, AZƏRTAC
Norveçin əsas liqasında mübarizə aparan “Tromsö” Şimal Qütbünə ən yaxın yerləşən peşəkar futbol komandası kimi tanınır.
AZƏRTAC xəbər verir ki, ölkənin şimalında Tromsö şəhərini təmsil edən klub təkcə coğrafi mövqeyi ilə deyil, həm də stadionunda müşahidə olunan valehedici Şimal İşıqları mənzərəsi ilə diqqət çəkir. Ev oyunları zamanı azarkeşlər futbol qarşılaşması ilə yanaşı, təbiətin nadir gözəlliklərindən birini canlı izləmək imkanı əldə edirlər.
Qeyd edək ki, sərt iqlim şəraitində fəaliyyət göstərməsinə baxmayaraq, “Tromsö” Norveç futbolunda rəqabətədavamlı komandalar sırasında yer alır. Onlar 2013-cü ildə Avropa Liqasının II təsnifat mərhələsində “İnter” (indiki “Şamaxı”) kollektivi ilə qarşılaşmış və rəqibini iki oyunun nəticəsinə əsasən, 2:1 hesabı ilə məğlub edərək növbəti mərhələyə vəsiqə qazanmışdılar.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:32
Bu xəbər 25 Dekabr 2025 13:04 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















