Icma.az
close
up
RU
Antalyadan Şimal Qütbünə: Şaxta baba kimdir? VİDEO

Antalyadan Şimal Qütbünə: Şaxta baba kimdir? VİDEO

Icma.az bildirir, Olke.az portalına istinadən.

Yeni il həyəcanı yaxınlaşdıqca ilk ağla gələn obraz Şaxta baba olur. Şam ağacları bəzədilir, altına hədiyyələr bir-bir düzülür. Bacadan asılan corablarda Şaxta babadan hədiyyələr gözlənilir.

İlin ən önəmli simvollarından biri olan Şaxta babanın həqiqətən mövcud olub-olmaması isə müzakirə mövzusu olaraq qalır.

Tarixi mənbələrdə Şaxta baba kimi göstərilən "Müqəddəs Nikolas" haqqında çox şey məlum deyil. Lakin onun eramızın 3-cü əsrinin sonlarında indiki Türkiyənin Antalya şəhərinin Patara bölgəsindəki kiçik bir kənddə anadan olduğu düşünülür.

Əfsanələrə görə, "Santa Klaus" kimi də tanınan Müqəddəs Nikolas ilk dəfə Hollandiyalı mühacirlər tərəfindən Nyu-Amsterdama, yəni bugünkü Nyu-York şəhərinə gətirilib.

Təsvirlərdə müqəddəs şəxs kimi göstərilən Müqəddəs Nikolas həyatını insanlığa xidmətə həsr edib. Ailəsindən qalan böyük sərvəti xəstələr, yaşlılar və qayğıya ehtiyacı olan insanlarla bölüşdüyü düşünülür. O, həyatını Tanrıya və insanlara xidmət etməyə adamış xristian şəxsiyyət kimi tanınır.

Müqəddəs Nikolasın anım günü hər il 6 dekabrda bayram kimi qeyd olunur. Bayram müddətində uşaqlara hədiyyələr verilir. Beləliklə, Müqəddəs Nikolasın xeyirxahlığı və həyatını Tanrıya və insanlara xidmətə həsr edən şəxsiyyəti, uşaqlara paylanan hədiyyələrlə simvollaşdırılır və yad edilir.

Şaxta babanın ilk təsviri 1863-cü ildə New Yorkda yayımlanan “Harper's Weekly” jurnalı üçün çəkilən karikaturadır.

Karikaturanı çəkən Thomas Nast, Şaxta baba təsvirini hazırlayarkən “Miladdan əvvəlki gecə” şeirindən ilham alıb.

Bugünkü Şaxta baba fiquru isə Haddon Sundblum tərəfindən formalaşdırılıb. 1931-ci ildə “Coca-Cola” reklam kampaniyası üçün hazırlanan Şaxta baba kostyumunun rəngi isə “Coca-Cola”nın çap rəngindən ilhamlanıb.

Haddon Sundblum Şaxta babanı ağ xəz detalları olan qırmızı kostyumda kök, ağ saqqallı bir kişi kimi təsvir edir. Ağ ponponlu papağı, qara kəməri və çəkmələri ilə təsviri tamamlanır. Bu obraz çox keçmədən bütün dünyada sevilir və günümüzdə “Şaxta baba” deyildikdə ağla gələn yeganə fiqur halına gəlir.

Şaxta baba olaraq tanınan Müqəddəs Nikolasın 343-cü ildə, təxminən 65 yaşında vəfat etdiyi düşünülür. Onun sümükləri 20 aprel 1087-ci ildə Səlib yürüşləri zamanı Baridən olan tacirlər tərəfindən oğurlanaraq Bariyə aparılıb və orada bazilikada dəfn edilib. 

Müqəddəs Nikolasın sümüklərinin bir hissəsinin isə hələ də Antalya, Demredə olduğu düşünülür. Şaxta babadan geriyə qalan əşyalar Antalya Muzeyində saxlanılır.
Şaxta baba bir çox dillərdə müqəddəs, Nikolas (Klaus), Milad və ata sözlərindən yaranan adlarla tanınır. 

Santa Claus, Papa Noel, bəzi Avropa və Latın Amerika ölkələrində Kris Kringle və ilk dəfə Martin Lüter tərəfindən istifadə edilən almanca "Christkind" (Məsih Uşağı) adının təhrif olunmuş versiyası yazılı mənbələrdə rast gəlinən adlar arasındadır. 

Şaxta baba uydurma personaj hesab olunur. Lakin Müqəddəs Nikolasın xeyirxah şəxsiyyəti və ehtiyacı olanlara payladığı sərvət Şaxta baba personajı üçün ilham mənbəyi olmuşdur. 

Şaxta baba uydurma personaj olsa da, ona məktub göndərmək istəyən milyonlarla insan var. Xüsusilə uşaqlar yeni il həyəcanını yaşayıb hədiyyələrini bacada gözləyirlər. Şimal Qütbündəki poçt idarəsi hər il təxminən 500 min məktubun Şaxta babaya çatdığını bildirir. Ən populyar internet ünvanı isə “EmailSanta.com”dur.

Həmidə İbrahimova

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:113
embedMənbə:https://olke.az
archiveBu xəbər 22 Dekabr 2025 10:20 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

ADY də səhər xaosu: Sərnişinlər daha hara şikayət etsin? Məmurların özbaşınalığı davam edir KONKRET

05 Oktyabr 2026 09:06see359

Girnə sahillərində batan gəminin daha bir sərnişinin meyiti tapılıb

04 Oktyabr 2026 05:27see316

Ən zərərli qida məhsulu müəyyən edildi

04 Oktyabr 2026 09:48see310

Duru yağ zərərlidir? Mütəxəssis açıqladı

04 Oktyabr 2026 06:09see300

Prezident mükafatçısı olan gənc mühəndis evləndi FOTO/VİDEO

04 Oktyabr 2026 13:11see250

Bahar qəsəbəsində ev uçqunu: bir nəfər həyatını itirib

04 Oktyabr 2026 12:56see246

Rusiyanın təxminən 700 ballistik raketi var Zelenski

04 Oktyabr 2026 16:54see244

Tiffani Tramp süni intellektə görə çətin vəziyyətə düşdü FOTO

04 Oktyabr 2026 11:14see242

Qızıl və gümüş ucuzlaşıb

04 Oktyabr 2026 11:04see235

2030 a qədər Azərbaycan iqtisadiyyatında nələr dəyişəcək? HƏDƏFLƏR

04 Oktyabr 2026 09:51see218

Almaniyada yüngülmotorlu təyyarə qəzaya uğrayıb 2 nəfər ölüb

04 Oktyabr 2026 17:33see197

Azərbaycan millisi Litvanı qəbul edir YENİLƏNİR

04 Oktyabr 2026 08:15see188

“Google” “Android Auto”dakı aylardır davam edən problemi həll edir

05 Oktyabr 2026 04:15see186

Təkcə silahla yox, imanımız və canımızla... Cəbrayılı azad edən XTQ mayoru DANIŞDI

04 Oktyabr 2026 17:06see184

İti pəncərədən atan şəxs polis tərəfindən saxlanıldı VİDEO

04 Oktyabr 2026 19:03see181

Riçard Girin həyat yoldaşı nadir ailə fotosunu paylaşdı

04 Oktyabr 2026 22:13see179

Konqo DR Səhiyyə Nazirliyi: Ebola epidemiyasının piki geridə qalıb

04 Oktyabr 2026 06:15see177

İkardidən Qalatasaray la bağlı sürpriz qərar

05 Oktyabr 2026 00:42see174

Onlar sevgilərini elan etdilər! İlk FOTO gəldi

04 Oktyabr 2026 13:32see170

Bakı bu gün öz keçmişi ilə “danışır”

04 Oktyabr 2026 15:01see161
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri