Icma.az
close
up
RU
Şimali Kiprdə beynəlxalq simpozium keçirilib

Şimali Kiprdə beynəlxalq simpozium keçirilib

525.az saytına istinadən Icma.az xəbər verir.

28-29 aprel 2025-ci il tarixlərində Şimali Kipr Türk Respublikasının Girnə şəhərində “Türk mədəniyyəti, incəsənəti və mədəni irsin mühafizəsi” mövzusunda XIX Beynəlxalq Simpozium keçirilib.

525.az xəbər verir ki, simpozium azərbaycanlı arxeoloq, tarix elmləri doktoru, professor Qafar Cəbiyevin anadan olmasının 75 illiyinə həsr olunub. Tədbir Şimali Kipr Türk Respublikasının Yaxın Doğu Universiteti (Girnə), Türkiyənin Adnan Menderes Universiteti (Aydın) və Azərbaycanın "Miras" Mədəni İrsin Öyrənilməsinə Kömək İctimai Birliyinin (Bakı) birgə təşkilatçılığı ilə reallaşıb. Simpoziumda Azərbaycan, Türkiyə, Şimali Kipr Türk Respublikası, Moldova, İtaliya, Özbəkistan, İran, Rusiya, ABŞ, Rumıniya, Macarıstan, Şimali Makedoniya, Kosova və digər ölkələri təmsil edən 80-dən çox alim və tədqiqatçı elmi məruzələrlə çıxış edib.

Tədbiri giriş sözü ilə açan Simpozium Təşkilat Komitəsinin sədri dosent Dr. Əhməd Aytac bildirib ki, “Türk mədəniyyəti, incəsənəti və mədəni irsin mühafizəsi” XIX Beynəlxalq Simpoziumunun əsas məqsədi Türk dünyasında mədəni irsin öyrənilməsi, qorunması və təbliği sahəsində fəaliyyət göstərən alim və tədqiqatçıları bir araya gətirmək, bu sahədəki son araşdırmaların və yeni nəşrlərin elmi ictimaiyyətə təqdim olunmasına əlverişli platforma yaratmaqdır. Onun sözlərinə görə, simpoziumun Şimali Kipr Türk Respublikasında keçirilməsi, həmçinin bu ölkədəki alim və tədqiqatçıların digər türk dövlətlərinin elmi mühitinə daha fəal şəkildə inteqrasiyasına xidmət edir.

Simpoziumun açılış mərasimində Şimali Kipr Türk Respublikasının Prezidenti cənab Ersin Tatar iştirak edərək nitq söyləyib. O, bu cür beynəlxalq elmi tədbirin Kiprdə keçirilməsini yüksək dəyərləndirib və onun respublikanın elmi mühitinin inkişafına mühüm töhfə verəcəyini vurğulayıb. Açılış mərasimində Yaxın Doğu Universitetinin rektoru Prof.Dr. Tamer Şanlıdağ, AMEA Memarlıq və İncəsənət İnstitutunun direktoru Prof.Dr. Ərtegin Salamzadə, “Miras” Mədəni İrsin Öyrənilməsinə Kömək İctimai Birliyinin sədri Dr. Fariz Xəlilli, Türkiyə alimləri adından Dos.Dr. Hülya Şanes Doğru və AMEA Arxeologiya və Antropologiya İnstitutunun İslam dövrü arxeologiyası şöbəsinin müdiri Prof.Dr. Qafar Cəbiyev də çıxış ediblər.

Dosent Dr. Əhməd Aytac çıxışında builki simpoziumun Azərbaycanlı arxeoloq alim, tarix elmləri doktoru, professor Qafar Cəbiyevin anadan olmasının 75 illiyinə həsr olunduğunu qeyd edib. O, professor Qafar Cəbiyevin elmi fəaliyyətinə yüksək qiymət verərək onun “Türk mədəniyyəti, incəsənəti və mədəni irsin mühafizəsi” beynəlxalq simpoziumuna uzun illər ərzində göstərdiyi dəstək və töhfələrlə həmişə fərqləndiyini vurğulayıb. “Miras” Mədəni İrsin Öyrənilməsinə Kömək İctimai Birliyinin sədri, tarix üzrə fəlsəfə doktoru Dr. Fariz Xəlilli “Professor Qafar Cəbiyevin həyatı və elmi fəaliyyəti” mövzusunda simpoziumun açılış məruzəsi ilə çıxış edib.

Simpoziumun 13 bölmə iclasında müxtəlif mövzularda məruzələr dinlənilib. Tədbirdə AMEA Arxeologiya və Antropologiya İnstitutundan tarix elmləri doktoru, professor Qafar Cəbiyev “Arxeologiya elminin prioritetləri: ənənəvi yanaşmalar və yeni çağırışlar", tarix elmləri doktoru, professor Abbas Seyidov və tarix üzrə fəlsəfə doktoru, dosent Leyla Rüstəmova "Prof.Dr. Qafar Cəbiyevin araşdırmalaraında Azərbaycan arxeologiyasının aktual problemləri", tarix üzrə fəlsəfə doktoru Fariz Xəlilli "Azərbaycanda tarixi məscidlərin mühafizə problemləri və Hacı Bədəl əfəndi məscidi", Bədircahan Məmmədova "Azərbaycanın şimal-qərb bölgəsinin mədəni irsi", AMEA Memarlıq və İncəsənət İnstitutunun direktoru AMEA-nın müxbir üzvü Ərtegin Salamzadə "Şəbəkə sənətinin qorunması və turizm", sənətşünaslıq elmləri doktoru, professor Rəna Abdullayeva "Mədəni ənənələr və kəlağayı incəsənəti", sənətşünaslıq üzrə fəlsəfə doktoru Ramil Quliyev "Azərbaycan və Kipr incəsənətində aslan simvolu ilə bağlı ortaq arxetiplər", Aynur Ələkbərova "Azərbaycanda mədəni turizm kontekstində müalicə və sağlamlıq sektoru", AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutundan filologiya üzrə fəlsəfə doktoru Şəhla Xəlilli "Azərbaycanda şəhər tarixçiliyində Həsən İxfa Əlizadənin yeri", Tahirə Əliyeva "Əhdi Bağdadi və onun “Gülşəni-şüəra” təzkirəsi (Sankt-Peterburq nüsxəsi)", AMEA Nizami adına Ədəbiyyat İnstitutundan Leyla Həsənzadə "Hyon Jin-geonun “Şanslı bir gün” əsərinin təhlili", Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi Milli Azərbaycan Tarixi Muzeyindən tarix elmləri doktoru, professor Nərgiz Əliyeva "Azərbaycanda islam dövrü arxeologiyası üzrə illər üzrə tədqiqatlar", tarix üzrə fəlsəfə doktoru, dosent Həbibə Əliyeva "Şəki bölgəsindəki türk-islam sənətinə aid epiqrafik abidələrdə son tədqiqatlar", Zümrüd İsmayılova "Muzeylər və cəmiyyət əməkdaşlığı: mədəni irsin qorunması və gələcək nəsillərə çatdırılması", Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyindən filologiya üzrə fəlsəfə doktoru Sevinc Heydərova "COP29 və Nizami Muzeyi", Azərbaycan Respublikası Dövlət Turizm Agentliyindən sənətşünaslıq üzrə fəlsəfə doktoru Günel Seyidəhmədli "Diri Baba qəbiristanlığı məzar daşlarının bədii xüsusiyyətləri və epiqrafikası", Bakı Slavyan Universitetindən filologiya elmləri doktoru, professor Bella Musayeva "Çingiz Aytmatovun əsərlərində polifoniya (çoxsəslilik)" Naxçıvan Dövlət Universitetindən filologiya üzrə fəlsəfə doktoru, dosent Nəzakət İsmayılova "Elxan Yurdoğlunun “On yeddi göyərçin” kitabı haqqında düşüncələr", Şuşa şəhəri Dövlət Qoruğu İdarəsindən Sahibə Ələkbərova "Şuşa şəhərində bərpa olunmuş muzeylərin fəaliyyəti: tarixi-mədəni irsin qorunması və təbliği", Miras Mədəni İrsin Öyrənilməsinə Kömək İctimai Birliyindən fəlsəfə üzrə fəlsəfə doktoru Elmira Abasova və Fidan Quluzadə "Türk dünyasının ilk maarifpərvər ziyalıları" mövzularında məruzə ediblər.

Simpozium çərçivəsində incəsənət sərgisi də təşkil olunub. Sərgidə Azərbaycanı Salyan Uşaq Gənclər İnkişaf Mərkəzindən Sevinc Bünyatova təmsil edib.

Tədbirin sonunda iştirakçılara sertifikatlar təqdim olunub. Simpozium iştirakçıları Yaxın Doğu Universitetinin Kıbrıs Avtomobil Muzeyi və Kıbrıs Müasir İncəsənət Muzeyində ekskursiyada iştirak ediblər.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:268
embedMənbə:https://525.az
archiveBu xəbər 05 May 2025 10:55 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ağdərədə minaya düşən gənc müalicəsini evdə davam etdirəcək

11 Sentyabr 2026 16:25see239

Keçmiş general Netanyahunun həyat yoldaşından 843 min dollar tələb edir

11 Sentyabr 2026 05:01see232

Süni kirpiklər gözlər üçün risk yaradır Araşdırma

11 Sentyabr 2026 17:03see225

Uşaqlarda qarın ağrısının adi və cərrahi səbəbləri

11 Sentyabr 2026 15:27see222

Alimlər Teylor Sviftə gözlənilməz bir mükafat verdilər...

11 Sentyabr 2026 21:20see222

2026 2027 ci illərdə sosial şəbəkələrdə effektivliyin artırılması

11 Sentyabr 2026 12:49see220

“Azəri Çıraq Günəşli” yataqlar blokunun ikinci həyatı

12 Sentyabr 2026 01:58see218

Məni ad günlərinə çağırmayın , deyən Röya onun doğum günündə (Fotolar)

11 Sentyabr 2026 17:12see218

Bakıda 18 yaşlı qızın meyiti tapıldı

11 Sentyabr 2026 18:26see212

PISA da “Sinqapur sindromu” Şəmil Sadiq yazır

11 Sentyabr 2026 01:22see200

Siqal Rusiyadakı 7 milyon dollarlıq malikanəsini satışdan çıxardı Səbəb təəccüblüdür

12 Sentyabr 2026 04:01see196

Qızılın qiyməti ardıcıl üçüncü həftəni itkilərlə tamamlamağa hazırlaşır

11 Sentyabr 2026 21:28see194

Müəllim əməliyyatdan sonra öldü

11 Sentyabr 2026 09:12see194

Səhərlər qrip kimi oyanırsınız? Həkim AÇIQLADI

11 Sentyabr 2026 13:57see191

Daşqınların Nepal iqtisadiyyatına vurduğu ziyan açıqlandı

11 Sentyabr 2026 22:22see185

Sergey Bezrukov 5 min rublluq əsginasın içinə “həbs edildi”

12 Sentyabr 2026 03:34see184

Qriqori Leps boşanarkən əmlak bölən kişiləri tənqid etdi

12 Sentyabr 2026 04:47see184

Trampdan İran bəyanatı Qərarından peşman deyil

11 Sentyabr 2026 04:09see181

Payızda orqanizmə güc verən 3 MƏHSUL

11 Sentyabr 2026 04:56see178

Ermənistan Türkiyəyə gül göndərdi, amma... Paşinyana şikayət edildi...

12 Sentyabr 2026 08:50see165
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri