Şimali Kiprdə Pəhləvi plakatları ilə Xameneyi rejiminə açıq ETİRAZ
Icma.az, Modern.az saytına istinadən bildirir.
İranda baş verən hadisələrə etiraz edən minlərlə iranlı, Şimali Kipr Türk Cümhuriyyətinin (KKTC) paytaxtı Lefkoşada toplaşaraq Xameneyi rejiminə qarşı açıq mövqe ortaya qoyublar.
Modern.az xəbər verir ki, İranda davam edən siyasi gərginlik və ictimai narazılıq bu dəfə Şimali Kipr Türk Cümhuriyyətinin paytaxtı Lefkoşada kütləvi aksiya ilə gündəmə gəlib. İranlı vətəndaşlar Lefkoşa Terminalında toplaşaraq şüarlar səsləndirib, İran rəhbərliyinə etirazlarını açıq şəkildə nümayiş etdiriblər.
Təxminən 5 min nəfərin iştirak etdiyi aksiyada diqqət çəkən əsas məqam etirazçıların böyük hissəsinin Pəhləvi rejiminin İrana geri qayıtmasını tələb etməsi olub. Aksiya zamanı qaldırılan Pəhləvi posterləri, etirazın yalnız mövcud hakimiyyətə qarşı deyil, eyni zamanda rejim dəyişikliyi çağırışı daşıdığını göstərib.
Etiraz aksiyasına TAM Partiyasının qurucu sədri Serdar Denktaşın qatılması, hadisəyə siyasi çəki qazandırıb. Denktaşın Lefkoşadakı etirazda iştirakı, aksiyanın təkcə diaspora etirazı deyil, beynəlxalq və regional siyasi mesaj xarakteri daşıdığını ortaya qoyub.
Mütəxəssislərin fikrincə, Lefkoşada bu qədər genişmiqyaslı aksiyanın keçirilməsi təsadüfi deyil. Xameneyi rejimindən qaçan varlı iranlıların əhəmiyyətli bir hissəsi hazırda Şimali Kiprdə yaşayır.
Bundan əlavə, minlərlə iranlı tələbə KKTC universitetlərində təhsil alır.
İranlı sərmayədarlar tikinti və maliyyə sektorlarında fəal iştirak edir.
Şimali Kipr iranlı mühacirlər üçün təhlükəsiz və sərbəst ifadə məkanı kimi önə çıxır
Bu amillər Lefkoşanı İran müxalifəti üçün regional mərkəzlərdən birinə çevirib.
Lefkoşada keçirilən bu etiraz aksiyası sadəcə emosional reaksiya deyil. Aksiya göstərir ki, İran müxalifəti xaricdə daha təşkilatlanmış və cəsarətlidir
Diaspora artıq passiv müşahidəçi rolundan çıxıb, İran cəmiyyətində “islahat yox, köklü dəyişiklik” tələbi güclənir.
Şimali Kipr Yaxın Şərq müxalif hərəkatları üçün yeni siyasi platformaya çevrilir.
Pəhləvi plakatları ilə keçirilən bu aksiya, Tehrana ünvanlanan sərt və simvolik mesaj kimi qiymətləndirilir.
Lefkoşa Terminalındə səsləndirilən şüarlar bir həqiqəti açıq göstərdi:
İran xalqının etiraz səsi sərhəd tanımır. Bu aksiya, Hamaney rejiminə qarşı narazılığın yalnız İran daxilində deyil, bütün dünyada yüksəldiyini sübut edən ciddi siyasi mesaj kimi dəyərləndirilir.
Serdar Şengül
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:41
Bu xəbər 15 Yanvar 2026 09:42 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















