Şimaldan Donbasa qədər… Rusiyanın yay strategiyası ortaya çıxdı
Icma.az, GlobalInfo portalına istinadən məlumat yayır.
Rusiya Ukraynaya qarşı öncədən planlaşdırılan yay hücumlarına başlayıb.
Globalinfo.az xəbər verir ki, bu barədə “The Economist” nəşri Ukrayna kəşfiyyatındakı mənbələrə istinadən yazır.
Qeyd olunur ki, Vladimir Putin bu dəfə Ukraynanı istənilən qiymətə zəiflətmək və irəliləyiş əldə etmək niyyətindədir. Nəşrin iddiasına görə, Konstantinovka və yaxınlığındakı Pokrovsk şəhərləri Rusiyanın yay kampaniyasının mərkəzinə çevriləcək. Bundan başqa, Sumı vilayəti üzrə narahatlıqlar artır, çünki Rusiya qoşunları bu istiqamətdə tədricən irəliləyərək vilayət mərkəzinə yaxınlaşır.
Nəşrin bildirdiyinə görə, müharibənin əvvəlindən bəri ilk dəfədir ki, Rusiya şimalda Donbasdakı qədər ərazi əldə edir. Bu, əsasən Ukrayna səngərlərinin dronlara qarşı effektiv müdafiə edə bilməməsi ilə izah olunur.
Ukrayna kəşfiyyatı hesab edir ki, Rusiya bufer zona yaratdıqdan sonra diqqətini Donbasın cənubuna və Zaporojyeyə yönəldəcək və müharibəni amansız mərhələyə keçirəcək.
Aysel Əliyeva
Globalinfo.az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:136
Bu xəbər 08 İyun 2025 21:02 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















