Şimali Koreya liderinin 13 yaşlı qızı onun gələcək varis ola bilər
Bizimyol saytından alınan məlumata görə, Icma.az bildirir.
Bizimyol.info xəbər verir ki, bu barədə Cənubi Koreyanın Milli Kəşfiyyat Xidməti (MKX) bildirib.
Dövlət mediası tərəfindən “ən sevimli” və ya “hörmətli” kimi təqdim olunan qız, 2022-ci ilin sonlarından bəri atasının iştirakı ilə yüksək səviyyəli tədbirlərdə görünüb. MKX-nin rəhbəri Li Con Seok brifinqdə qeyd edib ki, qız Kim Çen Inin varisi sayılır və onun hərbi bacarıqlarını nümayiş etdirməsi bu mövqeyini gücləndirir.
Qızın adı Kim Cu Ae-dir və təxminən 13 yaşındadır. Son zamanlar o, atasının nəzarəti altında tank sürmə və silah atəşi təlimlərində iştirak edib.
Bəzi müşahidəçilər bildirirlər ki, Şimali Koreyanın kişi mərkəzli cəmiyyəti qadın lideri qəbul etməyə bilər və Kim Çen Inin hələ varisini təyin etmək üçün çox gənc olduğunu qeyd edirlər.
Şimali Koreya 1948-ci ildən bəri Kim ailəsinin kişiləri tərəfindən idarə olunur. Kim Çen In 2011-ci ildə atasının ölümündən sonra hakimiyyətə gəlib və onun qızı potensial olaraq hakimiyyətin dördüncü nəsil varisi ola bilər.
Qadir, Bizimyol.info
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:155
Bu xəbər 07 Aprel 2026 10:04 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















