Icma.az
close
up
RU
Atəşkəsdən əvvəl “maksimum torpaq” planı Rusiyanın yay strategiyası ortaya çıxdı

Atəşkəsdən əvvəl “maksimum torpaq” planı Rusiyanın yay strategiyası ortaya çıxdı

Icma.az xəbər verir, GlobalInfo saytına əsaslanaraq.

“Moskva yay fəsli üçün planlaşdırdığı genişmiqyaslı hücuma başlayıb və bu, artıq tam sürətlə davam edir. Rusiya eyni anda iki istiqamətdə hərbi kampaniya aparır – həm cəbhə xəttində hücumları artırır, həm də Ukrayna şəhərlərinə kütləvi zərbələr endirir”.

Globalinfo.az xəbər verir ki, bu barədə ABŞ-ın nüfuzlu “The New York Times” nəşri yazır.

Məlumata görə, may ayında Rusiya Silahlı Qüvvələri son altı ayla müqayisədə ən sürətli irəliləyiş əldə edib. Gündə orta hesabla 14 kvadrat kilometr ərazi ələ keçirilib – bu, aprel ayı ilə müqayisədə iki dəfə çoxdur.

Ən böyük irəliləyiş Donetsk vilayətində qeydə alınıb – xüsusən də Pokrovsk və Toretsk arasındakı müdafiə xətti yarılıb. Eyni zamanda, Rusiya Ukraynanın şimalındakı Sumı vilayətində də yeni cəbhə açıb. Xarkov yaxınlığında isə Rusiya 50 minlik hərbi kontingent toplayıb. Bu qüvvələr arasında elit desant bölmələri də var.

Bununla belə, NYT qeyd edir ki, Rusiya yerli uğurlara baxmayaraq, irəliləyiş tempi ümumilikdə zəifdir və əksər analitiklər bu yay Moskvanın müharibənin gedişatını dəyişəcək qəti qələbə qazanacağını gözləmirlər.

Hərbi ekspertlər qəzetə bildiriblər ki, bu hücumlar Moskvanın hələlik atəşkəsə maraqlı olmadığını göstərir. Kreml əvvəlcə öz şərtlərinə uyğun güzəşt əldə etməyə çalışır. Payızda hava şəraitinin pisləşməsi və texnika ehtiyatlarının tükənməsi ilə Rusiya tərəfi ciddi danışıqlara başlamağa daha açıq olacaq. Bu müddət ərzində mümkün qədər çox ərazi ələ keçirmək istəyirlər.

Xatırladaq ki, daha əvvəl KİV Rusiya ordusunun yay aylarında Donetsk vilayətində genişmiqyaslı hücuma keçməyi planlaşdırması barədə xəbər vermişdi.

Aysel Əliyeva
Globalinfo.az

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:66
embedMənbə:https://globalinfo.az
archiveBu xəbər 29 May 2025 20:23 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see253

Cavidan Osmanlı hakimindən adından saxta sənəd düzəltdi KONKRET

17 Yanvar 2026 11:26see199

Qəhvə yuxunun keyfiyyətinə necə XEYİR verə bilər?

18 Yanvar 2026 02:14see163

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see156

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see151

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see148

AYNA 5 min sürücü hazırlayacaq FOTO

17 Yanvar 2026 15:59see148

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see144

Qızıl alanların nəzərinə: Hansı məhsullar daha keyfiyyətlidir?

17 Yanvar 2026 22:43see142

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see141

Bankların mənfəəti tarixi rekorda çatsa da...

17 Yanvar 2026 12:30see139

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

18 Yanvar 2026 06:52see136

Sabah bəzi bölgələrdə çovğun olacaq

17 Yanvar 2026 23:55see135

Luiş Fiqu Xabi Alonsonun qovulmasından sonra “Real”ın vəziyyətini dəyərləndirib

17 Yanvar 2026 06:22see135

“Böyük bir məyusluq və xəyal qırıqlığı var” İranda etirazlar səngiyir, Tramp isə... + VİDEO

17 Yanvar 2026 12:45see135

Rəcəb Babaşov qazinin müalicəsini öz üzərinə götürdü (FOTO)

17 Yanvar 2026 13:02see133

Səbəbi bilinməyən yıxılmalar insultdan xəbər verə bilər

17 Yanvar 2026 17:45see133

Etirazlara baxmayaraq azad ticarət sazişi imzaladılar

18 Yanvar 2026 06:36see130

Övladına süd almaq üçün qonşusunun evini qarət etdi

18 Yanvar 2026 13:49see129

Estoniya Qrenlandiyanı müdafiə etmək üçün bir zabit göndərəcək

18 Yanvar 2026 21:40see126
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri