Icma.az
close
up
RU
Menu

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

Cavidan Osmanlı hakimindən adından saxta sənəd düzəltdi KONKRET

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

AYNA 5 min sürücü hazırlayacaq FOTO

Həkimlərin ölmüş hesab etdiyi qıza görə 3 milyon təzminat ödənildi

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

Oturaq həyat tərzinin fiziki və psixoloji təsirləri nələrdir?

Rza Pəhləvi İrana qayıdacağı təqdirdə seçki keçirəcəyini vəd edib

Şəbnəm Tovuzlu göz yaşları tökdü: O qədər darıxıram ki... VİDEO

Tramp İrana buna görə qoşun göndərməyib Səbəb təəccübləndirdi

Harri Maquayr üçün İtaliya nəhəngləri növbəyə düzülüb

Türk Dünyası Mediatorlar Birliyinin Azərbaycan üzrə rəhbəri vəzifəsi Nadir Adilova həvalə edilib

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

ABŞ və Rusiya Avropaya qarşı birləşir: Türkiyə isə NATO nun taleyini həll edir

Şimali Kipr Türk Cümhuriyyəti və onun qlobal mübarizəsi Türk Dövlətləri Təşkilatının diqqət mərkəzindədir

Şimali Kipr Türk Cümhuriyyəti və onun qlobal mübarizəsi Türk Dövlətləri Təşkilatının diqqət mərkəzindədir

Icma.az, Bizimyol portalına istinadən məlumat verir.

“Bu il Şimali Kipr Türk Cümhuriyyətinin yaradılmasının 41-ci il dönümü tamam oldu. Əslində bu 41 il dövlətlərin həyatında xüsusi dönəmlərdən birini ifadə edir. 40 il varlıq göstərmək, xüsusən dünyanın sanksiyaları altında, sadəcə Türkiyənin tanıdığı bir dövlət olaraq varlığını sürdürə bilmək Kipr Türkləri üçün çox böyük bir uğurdur.

Son dövrlər Şimali Kipr Türk Cümhuriyyəti ilə bağlı müsbət inkişaflar müşahidə edirik. İnkişaflardan biri Türkiyədən sonra Azərbaycanın da Şimali Kipr Türk Cümhuriyyəti ilə yavaş-yavaş münasibətlər qurmağa başlamasıdır. Azərbaycanda Şimali Kipr Türk Cümhuriyyətinin təmsilçiliyi var. Bu çərçivədə müəyyən iqtisadi, siyasi, mədəni münasibətlər qurulur. Azərbaycanlı tələbələrin uzun müddət Kiprə gedib, Şimali Kipr Türk Cümhuriyyətində müxtəlif universitetlərdə oxuduqlarını, Azərbaycan vətəndaşlarının bəzilərinin müəyyən biznes işləri ilə məşğul olduqlarını da bilirik.

Şimali Kipr Türk Cümhuriyyətinin cümhurbaşqanı Ersin Tatar Azərbaycana 2 dəfə səfər edib. Hər gəldiyində də cənab prezidentlə görüşmə imkanı yaranıb. Bunlardan ilki Şuşada keçirilən Türk dövlətləri Təşkilatının qeyri-rəsmi zirvə toplantısına qatılması idi. İkinci dəfə xüsusi bir dəvətlə Azərbaycana gəlmiş və cənab prezidentlə də görüşmüşdü”.

Bu barədə Bizimyol.info xəbər portalına danışan siyasi şərhçi Nazim Cəfərsoy açıqlamasında bildirib ki, keçən dövr ərzində Azərbaycan parlamentinin Şimali Kipr Türk Cümhuriyyəti ilə parlamentlər arasında dialoq qrupunun formalaşması prosesi də baş verdi və bütün bunlar  Azərbaycanla Şimali Kipr Türk Cümhuriyyəti arasında münasibətlərin müxtəlif istiqamətlərini özündə ehtiva edən yeni bir mərhələni ortaya qoyur.

Nazim Cəfərsoy

“Bir başqa maraqlı məqam ondan ibarətdir ki, Şimali Kipr Türk Cümhuriyyəti Türkiyənin və Azərbaycanın təşəbbüsləri ilə Türk Dövlətləri Təşkilatına müşahidəçi statusu ilə üzv oldu və müxtəlif tədbirlərdə iştirak etməyə başladı. Şimali Kipr Türk Cümhuriyyəti Türk Dövlətləri Təşkilatının keçirdiyi son zirvə görüşündə də iştirak etdi. Bu çərçivədə ilk dəfə Türkiyə-Azərbaycan xaricində başqa bir Türk cümhuriyyətində - Qazaxıstanda bir tədbirin keçirildiyini bilirik. Türk Dövlətləri Təşkilatı baxımından da yavaş-yavaş Şimali Kipr Türk Cümhuriyyətinin önəmi ortaya qoyulur.

Digər tərəfdən Şimali Kipr Türk Cümhuriyyəti son dövrlərdə sadəcə Türkiyənin deyil, eyni zamanda Türk dünyasının Aralıq dənizindəki stratejik müttəfiqi, ortağı olaraq görülür və Türk dünyasının müdafiə gəmisi, Aralıq dənizindəki qalası olaraq xarakterizə edilməyə başlayıb. Bu da əslində təhlükəsizliyin çox geniş mənada izah edildiyi və çox uzaqlardan başladılmasına ehtiyac olduğu bir dövrdə, Aralıq dənizinin Azərbaycan üçün stratejik önəminin artdığı bir dövrdə bu çox əhəmiyyətli bir məqamdır. Çünki, Aralıq dənizi Azərbaycan neftinin və qazının Qərb bazarlarına çıxması baxımından çox stratejik bir əhəmiyyətə malikdir”-deyə Nazim Cəfərsoy vurğulayıb.

Siyasi şərhçi qeyd edib ki, Türkiyə nefti Bakı-Ceyhan xətti ilə Aralıq dənizinə çıxardır, oradan dünyaya paylanır və Şimali Kipr Türk Cümhuriyyətinin müttəfiqimiz kimi olması bizim üçün çox ciddi stratejik anlam ifadə edir. Nazim Cəfərsoy bildirib ki, Azərbaycanın son dövrdə həm TANAP, həm də TAP vasitəsilə Türkiyədən əlavə Avropa ilə müəyyən qaz ixracı istiqamətində əlaqələri var: “Getdikcə bu proses inkişaf edir. Bu baxımdan da Şimali Kipr Türk Cümhuriyyəti ilə münasibətlərimizin güclü olması Azərbaycan üçün təhlükəsizlik sığortası rolunu oynayır. Bu baxımdan da əhəmiyyətli bir mövzudur. Türkiyə ilə bərabər Şimali Kipr Türk Cümhuriyyətinin də Aralıq dənizində varlığı Azərbaycan üçün əhəmiyyətlidir”.

Nazim Cəfərsoy hesab edir ki, Azərbaycanla Şimali Kipr arasındakı münasibətlərin hələ son həddi deyil və bu proseslərin daha da irəliləməsi çox dəyərli olacaq, əməkdaşlıqda önəmli faydalar qazandıracaq.

Ekspert hesab edir ki, Şimali Kipr Türk Cümhuriyyəti turizm sahəsində yetərincə inkişaf etmiş imkanlara sahibdir və onların turizm təcrübəsi Azərbaycanın turizm sektorunun inkişafında faydalı ola bilər.

“Təhsil sahəsində Şimali Kipr Türk Cümhuriyyəti embarqolara baxmayaraq, təhsil turizmi sahəsində də çox ciddi təcrübəyə sahibdir. Eyni zamanda bu universitetlər həm Türkiyə ilə sıx əlaqədədirlər, həm də İngiltərə üzərindən Avropa ilə çox ciddi əlaqələri var. Oradakı standartları təmin edən və diplomlarının tanındığı ölkələr var.

Bununla yanaşı Şimali Kipr Türk Cümhuriyyətindəki universitetlər xaricdən tələbə cəlb edilməsi prosesində çox uğurlu modellər ortaya qoyurlar. Azərbaycan həm təhsilin inkişafı, həm də təhsilə xaricdən tələbə cəlb edilməsi sahəsində "Kipr modeli"ndən istifadə edə bilər. Bunu müxtəlif formalarda görə bilərik.

Şimali Kipr investorlar üçün yaxşı bir yatırım sahəsi olaraq görülə bilər. Bu istiqamətdə münasibətlərin hələ başlanğıcındayıq”-deyə Nazim Cəfərsoy vurğulayıb.

İradə Cəlil, Bizimyol.info

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:92
embedMənbə:https://www.bizimyol.info
archiveBu xəbər 05 Dekabr 2024 14:16 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see271

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see252

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see228

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see164

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see154

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see151

Cavidan Osmanlı hakimindən adından saxta sənəd düzəltdi KONKRET

17 Yanvar 2026 11:26see149

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see149

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see140

AYNA 5 min sürücü hazırlayacaq FOTO

17 Yanvar 2026 15:59see139

Həkimlərin ölmüş hesab etdiyi qıza görə 3 milyon təzminat ödənildi

16 Yanvar 2026 21:49see139

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see136

Oturaq həyat tərzinin fiziki və psixoloji təsirləri nələrdir?

16 Yanvar 2026 18:40see136

Rza Pəhləvi İrana qayıdacağı təqdirdə seçki keçirəcəyini vəd edib

16 Yanvar 2026 20:33see132

Şəbnəm Tovuzlu göz yaşları tökdü: O qədər darıxıram ki... VİDEO

16 Yanvar 2026 19:55see132

Tramp İrana buna görə qoşun göndərməyib Səbəb təəccübləndirdi

16 Yanvar 2026 22:28see129

Harri Maquayr üçün İtaliya nəhəngləri növbəyə düzülüb

16 Yanvar 2026 22:42see129

Türk Dünyası Mediatorlar Birliyinin Azərbaycan üzrə rəhbəri vəzifəsi Nadir Adilova həvalə edilib

16 Yanvar 2026 22:26see127

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see127

ABŞ və Rusiya Avropaya qarşı birləşir: Türkiyə isə NATO nun taleyini həll edir

16 Yanvar 2026 21:27see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri