Icma.az
close
up
RU
Şimali Koreya ABŞ ın Yəmənə zərbələrini pisləyib

Şimali Koreya ABŞ ın Yəmənə zərbələrini pisləyib

Bizimyol portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Şimali Koreyanın Misir və Yəməndəki səfiri Ma Dong Hee ABŞ-ın Ənsar Allah hərəkatının nəzarətində olan Yəmən ərazisinə zərbələrini pisləyib.

Bizimyol.info xəbər verir ki, bu barədə Koreya Mərkəzi Xəbər Agentliyi məlumat yayıb.

“ABŞ Hərbi Hava Qüvvələri və Hərbi Dəniz Qüvvələrinin böyük qüvvələrinin, o cümlədən nüvə mühərrikli aviadaşıyıcının iştirakı ilə həyata keçirilən hərbi zərbələr uşaq və qadınlar da daxil olmaqla, yüzdən çox günahsız mülki vətəndaşı öldürüb və ya yaralayıb, həmçinin böyük maddi ziyana səbəb olub”, - deyə diplomat qeyd edib.

Husi hökumətinin Səhiyyə Nazirliyinin məlumatına görə, zərbələr nəticəsində 53 nəfər ölüb, daha 98 nəfər yaralanıb. Husilər öldürülənlərin hamısının mülki vətəndaşlar olduğunu bildirib.

"Amerikanın hazırkı zərbələri beynəlxalq hüququn, o cümlədən BMT Nizamnaməsinin kobud şəkildə pozulmasını, eləcə də başqa bir dövlətin ərazisinə, suverenliyinə birbaşa təcavüzdür və buna heç bir şəkildə haqq qazandırmaq olmaz", - deyə Ma Dong Hee qeyd edib. O, “şovinist geosiyasi istəklərini” reallaşdırmağa çalışan ABŞ-ın “ifrat quldurluq hərəkətlərini” pisləyib.

Şimali Koreya səfiri ABŞ-ı “istədiyi tərzdə güc tətbiqini” dayandırmağa çağırıb. Onun sözlərinə görə, regional münaqişələrin, o cümlədən Yaxın Şərqdəki münaqişələrin həlli perspektivləri “zorakılıq, özbaşınalıq və xarici qüvvələrin daxili işlərə müdaxiləsi” səbəbindən getdikcə uzaqlaşır.

Martın 15-də ABŞ Silahlı Qüvvələri prezident Donald Trampın göstərişi ilə Yəməndə Ənsar Allah hərəkatının nəzarəti altında olan ərazilərə kütləvi zərbələr endirməyə başlayıb. ABŞ Mərkəzi Komandanlığı bildirib ki, əməliyyat Amerikanın maraqlarını qorumaq və naviqasiya azadlığını təmin etmək məqsədi daşıyır.

Qadir, Bizimyol.info

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:206
embedMənbə:https://www.bizimyol.info
archiveBu xəbər 18 Mart 2025 08:49 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanda İnstaqram və Tiktok işləmir

12 Oktyabr 2026 08:39see522

Hicab üzərindən manipulyasiya və etiqad azadlığının sərhədi: reallıq nədir?

11 Oktyabr 2026 19:35see431

Xarici turizmə maraq azalır: Ekspertlər üç əsas səbəbi açıqladılar

11 Oktyabr 2026 14:45see350

Türkiyədə yük maşını sərnişin avtobusu ilə toqquşub 11 nəfər ölüb, 27 insan xəsarət alıb

11 Oktyabr 2026 13:57see317

Azərbaycanda “Tiktok” nə vaxt açılacaq? RƏSMİ AÇIQLAMA

13 Oktyabr 2026 02:22see297

Gecələr ayaqlarda qıcolmaların təhlükəli səbəbləri

12 Oktyabr 2026 02:02see292

Dövlətçilik və strateji məsuliyyət

11 Oktyabr 2026 16:15see283

Ukrayna Ordusu Rusiyada qitələrarası raketlərin xidmət mərkəzinə zərbə endirib

11 Oktyabr 2026 14:40see283

Azıx mağarasından reportaj VİDEO

11 Oktyabr 2026 20:41see235

Sərhəd tanımayan təhdidlər: Azərbaycanın ideoloji təhlükəsizlik gündəliyi TƏHLİL

11 Oktyabr 2026 16:24see235

Gəncədə 36 yaşlı kişi ÖLDÜRÜLDÜ

11 Oktyabr 2026 23:39see222

Azərbaycan Çexiya ilə dəmir yolu əməkdaşlığını genişləndirmək istəyir

12 Oktyabr 2026 10:36see217

Mixək çayının yaddaşa faydası

12 Oktyabr 2026 03:03see216

Zelenski Trampın Ukrayna siyasətini tənqid etdi

11 Oktyabr 2026 23:57see215

Formula 1 də unikal göstərici

12 Oktyabr 2026 00:30see214

Sabah ın rəqibi Bakıya gəldi VİDEO

12 Oktyabr 2026 00:36see213

Makrona aid edilən irqçi ifadə Fransada siyasi qalmaqala səbəb olub

11 Oktyabr 2026 16:34see209

Pakistanda etirazların bürüdüyü vilayətə qoşun göndəriləcək

11 Oktyabr 2026 19:16see202

Nikolay Baskov boşanmasının əsl səbəbini açıqladı

12 Oktyabr 2026 06:32see185

Ətir istifadə edənlərə xəbərdarlıq

12 Oktyabr 2026 04:05see183
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri